Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.

Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var.

Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür.

Azərbaycan Premyer Liqası

XXXIII tur

4 may

16:30. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Azərsun Arena”

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.

17 May 2024 Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
15 May 2024 “Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
13 May 2024 “Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
13 May 2024 AFFA-da vacib qərarlar günü
09 May 2024 “Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
08 May 2024 UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
08 May 2024 Bu tarix Ümumdünya Futbol Günü elan edildi
03 May 2024 “Bayer” məğlubiyyətsiz davam edir… - Video
29 Aprel 2024 Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
27 Aprel 2024 Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
22 Aprel 2024 "El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
19 Aprel 2024 Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
16 Aprel 2024 Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
12 Aprel 2024 Hacı Əliyevin gözü şişdi - Həkimə müraciət etməli oldu - VİDEO
06 Aprel 2024 "Qarabağ" ulduz futbolçusu ilə bağlı qərar verdi
04 Aprel 2024 "Fənərbağça"dan Superkubok oyunu ilə bağlı inanılmaz qərar
03 Aprel 2024 Qurban Qurbanov dünya reytinqində irəlilədi
03 Aprel 2024 Qara Qarayevdən "Qarabağ" azarkeşlərinə sərt sözlər: "Şərəfiniz varsa..." - VİDEO
03 Aprel 2024 Buna tab gətirmək çətindir, cavabım qətidir - Qurban Qurbanov nöqtə qoydu
02 Aprel 2024 AFFA-nın yeni prezidenti seçildi - FOTO

Xəbər lenti