![]() |
|
"Yol-xeber.az"un xəbərinə görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi icra olunub.
Hazırda işlər digər hissələr üzrə sürətlə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında davam etdirilir. Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.
23.5 km-lik 2-ci hissə üzrə yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılaraq yol yatağı inşa edilib. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yeni magistral yolun sözügedən hissəsində nəzərdə tutulan 8 körpü və yol öütürücüsünün, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 39 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. Sözügedən hissədə tərəqqi 58 faiz təşkil edir.
20 km-lik 3-cü hissə üzrə hazırda qazma-dolğu, torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur. Nəzərdə tutulan 4 körpü və yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü borunun inşası davam etdirilir. Hissə üzrə fiziki tərəqqi 50 faiz təşkil edir.
18.6 km-lik 4-cü hissə üzrə hazırda yol yatağının inşası, 45 suötürücü borunun quraşdırılması, həmçinin nəzərdə tutulan 7 körpü və 4 yolaltı keçidin tikintisi işləri icra olunur. Sözügedən hissə üzrə tərəqqi 48 faiz təşkil edir.
Tikinti işləri yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə sonuncu mərhələdə davam etdirilir. Sözügedən hissədə yol yatağı və yol əsasının tikintisi, 32 körpü və yol ötürücüsü, 22 yolaltı keçid və 320 suötürücü borunun inşası artıq yekunlaşıb. Hazırda sözügedən hissədə son tamamlanma işləri icra olunur. Fiziki tərəqqi 98 faiz təşkil edir.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi işləri də aparılır.
Ümumilikdə yeni inşa edilən 150 km-lik magistral yol boyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"ın xəbərinə görə, Azərbaycan Həndbol Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.
Saleh Məmmədov növbəti dəfə prezident seçilib.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Agentliyinin İdarə Heyətinin sədri olan Saleh Məmmədov bu federasiyaya 2016-cı ildən rəhbərlik edir.
Yol-xeber.az xəbər verir ki, Yanvarın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. 2021-ci ilin noyabrında açılışı olan Biləcəri lokomotiv deposu ilə bərabər, Gəncə deposu Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib.
Dövlətimizin başçısı deponu işə saldı.
Bildirildi ki, əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir.
Gəncə lokomotiv deposu ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.
Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyevi və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində cinayətkarlıq və digər təhlükəli cinayət növləri il mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini polis general-mayoru Əkbər Yusifovla görüşüb.
"Yol-xeber.az"ın xəbərinə görə, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış generallara gəlcək fəaliyyətlərində uğurlar arzulayıb.
V.Eyvazov görüşdə hər iki şəxsə zəngin təcrübələrini gənclərlə bölüşəcəklərinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, cəmiyyətdə polisin işgüzar nüfuzunun qorunub saxlanılmasına yaxından kömək edəcəklərinə əminliyini ifadə edib.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
2003-2021-cı illər ərzində Bakı şəhərində:
- 83 yol ötürücüsü və tunel tikilib, 4-ü təmir edilib.
- 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib.
- 2010.5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
Kəndlərarası avtomobil yolları:
2003-2021-ci illər ərzində 6.2 milyon nəfər əhali yaşayan, 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5.1 min km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub.
2003-2021-ci illər ərzində respublika ərazisində:
- 19.2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
- 460 yeni körpü, yol ötürücüsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.
1 yanvar 2021-ci il tarixinə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, bu gün artaraq 935.5 km olub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun sədrliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə cari il ərzində agentlik tərəfindən yol infrastrukturunun yenilənməsi və müasirləşməsi istiqamətində, xüsusən də Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunub yekunlaşdırılan və davam etdirilən layihələr barədə məlumat verilib.
Həmçinin 2022-ci ilin iş planına əsasən qarşıda duran vəzifələr, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun konsepsiyanın hazırlanması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Belə ki, agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə İdarə heyətinin sədri Saleh Məmmədov tərəfindən əmr imzalanıb.
Müşavirədə əmrin icrası ilə bağlı rəhbər şəxslərə tapşırıqlar verilib.
Yol-xeber.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
AAYDA-nın rəhbərliyi Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.
“Yol-xeber.az” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
“Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ilin I rübündə istifadəyə verilməsi gözlənilir".
“Yol-xeber.az” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvandakı dəmir yolu xətti ilə birləşdirilməsinə isə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar nəticə verdikdən - kommunikasiyaların açılmasına razılıq əldə olunduqdan sonra başlanıla bilər. Ermənistanın Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın idarəetməsində olacaq. Hesab edirəm ki, gələcəkdə bu müddət uzadılacaq", - deyə C.Qurbanov əlavə edib.