13:50

Köçəryan həddindən artıq radikal bəyanatlarında kiməsə arxalanır.

 

Bunu Axar.az-a Ermənistanın eks-prezidenti Robert Köçəryanın növbədənkənar parlament seçkisində iştirakını bəyan etməsi haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Köçəryanın növbədənkənar parlament seçkisində qələbə çalacağı ilə bağlı birmənalı fikir söyləmək çətindir:

“Düzdür, Köçəryan həddindən artıq radikal bəyanatlarında kiməsə arxalanır. Ancaq son vaxtlar ABŞ-dan müəyyən siyasi məsləhətçilərin Ermənistana axını çox şeydən xəbər verir. ABŞ getdikcə Paşinyan və onun komandasının hakimiyyətini himayəsi altına alır. Vaşinqton seçkilərə qədər Paşinyanı kifayət qədər gücləndirmək fikrindədir. Fikir verin, Rusiya mətbuatı da bununla bağlı yazmağa başlayıb və hakim fikir bundan ibarətdir ki, ABŞ Rusiyanı Ermənistan məsələsində qabaqlayır. Üstəlik, Paşinyanın Trampla görüşü hazırlanır. Çox güman ki, Paşinyan ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasından Ermənistanın xeyrinə yararlanmağa çalışacaq. Amerika Erməni Milli Komitəsi artıq konqresmenlərə və senatorlara təsir etmək üçün böyük bir kampaniya başladıb. Bu kampaniyada onlar Paşinyan-Tramp görüşünün hazırlanmasını birinci yerə qoyublar. Hətta bəziləri bu məsələni artıq həll olunmuş sayırlar”.

Q.Hüseynli bildirib ki, buna görə də rus politoloqlar Kremldən Ermənistanla bağlı daha ciddi düşünməyi və orada Moskvanın strateji maraqlarını nəzərə almağı tələb edirlər:

“Göründüyü kimi, Ermənistan ətrafındakı vəziyyət mürəkkəbləşir, qarşıdurma meyilləri artır. Bu prosesdə iştirak edən siyasi qüvvələrin sayının çoxalması Ermənistan üçün ciddi təhlükələr vəd edir. Hesab edirəm ki, sentyabrda bölgədə siyasi temperatur xeyli qalxacaq”.

Politoloqun sözlərinə görə, Paşinyan-Tramp görüşü Rusiya-Ermənistan, Rusiya-ABŞ münasibətlərində yeni qarşıdurma meydanı açacaq:

“Bu isə Cənubi Qafqaz uğrunda mübarizənin yeni mərhələsinin başlamasına və bütövlükdə regionda Rusiya-ABŞ qarşıdurmasının toqquşma vəziyyətinə çatmasına səbəb ola bilər. Ümumiyyətlə, bölgədə xeyli daxili və xarici xarakterli təhlükəli tendensiyalar var”.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti