Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanmışdır. Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetiriləcəkdir.

Sözügedən layihənin icrasına dəstək missiyasını AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov qəbul etmişdir. Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, 2 saylı Layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak etmişdir.

Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli  və gələcək əməkdaşlığın  perspektivləri ətraflı şəkildə müzakirə olunmuşdur.

 

ff
ff



Yol-xeber.az" xəbər verir ki, Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. 

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub. 

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

28.02.23_2

Yol-xeber.az" xəbər verir ki, 27 fevral tarixində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi Plenumunun yarıdan çox üzvünün birgə tələbinə əsasən, Komitənin növbədənkənar Plenumu keçirilib. Tədbirdə 19 plenum üzvü, kollektivi təmsil edən 98 səlahiyyətli nümayəndə və 92 digər üzv iştirak edib. 

Plenumda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov və sədr müavini Samir Böyükzadənin səlahiyyətlərinə səs çoxluğu ilə xitam verilib. 

Plenum üzvlərinin səs çoxluğuna əsasən, ADY-də 40 ildən çox iş stajına malik və 2012-ci ildən Sərnişindaşıma Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri  vəzifəsini icra edən Vaqif Bədəlov DMHİ-nin yeni sədri, 2004-cü ildən dəmir yolunda çalışan və 2016-cı ildən Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Fətəli Bəyimov isə sədr müavini seçilib.

Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti vətəndaşların müraciətlərinə baxılması və qeyd olunan problemlərin həllində fəal iştirakına görə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) tərəfindən təltif olunub. 2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə keçirilən dəyirmi masada bildirilib ki, ADY daxil olan vətəndaş müraciətlərinin cavablandırılmasında və operativ həllində xüsusi aktivlik nümayiş etdirib. Bununla bağlı olaraq, ADY nümayəndələrinə təşəkkürnamə təqdim edilib.

Məlumat üçün bildirək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək  (SES) layihəsi çərçivəsində icra edilir. Layihənin icraçısı "MG Consulting" MMC-dir.

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platformasının məqsədi vətəndaşları narahat edən infrastruktur, kommunal, yol təsərrüfatı və digər sahələrlə bağlı müraciətləri aidiyyəti qurumlara yönləndirmək və onların həllinə nail olmaqdır. Platforma eyni zamanda ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirir.

 

Yol-xeber.az" xəbər verir ki, 28 fevral 2023-cü il tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə ADY-də dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.

“Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib. 

Yol-xeber.az" xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alimakademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.       

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.


AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər
AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər


Yol-xeber.az" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirdə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, o dövrdə ölkəmizdə yol infrastrukturunun inkişafı, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərməsi, işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə respublka ərazisində icra olunan yol infrastrukturu layihələri barədə məlumat verib.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

gffggffg
gffggffg
gffggffg
gffggffg
gffggffg
gffggffg
gffggffg
gffggffg
gffggffg


Yol-xeber.az" xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Zəngilan rayonunun Ağalı kənd orta məktəbində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən yarış Ağalı kənd orta məktəbin 5-9-cu sinif şagirdlərindən təşkil edilmiş və Zəngəzurun yaşayış məntəqələrinin adı verilmiş 6 komanda (Nüvədi, Ağbulaq, Dərələyəz, Comərdli, Baharlı və Bayandır komandaları) arasında 3 mərhələ üzrə aparılıb.
Hər mərhələdə şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığı, Vətən müharibəsi və işğaldan azd edilən ərazilərdə həyata keçirilən yol infrastrukturuna aid suallar verilib.
Sonda yarış iştirakçıları və qaliblərə agentlik tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər zamanı Ağalı kənd orta məktəbinə kompüter dəstləri də hədiyyə edilib.
 
 

fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf
fffdf



 
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qobustan rayonu Gənclər Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
 

c
c
c
c
c
c
c
c
c
c
c
c
c
c



Yol-xeber.az" xəbər verir ki, Bu gün Azərbaycanda səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti  işgüzar səfər çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-də olub.

Nümayəndə heyətini qəbul edən ADY sədri Rövşən Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib. 

Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən "Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan" marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə edib.

Xəbər lenti