![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentlik tərəfindən bu çərçivədə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-də inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.
Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və agentliyin digər vəzifəli şəxsləri iştirak ediblər.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Tədbirlər planına uyğun olaraq cari ildə agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 və 18.5-ci km-lik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilərək vətəndaşların istifadəsinə verilib.
Hazırda sözügedən magistral yolun 20.2 və 21.5-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb. Artıq sözügedən yolun yenidən qurulan hissəsi bu gün sürücülərin istifadəsinə verilib.
Magistral youn yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov və digər vəzifəli şəxslər iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi vətəndaşların və turistlərin adıçəkilən yoldan təhlükəsiz şəkildə istifadə etməsi, rahat gediş-gəlişin təmin olunması üçün yol boyu qısa zamanda genişmiqyaslı işlər icra olunub.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.
Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.
Sadalanan işlər yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Yüksək keyfiyyətlə və qısa müddət ərzində aparılan genişmiqyaslı yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlərə paralel yenidən qurulması yekunlaşan hissə üzrə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilib.
Hazırda magistral yolun kiçik bir hissəsində yenidənqurma işləri davam etdirilir ki, bu işlərin də yaxın günlər ərzində tam yekunlaşdırılması planlaşdırılır.
Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı Mərkəzi”nin yenidən təşkili və "QR kod"un tətbiqi ilə bağlı təqdimatı keçirilib.
Təqdimatı giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlərin həyata keçirildiyini bildirib.
İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, Agentlikdə yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidən qurulması istiqamətində yeniliklər tətbiq edilir, bu istəqamətdə müasir texnologiyaların imkanlarından geniş istifadə edilir.
Bununla yanaşı ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında də işlər davam etdirilir.
2022-ci il ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, şəffaflığın təmin edilməsi üçün yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə böyük işlər görülüb və davam etdirilməkdədir.
Bura agentlikdə müasir metodlarla işçilər arasında keçirilmiş attestasiya, Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları, İşə Qəbul Qaydalarının təsdiqi, Elektron İnformasiya Sistemi AYİS-in yaradılması daxildir.
İdarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Çağrı Mərkəzi”nin (0125997975) yenidən təşkili, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.
Agentlikdə mövcud “Qaynar Xətt”in fəaliyyəti tələblərə cavab vermirdi. Bu üzdən işinin təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunması üçün göstərilən xidmətin qəbul olunmuş ümumi qaydalar əsasında daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranmışdı.
Daha bir yenilik "QR kod"un yaradılması və tətbiqi ilə bağlıdır. "QR kod"un agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır.
"QR kod" məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin Agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.
Tədbirin sonunda “Çağrı mərkəzi”nin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin Agentliyin "QR kod"un yaradılmasını özündə əks etdirən video təqdimat nümayiş olunub.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından qəbula gələn 143 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını bildirən sakinlər onların müraciətlərinə obyektiv yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 152 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 55-i Vətən müharibəsi iştirakçısı olub.
"Yol-xeber.az" xəbər verir ki, 14 dekabr 2022-ci il tarixində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmovla "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.
Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.
Qeyd edək ki, səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və "Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib. Ümummilli liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
"Yol-xeber.az" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yad edilib. Anım günü ilə əlaqədar olaraq agentliyin kollektivi inzibati binada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 24-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər Polis İdarəsinin inzibati binasında Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbula gələn 208 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnun olduqlarını, qalib ölkənin vətəndaşları olmaqdan qürur duyduqlarını bildirən sakinlər onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən şəhər və rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 262 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 47-si Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra xidmətə qəbulla bağlı qüvvədə olan tələblərə uyğun gələn 1000 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailələrinin üzvləri daxili işlər orqanlarında işlə təmin olunublar.
"Yol-xeber.az" xəbər verir ki, Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları QSC-nin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü və şəhidlərin xatirəsinə həsr edilmiş guşəni ziyarət edib, gül dəstələri düzüblər.
Tədbirdə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıblar. Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş 30 nəfərə üzvlük vəsiqəsi təqdim edilib
"Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Astara rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.