![]() |
|
Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə namizədinin adını açıqlayıb.
“Bu barədə partiya sosial şəbəkədə paylaşım edib.
CHP hazırda həbs edilən və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini elan edib.
Partiya üzvləri 81 ildə “Yolumuz uzun, həyəcanımız yüksək!” şüarı ilə səsvermə keçiriblər. Səsverməyə 14 milyon 800 mindən çox insan qatılıb.
Xatırladaq ki, Ə. İmamoğlu və onunla eyni vaxtda saxlanılan 99 şübhəli “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” maddələri ilə təqsirləndirilir. İmamoğlu ilə birlikdə həbs olunan Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık da vəzifələrindən uzaqlaşdırılıblar.
Ötən gün Yer kürəsində G3 səviyyəsində maqnit qasırğası başlayıb.
“Bununla bağlı “zakon.kz” məlumat yayıb.
Ekspertlərin fikrincə, maqnit qasırğası 2025-ci ilin əvvəlindən müşahidə olunan ən güclü qasırğadır.
Qasırğa ilə bağlı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun əməkdaşları əhaliyə xəbərdarlıq ediblər.
Qeyd edək ki, maqnit qasırğasına səbəb Günəşdə baş verən güclü partlayışdır.
Avtomobil istehsalçısı "Mercedes-Benz" Berlin zavodunda ABŞ şirkəti "Applonik"in humanoid robotlarını sınaqdan keçirməyə başlayıb.
oxu.az xəbər verir ki, bu barədə carscoops.com xəbər verir.
Qeyd olunur ki, Apollo robotları daxili logistika üçün istifadə olunur. Onlar istehsal xəttinə hissələri daşıyır, burada işçilər onları avtomobillərə quraşdırır. Robotlar həmçinin komponentlərin keyfiyyətinin ilkin yoxlanışını aparmaq üçün istifadə edilə bilər.
Bundan əlavə, Apollo robotları özlərini enerji mənbəyinə qoşaraq müstəqil şəkildə doldurmaq qabiliyyətinə malikdirlər.
Serbiyadakı etirazların təşkilatçısı Trampın əleyhdarı olan “dərin dövlət” və Avropanın bir neçə xüsusi xidmət orqanıdır.
Bu barədə Serbiyanın baş nazir müavini Aleksandar Vulin TASS-a şərhində bildirib.
“Serbiyada rəngli inqilabı Prezident Trampın sülh təşəbbüslərini pozmağa çalışan ABŞ-nin “dərin dövləti”, habelə bir neçə Avropa kəşfiyyat xidməti təşkil edib”, – Serbiya hökumətinin sədr müavini iddia edib.
Vulinin fikrincə, bu qüvvələrin məqsədi Serbiyanı dağıtmaqdır.
“Onlar ölkədə iqtidara Qərbin bütün tələblərini, o cümlədən Rusiyaya sanksiyaların tətbiqini yerinə yetirəcək siyasətçiləri gətirmək niyyətindədirlər”, –baş nazir müavini vurğulayıb.
Qeyd edək ki, “dərin dövlət” (derin devlet) termini Türkiyədə hərbi, xüsusi xidmət orqanları və mafiya ilə əlaqəli hakimiyyət daxilindəki kölgə strukturlarını təsvir etmək üçün istifadə edilir. Sonradan bu konsepsiya ABŞ-də populyarlıq qazanıb, Donald Tramp bu terminə bürokratik aparatı onun siyasətini sabotaj etməkdə günahlandırmaq üçün müraciət edir. Reallıqda belə nəzəriyyələr hakimiyyət mexanizmlərinin real izahından daha çox siyasi mübarizə və manipulyasiya aləti kimi xidmət edir.
Bayden administrasiyası dövründən fərqli olaraq, prezident Donald Tramp Türkiyə ilə yaxınlaşmağa daha çox üstünlük verir... Rəsmi Ankaranın bəzi istəklərinə həssas yanaşan ABŞ-ın Türkiyə kimi nəhəng qlobal güc sahibinə ehtiyacı indi strateji xarakter daşıyır...
Türkiyənin hazırda olduqca taleyüklü tarixi mərhələdən keçməkdə olduğu qətiyyən şübhə doğurmur. Belə ki, rəsmi Ankara son illərdə reallaşdırdığı prinsipial və qətiyyətli xarici siyasət kursu ilə Türkiyəni regional hərbi-siyasi iradə mərkəzinə çevirməyə nail olub. Ona görə də, hazırda Türkiyə sərhədləri ətrafındakı regionlarda məhz rəsmi Ankaranın geopolitik iradəsi həlledici xarakter daşıyır. Və bu, Türkiyə üçün yeni qlobal strateji imkanlar açır.
"Onu da qeyd etmək lazımdır ki, qlobal məkanda Türkiyənin mövqeyi indi real təsir gücünə malikdir. Qlobal güc mərkəzləri Türkiyənin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldıqlarını artıq açıq və ya dolayısı olaraq, etiraf edirlər. Yəni, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünya məkanında əsas iradə sahibləri sırasına qatmaq istiqamətdə qətiyyətli addımlar atır. Və Türkiyə liderinin "dünya beşdən böyükdür" tezisi artıq reallıqda öz təsdiqini tapmağa başlayıb.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp da Türkiyənin qlobal məkanda önəmli mövqelər qazandığını birmənalı şəkildə vurğulayıb. Ağ Ev sahibi Suriyada cərəyan edən proseslərin məhz Ankaradan idarə olunduğunu bildirməklə, həm də Türkiyənin Yaxın Şərqdə hegemon olduğuna dolayısı eyham vurub. Prezident Donald Tramp yaxın gələcəkdə Türkiyə ilə daha strateji müttəfiqlik barədə düşündüyünü də qətiyyən gizlətmir. Və bu, Bayden adminstrasiyası dönəmində kəskin ziddiyyətlərlə diqqəti çəkən Türkiyə-ABŞ münasibətlərinin yeni mərhələyə keçmə ehtimalını artırır.
Maraqlıdır ki, həmişə Qərbin təlimatları ilə hərəkət edən Türkiyə müxalifətinin narahatlığına səbəb olan istənilən hadisə adətən, ABŞ tərəfindən kəskin etirazlarla qarşılanırdı. Ancaq İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə Ağ Evin reaksiyası Türkiyə müxalifətini məmnun edəcək məzmun daşımır. Çünki Ağ Evdən verilən açıqlamada ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışmadığı xüsusi olaraq, vurğulanıb. Və bu, rəsmi Ankara üçün olduqca pozitiv, üstünlük, həm də konstruktiv yanaşma sayıla bilər.
Birincisi, Türkiyə prokurorluğu İstanbul merinə qarşı olduqca ağır ittihamlar irəli sürüb. Belə ki, Əkrəm İmamoğlu 560 milyard lirə maliyyə vəsaitinin mənimsənilməsində, korrupsiya çetesi qurmaqda, terrorçu qurumlara maliyyə göndərməkdə suçlanır. Belə ağır, üstünlük konkret sübutlarla irəli sürülmüş ittihamların hədəfi olan bir şəxsi Ağ Evin müdafiə etməsi cinayət əməlləri sübuta yetirildikdən sonra ABŞ-ı çox çətin vəziyyətə sala bilərdi. Və bu baxımdan, Ağ Evin "İmamoğlu mövzusu"na ehtiyatlı yanaşmasının ABŞ kəşfiyyatının bu barədə müəyyən məlumatlara malik olması ilə də izah oluna bilər.
Digər tərəfdən, Tramp adminstrasiyası hazırda ABŞ-da "amerikalı imamoğlular" ilə mübarizə aparmaqdadır. Ağ Ev sahibi demokratiya və insan hüquqları kimi bəşəri dəyərlərin arxasında gizlənərək, siyasi manipulyasiyalar edən, fırıldaqçılıqla nəhəng maliyyə talançılığı törədən amerikalı məmurların cinayətlərini araşdırmaqla, məşğuldur. Ona görə də, Tramp adminstrasiyası üçün İstanbulun büdcəsini müxtəlif fırıldaqçı metodlar ilə talamış şəxsin əsassız müdafiəsinə vaxt və enerji sərf etməsi məntiqsiz olardı. Və bu baxımdan, Ağ Evin bundan sonra heç kimə faydası olmayacaq bir korrupsioner fırıldaqçı ucbatından Türkiyə ilə münasibətləri korlamaqdan yayınması tamamilə doğru, praqmatik mövqedir.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, hazırda ABŞ-ın dünyada nüfuzu sürətlə artan Türkiyəyə daha çox ehtiyacı var. Belə ki, Türkiyə yalnız Yaxın Şərqdə deyil, eyni zamanda, Ukrayna böhranının həll edilməsində, İran məsələsində, eləcə də, Avropa məkanının gələcək taleyində xüsusi rol oynaya biləcək önəmli geopolitik iradə sahibidir. Və indi Ağ Evə rəsmi Ankara ilə tərs düşmək deyil, məhz yaxınlaşmaq, anlaşmaq daha sərfəlidir.
Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp və Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş son telefon danışığınında olduqca pozitiv məzmun daşıdığı bildirilir. İki dövlət liderinin bir çox prinsipial qlobal və regional məsələlərdə mövqelərini yaxınlaşdıra bildikləri iddia olunur. Hətta aprel ayında Türkiyə prezidentinin ABŞ-a rəsmi səfəri barədə razılığa gəlindiyi, Ağ Ev sahibinin isə ilk imkanda Ankaraya cavab ziyarətinə gələcəyi vurğulanır. Və bu, o deməkdir ki, Ərdoğan-Tramp anlaşması, Türkiyə-ABŞ yaxınlaşması barədə danışmaq artıq qətiyyən yersiz deyil.
Təbii ki, Ərdoğan-Tramp gizli anlaşmasının müəyyən detalları tədricən ortaya çıxmağa başlayacaq. Hələliksə, Tramp adminstrasiyası rəsmi Ankaranı ciddi şəkildə narahat edən bəzi önəmli məsələlərin dərhal həll edilməsinə cəhd göstərdiyini sezdirir. Belə ki, Ağ Ev sahibinin prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra rəsmi Ankaraya qarşı sanksiyaların ləğvi və Türkiyəyə F-35 döyüş təyyarələri satışının bərpası üçün imkanları araşdırmağa başladığı bildirilir.
Bəzi məlumatlara görə, prezident Donald Tramp Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı prosesi sürətləndirmək niyyətindədir. Eyni zamanda, Ağ Ev sahibi ABŞ və Türkiyə arasında F-35 döyüş təyyarələri ilə bağlı mövcud olan ciddi problemlərin həllinə pozitiv yanaşır. Vaxtilə Rusiyadan alınmış S-400 raket sistemləri ucbatından yaranmış ziddiyyətlərin bu dəfə hər iki tərəfin ortaq mövqeyi ilə nizamlana biləcəyi qətiyyən istisna edilmir. Və bu, o deməkdir ki, Türkiyə-ABŞ münasibətləri uzunmüddətli böhran dövründən çıxmaq üzrədir.
Göründüyü kimi, Bayden administrasiyası dövründən fərqli olaraq, prezident Donald Tramp Türkiyə ilə yaxınlaşmağa daha çox üstünlük verir. Böyük ehtimalla ABŞ-ın Türkiyə kimi nəhəng qlobal güc sahibinə ehtiyacı indi strateji əhəmiyyət daşıyır. Hər halda, Ərdoğan-Tramp anlaşması indi Türkiyə-ABŞ yaxınlaşmasının real nəticələri sırasına daxildir. Və bu proses ümumiyyətlə, yeni dünya düzəninin təməlinin atılmasında həlledici faktora da çevrilə bilər.(musavat.com)
İstanbul Böyükşəhər Bələdiyyəsi və bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hazırladığı hesabatın təfərrüatları məlum olub.
"Haber Global" xəbərinə görə, hesabatda FETÖ üzvü olduğu üçün həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özlem Çerçioğlunun müşaviri olan Erkan Karaarslan ilə Əkrəm İmamoğlu arasında 1 milyon 754 min türk lirası dəyərində məsləhət müqaviləsi bağlandığı bildirilib.
Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilən çoxlu sayda daşınmaz əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala vilayətlərində satış yolu ilə 17 daşınmaz əmlak əldə etdiyi bildirilib.
Hesabatda həmçinin Balıkəsir-Erdemirde yerləşən 5 daşınmaz əmlakın atası Həsən İmamoğlundan Əkrəm İmamoğluna bağışlandığı qeyd edilib.( Report )
ABŞ Prezidenti Donald Tramp bu vəzifədə sələfi olan Cozef Baydeni məxfi məlumatlara girişdən məhrum edib.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Qadağa həmçinin Bayden ailəsinin bütün üzvlərinə, eləcə də əvvəlki Amerika administrasiyasının bir sıra yüksəkvəzifəli əməkdaşlarına da şamil edilib.
Prezidentin departament və agentlik başçıları üçün dərc etdiyi qeyddə deyilir: “Qərar verdim ki, məxfi məlumatlara giriş artıq milli maraqlara cavab vermir”.
Girişdən məhrum edilənlər siyahısına, xüsusilə keçmiş vitse-prezident Kamala Harris, dövlət katibləri Antoni Blinken və Hillari Klinton, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və başqaları daxildir.
Onların həmçinin Amerikanın mühafizə olunan obyektlərinə girişi məhdudlaşdırılıb.( Report )
Ermənistan baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün səsvermənin 2027-ci ildə keçirilə biləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
Baş nazir bildirib ki, bu, ölkənin daxili islahatlar ilə bağlı uzunmüddətli planlarının bir hissəsidir.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələrə başlamağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün məhz bu 2 şərtin yerinə yetirilməsini - Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minks Qrupunun buraxılmasını tələb edir.
Bununla yanaşı, Paşinyan ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalaması üçün üçüncü tərəfin zəmanətinə ehtiyac olmadığını bildirib.
"2022-ci il sentyabr ayında baş verən hadisədən (Ermənistan-Azərbaycan sərhədində toqquşma - red.) sonra biz hələ də zəmanətçilər institutuna ciddi yanaşmalıyıq? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin tək zəmanətçisi var və bu, Ermənistanın özüdür. O Ermənistan ki, regionda qonşuları arasında xarici kömək və xarici müdaxilə olmadan yaşamaq qabiliyyətinə malikdir", - hökumət rəhbəri qeyd edib.
Təəssüf ki, Ukraynanı NATO-ya qəbul etmirlər.
"Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, bizi NATO-ya qəbul etmirlər. Biz bunu çox istəyirik, düşünürük ki, bu, bir çox problemləri həll edə bilər. Amma danışılası bir şey yoxdur. ABŞ Kiyevin NATO-da əsas müttəfiqi kimi Ukraynanın alyansa qəbul olunmasını dəstəkləmir. Hazırda vəziyyət belədir”, - ölkə lideri qeyd edib.(musavat.com)
Rusiya ordusu Kursk vilayətində təxminən 2500 Ukrayna əsgərini mühasirəyə alıb.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalında Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını şərh edərkən bildirib.
“Düşünürəm ki, gözəl söhbətimiz oldu, iki saata yaxın davam etdi. Çox şeylər haqqında danışdıq, sülh istədik. Rusiyanın üstünlüyü var. Bildiyiniz kimi, onlar 2,5 minə yaxın Ukrayna əsgərini mühasirəyə alıblar”, - deyə Tramp bildirib.
Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı Vladimir Putin Rusiya və Ukraynanın enerji obyektlərinə hücumlardan 30 günlük qarşılıqlı imtina ideyasını dəstəkləyib və hərbçilərə müvafiq göstəriş verib.