![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qazax rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qazax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
"Yol-xeber.az" xəbər verir ki, Sentyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə (onlayn) Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.
Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.
Tədbirdə İran İslam Respublikasının nümayəndə heyəti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin səyləri sayəsində Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğu və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanaraq bir çox istiqamətlərdə sürətlə inkişaf edir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub.
Tədbirdə vurğulanıb ki, 2022-ci il martın 11-də İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur.
Hər iki ölkənin rəhbərlərinin bu təşəbbüsü yeni nəqliyyat dəhlizinin açılması ilə yanaşı, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhlizin yaranmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, uzunluğu 112 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və piyadalar üçün 1 hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.
Təməlqoyma mərasimində yeni körpünün hər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə, nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinə və regionun tranzit potensialının artırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.
"Yol-xeber.az" xəbər verir ki, dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yeni inşa olunan tunel barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir.
Məlumat verildi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yol boyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) tikintisi işləri uğurla davam etdirilir.
Məlumat verildi ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.
Qeyd edildi ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda T1 tunelinin giriş portalının tikintisi həyata keçirilir. T2 tuneli 354,4 metr uzunluğunda olmaqla inşa edilir. Bu tuneldə giriş istiqaməti üzrə 115,8 metr qazma işləri aparılıb. T5 tuneli 448,7 metr uzunluğundadır. Tuneldə çıxış istiqaməti üzrə 331 metr qazma işləri görülüb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri aparılıb. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.
Bildirildi ki, layihədə nəzərdə tutulan digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.
Diqqətə çatdırıldı ki, Kəlbəcər-Laçın avtomobil yolunun oxu boyu torpaq yatağı üçün təməlin hazırlanması, qazmalarda yamacların formaya salınması və 12 düzbucaqlı və 4 ədəd 1500 millimetrlik dairəvi boruda inşa işləri davam etdirilir.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcələrinə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur.
Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Bu səbəbdən yeni yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın hava limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
"Yol-xeber.az" xəbər verir ki, Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturuna xidmət göstərilməsi üçün yeni alınan maşın-mexanizmlərin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı əsasında alınmış yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar işğaldan azad edilmiş ərazilərdəki yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunacaq.
Təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar,inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Dövlət Agentliyi maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş avtomobillər nümayiş olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun möhkəmləndirilməsi istiqamətində Dövlət Agentliyi maşın-mexanizm parkına 40 adda 360 yeni texnika və avadanlıqlar alınmışdır.
Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlər tərəfindən istehsal edilən bu texnikalar sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.
Müasir infrastrukturun yaradılması, yeni maşın-mexanizmlərin və avtomobillərin alınması işğaldan azad edilmiş ərazilərimizdə istənilən hava şəraitində xidmətin rahat və təhlükəsiz təşkilinə imkan verəcəkdir.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 25-də Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər-Rayon polis şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından gələn 162 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında Şəki şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib.
Xidmətə qəbulun şərtlərinə uyğun gələn 87 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23 nəfəri Vətən müharibəsi iştirakçısı, 2 nəfəri isə şəhid ailələrinin üzvüdür.
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qax və Şəki rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 19-da Qax rayonunda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, müraciət edənləri qəbul etdikdən sonra Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.
Görüşdə İdarə Heyətinin sədri Saleh Məmmədov onların qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin 3 əməkdaşı iştirak edib. Çilingər vəzifəsində çalışan Kazım Kazımov “Suqovuşanın azad olunmasına görə, buldozerçi Şıxəmir Şıxəmirov ”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, sürücü kimi çalışan Bəxtiyar Ziyadlı isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Ümumilikdə Vətən müharibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və tabeli qurumlarında çalışan hərbi vəzifəlilərdən 182 nəfər iştirak edib.