Bakıda dəhşət
Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Apa məlumatına görə, avtoqəza Bakının Binəqədi rayonu ərazisndə qeydə alınıb.

Sürücü Azər Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxt istiqamətində hərəkətdə olan zaman Abbas Fərəcovun sükanı arxasında olduğu eyni markalı digər avtomobil arxadan ona çırpılıb. Nəticədə birincinin sərnişini xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar aparılır.

Azərbaycanda keçmiş ərin dəhşət saçdığı evdən görüntülər
Salyanda keçmiş ər arvadını qətlə yetirib, daha sonra evi yandırıb.

Oxu.az xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri Ələkbər Hüseynov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb.

Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin təfərüatı araşdırılır.

Məhəlləyə gələn sürücünü linc etmək istədilər  - FOTO
Ətrafdakı insanlar onu döymək istəyiblər

Türkiyənin İstanbul şəhərində yerli sakinlər məhəllələrinə gələn sürücünü linc etmək istəyiblər.

Sondakika.com-un xəbərinə görə, Sultanqazi ərazisində bir sürücü maşını ilə məhəlləyə girərək park vəziyyətində olan avtomobilləri vurub.

Ətrafdakı insanlar onu döymək istəyiblər.

 

Sürücü isə avtomobilinin qapılarını bağlayıb və oradan uzaqlaşmağa çalışıb. Məhəllə sakinləri avtomobili daşa basaraq pəncərələrini qırıblar.

Sürücünün təşvişə düşərək qaza çox basdığı üçün avtomobili yanmağa başlayıb.

Polisin müdaxiləsi ilə həmin şəxs yanan avtomobildən çıxarılaraq nəzarətə götürülüb. Onun narkotik maddənin təsiri altında olduğu təxmin edilir.

Hadisə ilə bağlı araşdırma başlayıb.

 

Bakıda taksi sürücüsünə qarşı quldurluq edildi
R.Əliyevin 100 manat dəyərində mobil telefonunu və 25 manat pulunu götürüb, hadisə yerindən qaçaraq uzaqlaşıb

Bakıda quldurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə fevralın 24-də, Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Rahil Əliyev saat 19 radələrində, "Azadlıq" prospekti, 55 ünvanının qarşısında özünə məxsus "VAZ-21012" markalı avtomobillə taksi fəaliyyəti aparan zaman bir nəfər şəxs onu sözlə hədələyib. Bu zaman həmin şəxs R.Əliyevin 100 manat dəyərində mobil telefonunu və 25 manat pulunu götürüb, hadisə yerindən qaçaraq uzaqlaşıb.

 

Daha sonra R.Əliyev Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Apteklərdən 4000 manata oğurlayan şəxs həbs edilib - Bakıda
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda aptekdən soyğunçuluq edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki apteklərin birindən soyğunçuluq yolu ilə 2000 manat aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Yasamal rayonu ərazisindəki digər bir aptekdən 2000 manat oğurlaması da müəyyən edilib.

Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 2 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər dünyasını dəyişib, daha 2-si isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Sükan arxasında mesaj yazmağın acı sonu - VİDEO
Görüş yeri əvəzinə həbsə gedə bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sükan arxasında diqqətin yayınması ilə bağlı sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sujet xəttində xanımla görüşə tələsən gənc mobil telefonla mesaj yazır və cavab verir. Nəticədə yolu keçən azyaşlı piyadanı vurur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, təəssüf sürücülər sükan arxasında diqqəti yayındıran işlər görürlər. "Bu da əksər hallarda qəzalara səbəb olur. Xüsusilə mobil telefondan istifadə halları diqqəti yayındıran əsas amildir. Sürücülər sükan arxasında mesaj yazır, gözləri telefonda qalır. Bu vaxt isə diqqətin yayınması qəzaya səbəb olur. Sürücülərə tövsiyə edirik ki, diqqəti yayındıran əməllərə yol vermısilər ki, getdikləri ünvana çata bilsinlər."

 

 
İrandan Azərbaycana gələn daha 41 nəfər xəstəxanaya yerləşdirildi
İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Xatırladaq ki, ötən gün 23 nəfər karantin məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb:

“Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yeddi nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlərin ikisi Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda altısının vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən iki nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Nərimanovda mənzildə qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Əhmədova Arzu Hidayət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Başı telefona qarışan xanım sürücü qəzadan son anda xilas oldu
Bakıda xanım sürücünün məsuliyyətsizliyi qəzaya səbəb olacaqdı.

Oxu.az xəbər verir ki, köməkçi yoldan əsas yola daxil olan avtomobil dönmə işığından istifadə etmədən əvvəlcə ikinci zolağa daxil olub. 

Daha sonra avtomobilin xanım sürücüsü arxadan gələn maşını gözləməyib və birbaşa üçüncü zolağa daxil olub. Bu zaman arxadan gələn avtomobilin sürücüsünün vaxtında əyləcdən istifadə etməsi qəzanın baş verməsinin qarşısını alıb. 

Görüntülər həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilən kamerada əks olunub. Şahidlərin sözlərinə görə, xanım sürücünün başı mobil telefona qarışıb və buna görə də diqqəti yayınıb. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti