![]() |
|
Baş məşqçilərin yeni reytinqi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.
Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.
Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.
Sportinfo.az xəbər verir ki, söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.
0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.
Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.
18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.
Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.
Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib.
“Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı keçirilmiş ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, “Latsio”dan təklif alması xəbərinə münasibət bildirib: “Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm”.
AFFA-nın yeni prezienti müəyyənləşib.
Milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib.
Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.
Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. “Qafqazinfo” xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Premyer Liqanın XXVIII turunun “Kəpəz”lə səfər oyununda (1:6) əldə olunub.
Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07. Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə buna nail olub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunçusu Elvin Cəfərquliyevin intizamsız davranışlarından danışıb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçinin daha doğru davranmalı olduğunu bildirib:
“Futbolçularımın intizamsızlığı, onlar haqda fikirlər bildirilməsi ən xoşlamadığım mövzudur. Mənim üçün xoş deyil. Futbol aqressiv oyundur. Bəzən düşünmədiyin epizodlar, nəticələr olanda, xoşagəlməz hallar baş verir. Futbolçularıma dəfələrlə bildirmişəm və ən çox tələbim də budur ki, nə olursa-olsun, futbolçu özünü intizamlı aparmağı bacarmalıdır. Buna da məcburdurlar.
Çünki futbol kollektiv oyundur. Bir yola çıxmışıqsa, sona qədər birlikdə qalmalıyıq. Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin “Qarabağ”da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. Əgər o da belə hərəkət edibsə, demək ki, böyük səhv edib.
Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, "Qurban müəllim diqqət ayırmadı". Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. Futbolçuların hamısı səhv edə bilər. Sadəcə təkrarlamamaq lazımdır. Əgər belə səhvlər olubsa, bir daha eləməzlər”.
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.
Buna “Qarabağ” sona 8 tur qalmış nail olub.
Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.
“Qarabağ”ın forvardı Juninyo karyerasını Fransada davam etdirə bilər.
“Qafqazinfo” “Transfer Nabzı” X səhifəsinə istinadən xəbər verir ki, “Tuluza” braziliyalı hücumçunun keçidini həll edib.
Bu məsələdə Fransa klubunun rəsmisi Damien Komollinin həlledici rol oynadığı bildirilir.
Mövsümün sonunda Juninyonun “Qarabağ”dan ayrılaraq “Tuluza” ilə rəsmi müqavilə imzalayacağı iddia olunur.
“Qarabağ”a mövsümün əvvəlində keçən 27 yaşlı hücumçu 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
"Xəzər Lənkəran"ın böyük futbola dönüşü reallığa çevrilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən ay stadionunu təmirə bağlayan cənub təmsilçisi arena üçün texniki işçilərin seçiminə start verib.
Hələlik tikinti işlərinə cəlb olunacaq ixtisaslı texniki işçilər axtarılır. Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi cəlb olunacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb.
Yassin Benzia Əlcəzair millisinin heyətində ötən gün Cənubi Afrika yığmasına qarşı yoldaşlıq oyununda 2 qol və 1 assistə imza atmışdı.
"Qarabağ"ın futbolçusunun 3:3 hesabı ilə yekunlaşan oyunda vurduğu akrobatik qolu təqdim etmişdik.
"Lequipe": Benzia!!! "Qarabağ"ın futbolçusu qayçı zərbə ilə Cənubi Afrikaya qol vurdu. Gecənin ən gözəl qoludur, sözsüz ki.
"Foot Mercato": Yassin Benzia Cənubi Afrikaya qarşı xariqüladə qol vurdu.
FIFA Dünya Kuboku: Yassin Benziadan velosiped zərbəsi.
Afrika Futbol Federasiyası: Yassin Benziaya baş əyin. Milli komandaya dönüşü belə elan edərlər...
"Men in Blazers": İlin qolu Yassin Benziadan. Həm ağlasığmaz, həm də möhtəşəm.
"İnstant Foot": Zlatan İbrahimoviç deyil, Yassin Benziadır.