Bakıda məktəbli qız qəzadan son anda xilas oldu
Bakıda məktəbli qız ölümdən dönüb.

 “Report” xəbər verir ki, hadisə fevralın 16-da, paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan son anda xilas olub.

Həmin görüntüləri təqdim edirik:

Bakıda zəncirvari qəza
Bakının Suraxanı rayonunda zəncirvarı yol-nəqliyyat baş verib.

Report xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Koronavirus şübhəsi ilə bağlı xəstəxanada iki nəfər müşahidə altında saxlanılır
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, fevralın 17-si üçün KTM-də iki nəfər həkim müşahidəsində saxlanılır. 

Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və bu ölkənin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (tələbələr - red.) fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.

Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman onların bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada bir nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.

Bakıda “avtoşluq” edən sürücü kameraya düşdü
Bakıda “Mercedes” markalı avtomobili ilə “avtoşluq” edən sürücünün görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, görüntülər Zabrat qəsəbəsində lentə alınıb. 

Sosial şəbəkədə yayımlanan videoda 99-BA-012 dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığından sola manevr edib, daha sonra isə əl əyləcindən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Həmin görüntüləri təqdim edirik:

Narkoloji Mərkəzdə xəstə intihar edib
Bakıda intihar hadisəsi baş verib.

Apa məlumatına görə, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb.

Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Paytaxtda 44 cinayətin üstü açılıb
İtkin düşən 2 nəfər tapılaraq ailəsinə təhvil verilib

Bakıda polis orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 15-də paytaxt ərazisində 44 cinayətin üstü açılıb. Onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 14, oğurluq üzrə 13, soyğunçuluq üzrə 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Yol polisi avtomobili sürətlə taksiyə çırpıldı, hava yastıqları açıldı - VİDEO
Avtomobillərə ciddi zərər dəyib. Yol polisi avtomobilinin təhlükəsizlik yastıqları açılıb

Yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
Yol-xeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, YPX avtomobili taksi fəaliyyəti ilə məşğul olan avtomobilə arxadan çırpılıb.
Hadisə nəticəsində taksi sürücüsü baş nahiyəsindən yaralanıb. Avtomobillərə ciddi zərər dəyib. Yol polisi avtomobilinin təhlükəsizlik yastıqları açılıb.
Görüntülərdən görünən odur ki, YPX avtomobili taksiyə yüksək sürətlə çırpılıb.
Hadisədən sonrakı görüntüləri təqdim edirik:

 

 
Azərbaycanda atanın oğlunu öldürməsinin ŞOK DETALLARI - VİDEO
Valeh bu əməli etməyə məcbur qalıb

"Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən, öldürərəm". Yol-xeber.az xəbər verir ki, bu sözləri münaqişə zəminində oğlu Turalı qətlə yetirən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: "20 ildən artıq idi ki, qardaşım buna dözürdü. Anasını təhqir edirdi. Ata öz ailəsinin təhqir olunduğunu, söyüldüyünü görür və artıq ayrı yol seçə bilmədi. 20 il Turala yol axtardı. Amma alınmadı. Həmin gecə evə içkili gəlib. Oturub yeyib-içib, sonra anasını və atasını təhqir edib.

Ata baxıb ki, oğul bunu öldürəcək. Gedib öz yatağında yatıb. Tural atasını yerindən qaldırıb ki, yanıma gələcəksən. Deyib ki, gəlməsən, səni yatdığın yerdə öldürəcəm. Artıq bu təhqirlərə doymuş ata bir zərbə ilə oğlunu öldürüb".

Xatırladaq ki, Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərov evində münaqişə zəminində oğlu Turalı qətlə yetirib. Hadisə fevralın 11-də saat 7 radələrində qeydə alınıb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

 
Üç ədəd velosiped oğurlayan şəxs saxlanılıb - Bakıda
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakının Xəzər rayonunda həyətyanı sahələrin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 3 ədəd velosiped və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev saxlanılıb.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Əvvəlki dövrlərdən bağlı qalmış 37 cinayətin açılması təmin olunub

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik  məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 37 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Xəbər lenti