![]() |
|
Baku.ws xəbər verir ki, Lusine Yan adlı istifadəçi həmyerlilərinin azərbaycanlıya qarşı qeyri-insani rəftarını kişilikdən kənar addım kimi qiymətləndirib.
Qeyd edək ki, həmyerlimizin bir neçə erməni radikal tərəfindən döyülməsi barədə görüntülər sosial şəbəkədə yayılmışdı.
Lerik rayonunda dəhşətli qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Rzayev Akif Yədulla oğlu kürəkəni, 1981-ci il təvəllüdlü Nuriyev Əkbər Məhəmmədəli oğlunu meşə ərazisində qətlə yetirib, daha sonra yandırıb. İzi itirmək üçün isə meyiti hadisə yerində basdırıb.
İlkin məlumata görə, hadisə ötən ayın 20-də baş verib.
Bakı şəhərinin Xətai rayonunda yaşayan qayınata və kürəkən paytaxtdan birlikdə Lerikə gəliblər. Lakin A. Rzayev Bakıya tək qayıdıb.
Ailə üzvləri narahat olduqları üçün bir neçə gün sonra Ə. Nuriyevin itkin düşməsi barədə polisə məlumat veriblər.
İlkin istintaq tədbirləri əsnasında şübhəli şəxs qismində dindirilən qayınatanın ailə münaqişəsi zəminində kürəkənini aldadaraq Lerik rayonu ərazisinə gətirdiyi və Çayrud kəndi ərazisindəki meşəlikdə qətlə yetirərək basdırdığı müəyyən edilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə bu gün hadisə yerinə baxış keçirilib.
Meyit eksqumasiya edilərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycanda intihar hadisəsi baş verib.
Dövlət İqtisad Universitetinin tələbəsi Ramil Kazımov intihar edib.
Qeyd edək ki, mərhum sözügedən universitetin İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi olub.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Bu hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlardan da göründüyü kimi ermənilər qrup halında iki həmyerlimizə hücum edib. Azğınlaşmış ermənilər gənc azərbaycanlıları vəhşicəsinə döyüb. Gənclər müxtəlif xəsarətlər alıb.
Son günlər ermənilərin azərbaycanlılara qarşı təxribatları artmaqdadır. Öz aqresiyalarını bütün dünyaya göstərən ermənilər çirkin əməllərindən çəkinmir.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən və xəsarət alan azərbaycanlıların görüntülərini oxu24.com-a istinadən təqdim edirik:
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıt şəhərində əməliyyat keçirib.
İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyev həbs edilib.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Amerikalı alimlər COVİD-19-u neytrallaşdıran antitel qarışımı hazırlayıblar.
Bu barədə “Rosbalt” məlumat yayıb. Məlumata görə, hazırlanmış antitel qarışımı siçanlar üzərində təcrübədən keçirilib və bu qarışımın virusa qarşı müdafiə xarakterli olduğu aşkarlanıb.
Beləliklə, alimlər bu qənaətə gəliblər ki, onların hazırladıqları antitel qarışımı insan orqanizmini virusdan müdafiə edə bilər və hətta onun müalicəsində yararlı hesab edilə bilər. Alimlər hazırda bu qarışımı digər heyvanlar üzərində də təcrübədən keçirməyi planlaşdırır və ondan sonra isə bu “kokteyl” insanlar üzərində sınaqdan keçiriləcək.
Qeyd edək ki, əgər təcrübə uğurlu alınsa, bu “kokteyl”dən koronavirusun müalicəsində istifadə olunacaq. /Cebhe. info/
İyulun 21-i ermənilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Lakin onlar gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri önə çıxaraq, onların bu təxribatına mane olublar. Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.
Baş verən hadisələri görən və ermənilərə qarşı açıq etiraz edən vətəndaşlarımızdan biri aksiya ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. Təhlükəsizlik səbəbindən adının gizli saxlanılmasını istəyən həmyerlimizin sözlərinə görə ermənilər etiraz aksiyasına əvvəlcədən xüsusi hazırlaşıblar və iyulun 20-si aksiyanın birinci mərhələsi olub:
“İyulun 20-si də ermənilər aksiya keçirmək üçün Los Ancelesdə bizim konsulluğun qarşısına yığışmışdılar. Amma onda təqribi 500-ədək erməni var idi bizdən isə cəmi 5-10 nəfər yığılmışdı. O balaca bir aksiya idi və orda aqressiv hal yaşanmadı. 21 iyulda olan aksiyadan qabaq onlar demək olar ki, burda yaşayan bütün ermənilərə xəbər vermişdilər ki, aksiya olacaq, bununla bağlı sosial şəbəkələrdə yaxşı təbliğat da aparmışdılar. Yəni belə deyim əvvəlcədən silahlanmışdılar. Biz də o paylaşımları gördükdən sonra onlara cavab olaraq yığılmaq qərarına gəldi. Biz günorta saat 1-2 arası 20 nəfər olmaqla bir yerə yığışıb, konsulluğumuzun qarşısında dayandıq. Aksiyaya başlayanda erməni tərəfdən maksimum 500 nəfər var idi. Bayraqlarımızı, plakatlarımızı qaldıran kimi onlar başladı bizə aqressiya göstərməyə. Belə olanda da polis dedi ki, siz küçənin bir tərəfində dayanın ermənilər də bir tərəfində. Biz küçənin başqa tərəfinə keçəndə artıq gördük ki, 100-ə yaxın erməni bir araya gəldi. Onda artıq bizim sayımız 30-50 arası idi, yəni bundan çox olmazdı. Artıq biz yolun digər tərəfinə keçəndə onlar başladılar üzərimizə su şüşələri, müxtəlif əşyalar atmağa. Polis bunu görən kimi onların qarşısını kəsməyə başladı. Amma polis də onlarla bacarmadı, başladılar üzərimizə hücum çəkməyə.
Sizi inandırım ki, qarışıqlıq düşəndə gördüm ki, erməninin biri üzümə alışqan yandırıb atır tez başımı çevirdim. Necə deyim, ermənilər heyvan kimi davranırdılar. Biz isə çalışırdıq ki, heç bir aqressiya göstərməyək və əslində dünyaya çatdıraq ki, kimdir işğalçı, kimdir aqressiv. 4 nəfər vətəndaşımızı ciddi şəkildə döydülər, onlar indi xəstəxanadadır, birinin vəziyyəti ağırdır. Bilirsiniz, 50 nəfərin qarşısında minlərlə insanın olmağı təbii ki, çətin məsələdir, amma buna baxmayaraq biz öz etirazımızı onlara bildirirdik. Məsələnin ironiyalı tərəfi də odur ki, ABŞ polisi o qədər aqressiv hərəkətlər törədən, bizə hücum edən ermənilərdən yalnız ikisini nəzarət altına alıb apardı. Ermənilər bu cür dava-dalaş salmaqlarına baxmayaraq bizi dünyaya aqressiv, işğalçı kimi tanıtmaq istəyirdilər. Onların sayı burda yüz minlərlədir, amma Los Ancelesdə azərbaycanlılar çox azdır, buna görə erməni lobbisi bizə qarşı bu cür münasibət sərgiləyə bildi”.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
“Qafqazinfo” xəbər verir ki, şəhərin küçələrini sel suları yuyub, evlərə və həyətyanı sahələrə ziyan dəyib.