Türkiyə MMN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Nazirliyin rəsmi "X" platformasındakı paylaşımda deyilir:

“107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türk qardaşlarımızın xatirəsini ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini ürəkdən paylaşırıq”.

pendir-formasinda-papaq-taxdi

Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika Siyasi Cəmiyyətinin (America PAC) üzvlərinin görüşünə kəsilmiş pendir parçasına bənzəyən papaqla gedib.

“Tədbir zamanı lentə alınan görüntülər sahibkarın “X” sosial şəbəkəsindəki hesabında yer alıb.

Görüş Viskonsin ştatında baş tutub. Kadrlarda Maskın səhnəyə qaçdığı, baş geyimini əlləri ilə tutduğu görünür.

“Gəldiyiniz üçün təşəkkür edirəm, papağımı necə, bəyənirsiniz?” – deyə tədbirin əvvəlində biznesmen soruşub. Daha sonra o, baş geyimini çıxarıb, üzərinə imza atdıqdan sonra camaatın üstünə atıb.

Rusiya ilə yeni toqquşmaya hazırlıq: nüvə də nəzərə alınıb

Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşıdurmaya hazırlaşır.

Bu barədə “Le Figaro” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan fransız zabitinin sözlərinə görə, ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer bütün Avropa ölkələrində hökm sürür, burada hərbçilər müxtəlif hərbi ssenarilər hesablayırlar.

Nəşrin yazdığına görə, nüvə eskalasiyası riskləri nəzərə alınmaqla Rusiya ilə NATO arasında tammiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir, lakin eyni zamanda hərbçilər Avropa dövlətlərindən birinin ərazisində, eləcə də qitədən kənarda məhdud hərbi əməliyyatların və hibrid müharibənin aparılması imkanlarını da nəzərdən keçirir.

Məqalədə Avropaya edilən bəzi hibrid hücumlar Rusiya ilə əlaqələndirilir. Nümunə kimi Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qərbyönlü namizəd Yelena Laskoniyə qalib gələn Kelin Gergeskunun qələbəsini göstərirlər.

Bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivləri ilə bağlı narahatlıqları artırıb. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, Afrika Sahel ölkələrində yaranmış vəziyyət Rumıniyada təkrarlana bilər. Belə ki, Afrika Sahel ölkələri ilə Rusiya arasında əməkdaşlığın güclənməsi fonunda fransızlar hərbi kontingentini oradan çıxarmalı olublar.//Report

İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun polisə təhvil vermədiyi ikinci mobil cihazının HTS qeydləri əldə olunub.

Bu barədə “TRT haber” məlumat yayıb.

Onun eyni istintaqda həbs edilən şübhəlilərlə sıx ünsiyyətdə olduğu müəyyən edilib.

İstanbul Prokurorluğun məlumatında onun “İmamoğlu İnşaat”a 50 milyon TL köçürdüyü iddia edilən Hüseyn Köksalla beş dəfə görüşdüyü vurğulanıb.

Onun eyni istintaqda həbs edilən “Kültür AŞ”nin keçmiş baş direktoru Serdal Taşkınla 8, Murat Abbasla 11, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə iki dəfə görüşdüyü müəyyən edilib.

İmamoğlu istintaq faylında “təşkilatın idarəçilərindən biri” kimi qələmə verilən Fatih Keleşlə 135, “Media Inc” İdarə Heyətinin sədri Murat Ongun ilə 521, İPA sədri Buğra Gökçe ilə 38, Necati Özkanla 469 dəfə görüşdüyü qeyd edilib.

Qeyd edək ki, HTS, məhkəmə istintaqlarında hakim və prokurorların tələbi ilə insanların telefon danışıqlarının və siqnallarının araşdırılmasıdır. Telekommunikasiya vasitəsilə əldə edilən məlumatlar məhkəmə araşdırmalarında aydınlaşdırıcı məlumat kimi istifadə olunur.(Qafqazinfo)

Qrenlandiyadan Trampa cavab: Qorxmuruq!

ABŞ adanı ala bilməyəcək.

Bunu Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen Trampın adanın ilhaqına dair açıqlamalarına cavabında bildirib.

"Tramp deyib ki, ABŞ Qrenlandiyanı alacaq. Mən açıq deyim: ABŞ adanı ala bilməyəcək. Biz başqalarına aid deyilik. Öz gələcəyimizə özümüz qərar veririk. Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq", - o vurğulayıb.

Nilsenin sözlərinə görə, Qrenlandiya xalqı Trampın bəyanatlarından qorxmamalı və ona sakit, ləyaqət və birliklə cavab verməlidir.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp adanı alacağına 100 faiz əmin olduğunu bildirmişdi.(Axar.az)

Ərdoğan: “Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir”

“İstanbulda aparılan rüşvət, korrupsiya və terror araşdırmalarını yaxından izləyirik. İstintaq irəlilədikcə, dərinləşdikcə bələdiyyələri səkkizayaqlılar kimi əhatəyə alan cinayətkar təşkilatın əllərinin nə qədər uzandığı təbii ki, bəlli olacaq”.

"Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

“Məhkəmə heyəti üzvlərimizə onların ailələrinə və uşaqlarına hədə-qorxu gələrək onlara təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi. Bu münasibətlə öz vəzifələrini böyük sədaqətlə, səbr və soyuqqanlılıqla yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşlarımızı bir daha təbrik etmək istəyirəm”.(Haber Global)

ABŞ-nin Qrenlandiyaya sahiblənməsinin səbəbi - RƏSMİ AÇIQLAMA

"Qrenlandiya niyə bu qədər vacibdir? Biz bilirik ki, Rusiya, Çin və digər ölkələrin Arktika keçidlərinə, dəniz yollarına və ərazilərinin mineral ehtiyatlarına müstəsna marağı var. Biz Arktikada Amerikanın liderliyini təmin etməliyik”.

Bunu ABŞ-nin vitse-prezidenti Di Vens Qrenlandiyaya səfəri zamanı bildirib.

“Biz sadəcə olaraq başımızı quma basdıra bilmərik və ya Qrenlandiyada başımızı qarda basdıra bilərik. Çinlilərin bu geniş əraziyə maraq göstərmədiyini iddia edə bilmərik. Biz onların maraqlı olduqlarını bilirik", - vitse-prezident qeyd edib.

ABŞ prezidenti Donald Tramp isə CNN-ə açıqlamasında deyib ki, Qrenlandiya onlara lazımdır. “Bu, beynəlxalq təhlükəsizlik üçün çox vacibdir", - o deyib.

Əlavə edib ki, Danimarka və Avropa İttifaqı onun ərazi ilə bağlı fikirlərini başa düşür və xəbərdarlıq edir: "Əgər bunu etməsələr, biz bunu onlara izah etməli olacağıq".

Ukrayna ordusu Rusiyaya hücuma keçərək yeni cəbhə açıb

Ukrayna qoşunları Rusiya ərazisində, xüsusən də Belqorod vilayətində hərbi əməliyyatları davam etdirir.

rusiyalı hərbi blogerlərin verdiyi məlumata görə toqquşmalar davam edir və Qərb analitikləri Ukraynanın bir neçə kilometr irəlilədiyini deyirlər.

Ukrayna ordusunun Belqorod vilayətinə hücumunu nə Kiyev, nə də Moskva rəsmən təsdiqləyir. Sadəcə
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ordusunun Belqorod vilayətində sərhədi pozmaq cəhdi barədə məlumat yayıb.

Prezident Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı qeyd edib ki, Ukrayna ordusu Ukrayna mövqelərinə təzyiqləri azaltmaq üçün Kursk vilayətindən kənarda müəyyən addımlar atıb.

Analitiklərin fikrincə, Ukrayna qüvvələrinin əməliyyatı Kursk vilayətində aktiv hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının diqqətini yayındırmaq məqsədi daşıya bilər.

“Black Bird Group”un hərbi analitiki Emil Kastexelmi hesab edir ki, Ukrayna qoşunları Rusiyanın ilk müdafiə xətlərini yarıb Rusiya ərazisinə 3-4 km irəliləyə bilib.

"Ukraynalılar nəzəri olaraq sərhəd bölgəsindən daha bir neçə kəndi götürə bilərdilər, lakin bu, sıçrayış demək deyil. Bu, kiçik bir taktiki uğurdur”, - ekspert hesab edir.

Myanmada ölənlərin sayı 694 nəfərə çatıb

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 694-ə çatıb, daha 1670 nəfər yaralanıb.

"TASS" xəbər verir ki, 68 nəfər itkin düşənlər siyahısındadır. Hakimiyyət siyahıları tərtib etməyə davam edir.

Xatırladaq ki, martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış, inzibati binalar və xəstəxanalar uçub. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Rusiya NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşır - Alman kəşfiyyatı

Rusiya NATO-ya qarşı genişmiqyaslı müharibəyə hazırlaşır.

“Bild” xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidməti (BND) və Bundesverin yeni hesabatında deyilir.

Hesabatda deyilir ki, Kreml Qərblə münasibətləri sistemli münaqişə kimi qəbul edir və məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə hazırdır.

Alman kəşfiyyatına görə, onilliyin sonuna qədər Rusiya genişmiqyaslı şərti müharibəyə tam hazır ola bilər.

Hesabatda vurğulanır ki, Rusiya qoşunlarının Ukraynada cəmləşməsinə baxmayaraq, Rusiya hava qüvvələri və donanması döyüşə hazır vəziyyətdədir. Ukraynada müharibə başa çatarsa, rus qoşunları Baltikyanı ölkələrlə sərhədlərə tez bir zamanda yerləşdirilə bilər.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiyanın itkiləri artırılır və ölkənin müdafiə sənayesi hazırkı münaqişə üçün tələb olunandan çox istehsal edir. Rusiyanın hərbi xərcləri rekord sürətlə artır. 2025-ci ildə bu, təxminən 120 milyard avroya çatacaq ki, bu da ÜDM-in 6%-dən çoxunu təşkil edir. 2021-ci illə müqayisədə hərbi büdcə faktiki olaraq dörd dəfə artıb.

Xəbər lenti