![]() |
|
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.
Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var.
Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür.
Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may
16:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Azərsun Arena”
Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.
Xəbər verdiyimiz kimi, “Bayer” (Leverkuzen) Avropa Liqasının yarımfinalının ilk görüşündə “Roma”nı 2:0 hesabı ilə məğlub edib.
“Almanlar bununla da məğlubiyyətsizlik seriyasını 47-yə yüksəldib.
Matçın videoicmalını təqdim edirik:
Arda Gülər "Real Sosyedad" - "Real Madrid" oyununda hesabı açıb.
Qolu təqdim edirik:
İspaniya "La Liga"sında "El Klasiko" madridlilərin qələbəsi ilə yekunlaşıb.
Çempionatın 32-ci turunda "Real"'-"Barselona" oyunu baş tutub.
Qarşılıqlı qollarla keçən oyunda "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.
İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub.
Həmin görüntünü təqdim edirik:
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun maraqlı görüntüsü yayılıb.
Evindən çıxan məşqçini təsadüfən balaca fanatı yaxalayıb. Yanına qaçan oğlanın istəyini qırmayan Qurbanov onunla foto çəkdirib.
Sözügedən görüntünü təqdim edirik:
Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən titullu idmançımız Hacı Əliyevin Bakıda keçirilən turnirdə sonra səhhətində problem yaranıb.
Bu barədə güləşçi sosial şəbəkə hesabında paylaşım edib.
İdmançı hazırda özünü yaxşı hiss etdiyini və ev şəraitində mülaciəsini davam etdirdiyini bildirib.
"Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib.
Trend xəbər verir ki, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil.
Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ”da çıxış edir.
Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.
Metbuat.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erol Bilecik bildirib. Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".
O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, aprelin 27-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.