![]() |
|
"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında, demək olar, dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.
“Report” xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.
"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.
“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkiləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.
Qeyd edək ki, yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.
Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” gəmisi dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə basqın zamanı 19 nəfərdən 15 nəfəri girov götürülüb, bir nəfər isə öldürülüb.
Oxu.az xəbər verir ki, dənizçi, Siyəzən şəhər sakini Fərman İsmayılovun öldürülmə anının görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Yanvarın 24-nə keçən gecə Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Publika.az xəbər verir ki, 90-UE-005 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Mərdəkan qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkət edən zaman qəzaya səbəb olub.
Beş avtomobillə toqquşan "Range Rover"in sürücüsü hadisə yerindəcə dünyasını dəyişib, toqquşduğu avtomobillər isə yararsız hala düşüb.
Dəhşətli qəzanı əks etdirən anbaan görüntüləri təqdim edirik:
Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsində 21 mərtəbəli binada baş verib.
1991-ci il təvəllüdlü Sevda Şikar qızı Qurbanova özünü binanın 18-ci mərtəbəsindən atıb. Gənc qız həyətdə park edilən avtomobilin üstünə düşərək yerindəcə keçinib.
Sevda Qurbanova subay olub. Onun hadisə baş verdiyi binada yaşamadığı müəyyənləşdirilib.
Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.
Ermənistan ordusunun əsgərlərindən biri 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin necə məğlub olmasından danışıb.
Metbuat.az məlumatına görə ,O, əsgər yoldaşlarının döyüş meydanından necə qaçdığını danışıb.
"Hadrutda yaşayanlar hamısı qaçırdılar. Onlar silahları,tankları, pulemyotları, formaları, hər şeyi geridə qoyub, Hadrutdan ayrılıb qaçdılar. Daha sonra bizi Xankəndinə, hərbi xəstəxanaya göndərdilə.Televizorda bir gündə 17-20 nəfərin öldüyü bildirildi.Amma bu doğru deyildi.Gün ərzində 200-300 nəfər ölürdü.
Biz baş verənləri gördükcə komandirdən kömək istəməyə qərar verdik. Onun harada yaşadığını öyrəndik. Evə girdikdə gördük ki, komandir qonaqlı verib.Süfrədə qızardılmış ət, kabab araq var idi. Oradakılar hamısı tamamilə sərxoş idilər''.
Erməni əskər deyir ki, biz kömək istədiyimiz zaman komdandir,heç bir şeyə kömək edə bilməyəcəyini söylədi. Bu da bizi çox qəzəbləndirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.
Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Beyləqan, Qubadlı, Zəngilan, Tərtər, Tovuz və Xocavənd rayonları ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
Agentlikdən “Ölkə.Az”a verilən məlumata görə, daxil olmuş 8 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 124 ədəd partlamamış hərbi sursat (PHS), 7 ədəd piyada əleyhinə mina, 3 ədəd təlim məqsədli tank əleyhinə mina, 197 ədəd müxtəlif çaplı patronlar, 23 ədəd top mərmisinin gilizləri və 2 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 543 669 kv.m (1 354 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.