Azərbaycan-Ermənistan sərhəddində erməni hərbçi məhv edilib.

Ermənistan KİVxəbərlərinə görə, Tavuş vilayətinin Azərbaycanla həmsərhəd ərazisində baş verən atışma zamanı əsgər Aşot Gevorkoviç Mikaelyan məhv edilib.

Hadisənin gecə saat 02:00 radələrində Azərbaycan istiqamətində təxribat cəhdi zamanı baş verdiyi bildirilir. (modern.az)

Bakıda altı yaşlı uşağı avtomobil vurduBakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Qasımzadə Cavid Cəlal oğlu yaşadığı evin yaxınlığında anasının diqqətindən yayınaraq, avtomobil yoluna çıxıb. Bu zaman qarşıdan gələn avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycamn Ordusunun mövqeləri atəşə tutulub.

Azərbaycanda jurnalist koronavirusa yoluxdu

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Report xəbər verir ki, bu barədə onun oğlu bildirib.
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

Qarabağda koronavirusdan ilk ölüm halı qeydə alınıb

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.
Bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.

Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.
Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.

Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır ”

 

 

Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı

Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib. 

Lakin o, əmrə tabe olmayaraq, hərəkətini davam etdirib. Polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən sürücü idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.

Üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

Oxu.az məlumatına görə, 7 saylı doğum evində cərrah mama-ginekoloq kimi çalışan Valiyə Peykərin COVID-19 test nəticəsi müsbət çıxıb.

Həkimlərin səyinə baxmayaraq, həkimin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün koronavirusdan ölüb.

Xızıda 150 hektar ərazi yandı

Xızı rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 hektar sahədə quru ot və kol-kos yanıb.
Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.oxu.az

Ermənilər Azərbaycan restoranına belə hücum etdi
Moskvanın cənub-şərqində yerləşən Azərbaycan mətbəxli restoran bir qrup təcavüzkarın hücumuna məruz qalıb.

Hücum anı müşahidə kameralarına düşüb. Hadisə iyulun 24-də səhər saat dörd radələrində Bratislava küçəsində yerləşən "1001 gecə" restoranında baş verib. Kadrlardan görünür ki, bağlı, yalnız bir mühafizəçinin olduğu restorana ən azı yeddi nəfər soxulub. Çağırılmamış qonaqlar metal çubuqlarla stulları, qab-qacağı sındırırlar.

REN TV - nin məlumatına görə, onların "reydindən” sonra kassadan 200 min rubl pul da yoxa çıxıb.

"Obyekt sahiblərinin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədikləri məlum deyil. Bəzi məlumatlara görə, qarşıdurma iyulun 24-nə keçən gecə Marində Azərbaycandan və Ermənistandan olan insanlar arasında baş verən kütləvi davanın davamı ola bilərdi. Oradakı hadisədə polis əməkdaşları 13 nəfəri saxlamışdılar", - deyə Rusiya telekanalının məlumatında bildirilib.sfera.az

Xəbər lenti