Əminəm ki, Tanrı gürcü xalqının yanlış seçim etməsinə imkan verməyəcək.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Çkondid Yeparxiyasının rəhbəri mitropolit Pyotr Çaava deyib. O, gürcüləri prezident seçkisində hökumətin dəstəklədiyi namizəd Salome Zurabişviliyə səs verməməyə çağırıb.

Çaava həmçinin Zurabişvilinin “2008-ci ilin avqustunda Gürcüstan hökumətinin öz əhalisini bombardman etməsi” iddialarına da cavab verib:

“Bu bəyanat Kremlin ritorikasına bənzəyir. Gürcü xalqı heç vaxt fəth müharibələri aparmayıb. Bütün döyüşlərimizin hamısı Gürcüstan ərazisində olub. Gürcüstan ərazisində Gürcüstanın müharibə başlatmasını söyləmək böyük şərdir”.

Qeyd edək ki, Zurabişvili prezidentliyə müstəqil namizəddir. Onun namizədliyini bir müddət öncə Gürcü Arzusu Partiyası da dəstəklədiyini bildirib.

Zurabişvilinin namizədliyinə qarşı indiyə qədər ən böyük çıxışları eks-prezident Mixail Saakaşvili edib. O, Zurabişvilini hətta düşmən belə adlandırıb.

Son günlər Gürcüstan kilsəsi də Zurabişviliyə qarşı çıxıb. Kilsənin belə addım atmasına səbəb Zurabişvilinin ölkədə marixuana istehsalı və satışını dəstəkləməsi olub. Kilsə narkotik istehsalı və satışını ölkə gəncliyi üçün bəla adlandırıb.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti