İŞİD terrorçularının arvadlarından daha bir qrupu Bağdad məhkəməsinə çıxarılıb və mühakimə olunur.

Virtualaz.org “Al-Monitor” nəşrinə istinadla xəbər verir ki, onların arasında Azərbaycandan olan Samirə adlı qadın da var. Samirə İŞİD-çi ərindən dünyaya gələn 2 yaşlı qızı ilə birlikdə, İraq hökumətinin terrorçuluqda ittiham olunan məhbuslar üçün nəzərdə tutduğu xüsusi çəhrayı geyimdə məhkəmə qarşısına çıxıb.

Azərbaycandan olan sarı saçlı, yaşıl gözlü qadın ifadəsində deyir ki, Türkiyə vətəndaşı olan əri ilə sosial şəbəkələrdə tanış olub. “Bizim ilk görüşümüz Türkiyədə oldu”-o Bağdadın Mərkəzi cinayət məhkəməsində hakim Suheyl Abdullaya deyib.

“Biz evləndik və qərara aldıq ki, Suriyaya gedək. Bir ilə yaxın Suriyada yaşadıq, daha sonra bir il İraqda yaşadıq və orada ayrıldıq”-Samirə deyir.

Gənc qadın iddia edir ki, ərinin törətdiyi cinayətlər haqda heç nə bilmir. “Hazırda ərin haradadır?”-hakim ondan soruşub. “Mən bilmirəm. 2017-ci ildə Mosulda gedən döyüşlərdən sonra onunla əlaqəm kəsildi”-Samirə cavab verib.

 

Lakin Samirənin dediklərini sübuta yetirmək və taleyini dəyişmək üçün şahidləri, dəlilləri yoxdur. İraqın terrorla mübarizə qanununa görə terrorçuluqda ittiham olunanlar 15 il həbs və ya edam cəzasına məhkum oluna bilər. Qadınlar üçün isə maksimal cəza ömürlük həbsdir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycandan olan daha bir neçə qadın Bağdad məhkəməsində İŞİD üzvü olmaqda ittiham edilərək mühakimə olunub. Minlərlə İŞİD-çi isə mühakimə olunacaqları günü gözləyir.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti