![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Bu gün Qazaxıstanın Almatı şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Görüşdə 2022-ci il üzrə Fəaliyyət Planına dair hesabat dinlənilib, daha sonra müvafiq marşrut üzrə 2023-cü ilin fəaliyyət planı, tarif siyasəti və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinə yeni üzvlərin qəbulu müzakirə olunub.
Səfər çərçivəsində ADY sədri Qazaxıstan, Gürcüstan və Türkiyə dəmir yolları qurumlarının nümayəndə heyətləri ilə görüşüb. İkitərəfli görüşlərdə tranzit potensialının artırılması imkanları nəzərdən keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların xatirələrini dərin ehtiramla yad ediblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən şənbə gecəsində törədilən dəhşətdən düz 33 il keçsə də, nə düşmənin amansızlığı, nə də qanları ilə adlarını tarixə yazan, azadlıq yolunda ölümə sinə gərərək Şəhidlik zirvəsinə qalxan Vətən övladları unudulmayıb.
Bu tarix Azərbaycanın milli-azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri, xalqımızın qızıl hərflərlə yazılan qəhramanlıq tarixidir. Bu səbəbdən hər bir Azərbaycan vətəndaşının qəlbində şəhidlərimizə dərin ehtiram, minnətdarlıq var. Şəhidlər Xiyabanı isə hər birimizin müqəddəs and yerinə çevrilib.
Millət olaraq necə möhkəm, qorxmaz olduğumuzu, Vətəni, onun hüriyyətini hər şeydən vacib hesab etdiyimizi öz canları bahasına sübut edən mərd Vətən övladlarının öz cəsarəti ilə azadlığa, bütün Azərbaycana çevrildiyi tarixi, əliyalın halda tankın, zirehli texnikanın qabağına çıxıb ölümün gözünə dik baxaraq, əsarətə meydan oxuyan Şəhidlərimizi qürurla, cəsarətlə, fəxrlə anırıq!
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
"Yol-xeber.az" xəbər verir ki, Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.
Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.
"Yol-xeber.az" xəbər verir ki, Dekabrın 27-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) və "Qazaxıstan Dəmir Yolu" SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib.
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Abşeron rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-nin inzibati binasında keçirilən qəbulda Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.