ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ölkənin əsl konstitusiya böhranı ilə üzləşdiyini deyib.

 

Musavat.com CNN kanalına istinadən xəbər verir ki, Con Kerri jurnalist Bob Vudvordun prezident Donald Tramp haqqında yazdığı “Tramp Ağ Evdə. Qorxu!” adlı kitabda yazılanlara, həmçinin “The New York Times” qəzetində Ağ Evin bir əməkdaşının prezidentə qarşı komanda içində qiyam olduğu barədə dediklərinə öz münasibətini bildirib.

C.Kerri CNN-in aparıcısı Anderson Kuperin "Anderson Cooper 360." adlı verilişdə bunları söyləyib: Biz öz relsindən çıxan prezidentliklə üzləşmişik. Bizim bir işi bacarmayan, adi bir şey üstündə tez özündən çıxan, qərar qəbul etməli olduğu məsələlərdən başı çıxmayan bir prezidentimiz var”.

Bundan başqa, Kerri Bob Bob Vudvordın kitabında sadalanan (Trampın Suriya liderini öldürmək əmri verməsi, onun masasının üstündən sənədlərin oğurlanmsı kimi) faktlara da münasibətini ifadə edib və baş verənləri rüsvayçılıq adlandırıb.

“Prezidentin masasının üstündən onun sənədləri oğurlanır, müdafiə nazirmizə başqa bir müstəqil ölkənin liderini öldürmək əmri verilir, o isə öz növbəsində telefonu asdıqdan sorna hər kəsin yanında bunu etməyəcəyini uca səslə söyləyir. Bütün bunlar inanılmazdır”,- deyən Kerri konstitusiya böhranının respublikaçı senatorların Trampın arxasında duracaqları təqdirdə daha da dərinləşəcəyini vurğulayıb.

“Onlar Konstitusiyanı, Senat kimi mühüm bir institutu müdafiə etmək yerinə partiyalarını və öz hərəkətlərini başa düşməyən adamı qoruyurlar”,- Kerri deyib.

Musavat.com

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti