SON DƏQİQƏ! Putindən sülh açıqlaması: “HAZIRIQ”

Rusiya Avropa da daxil olmaqla, Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzərində işləməyə hazırdır, lakin bundan sonra Qərbə həddindən artıq inamla bağlı səhvlərə yol verməyəcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin, “Arxangelsk” sualtı qayığının dənizçiləri ilə söhbətində bildirib.

“Biz Avropa ilə də işləməyə hazırıq, lakin onlar sadəcə olaraq qeyri-sabitlik nümayiş etdirirlər və daim bizim burnumuzdan tutmağa çalışırlar” -Putin qeyd edib.

O əlavə edib ki, buna artıq öyrəşdiklərini vurğulayaraq, “Ümid edirəm ki, partnyor adlandırdığımız şəxslərə hədsiz inam əsasında heç bir səhvə yol verməyəcəyik” ifadəsini işlədib.

“Heç vaxt qorxmamışam” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli üçün Rusiya lideri Vladimir Putinlə birbaşa danışıqlardan qorxmadığını deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

“Mən istənilən formatda danışıqlara hazıram. Mən heç vaxt qorxmamışam”, - deyə siyasətçi bildirib.

Eyni zamanda, Zelenski Rusiyanı Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olmamaqda ittiham edib.

Avropa Birliyi Kremldən "təhlükəsizlik təminatı" gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır... Belə anlaşılır ki, Qərb öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olma vərdişlərini Ukraynanın timsalında növbəti dəfə təsdiqləmək niyyətinə düşüb...

"Yeni Müsavat" xəbə verir ki, Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, hazırda Rusiya əleyhinə düşərgədə olduqca ciddi ziddiyyətlərin mövcudluğu müşahidə edilir. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın mövqeyi Avropa Birliyinin narrativlərindən ciddi şəkildə uzaqlaşmağa başlayıb. Avropa Birliyinin daxilində ön plana keçən Rusiya xofunun əsas səbəbi də məhz bu önəmli faktorun təsirindən qaynaqlanır. Və bu baxımdan, ABŞ-ın hazırda Avropa Birliyi ilə eyni Rusiya əleyhinə düşərgədə yer alması müəyyən mənada, formal xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin üzləşdiyi ziddiyyətlər yalnız bunlarla məhdudlaşmır. Ukrayna ilə sərhəd təması olan Şərqi Avropa ölkələri hazırda öz gələcək mövcudluq perspektivlərindən narahat olduqlarını qətiyyən göstərmirlər. Xüsusilə də, Ukrayna savaşından sonra Rusiyanın öz itkilərini bərpa edərək, Şərqi Avropa ölkələrinə hücum edə biləcəyi ilə bağlı mülahizələr Qərb siyasi dairələrində ciddi narahatlıq qaynağına çevrilib. Və bu barədə Avropa Birliyi daxilində hazırlanmış hesabatlar "qoca qitə" ölkələrini Rusiya ilə müharibə ehtimalına fokslandırıb.
Məsələ ondadır ki, Avropa məkanında ABŞ-ın "təhlükəsizlik çətiri"nin əvəzlənməsinə yönəlik planlar hazırda ciddi müzakirə mövzusudur. Hətta Avropa Birliyi yaxın gələcəkdə NATO-nun belə, ABŞ-ın iştirakı olmadan yenidən qurulması ilə bağlı variantlara hazırlaşmağa başlayıb. Və bu, ABŞ-Avropa Birliyi münasibətlərinin daha da korlanma ehtimalını aktual saxlayır.

Digər tərəfdən, Tramp adminstrasiyası Avropa Birliyini Rusiyanın "qoca qitə"yə hücum etmək niyyətində olduğuna inandırmağa çalışsa da, Ağ Evdən bu barədə təminat verilməsi tələb olunur. Üstəlik, NATO-dan verilmiş son açıqlama da Rusiyaya xəbərdarlıq mesajı xarakteri daşıyır. Belə ki, bu hərbi-siyasi alyans Avropa ölkələrinə, o cümlədən, Polşaya hərbi müdaxilə ediləcəyi təqdirdə, buna dağıdıcı reaksiya veriləcəyini qabardıb. Və bu, o deməkdir ki, Ukrayna böhranı ucbatından daha qlobal savaş təhlükəsi öz aktuallığını hələ də qoruyub, saxlayır.

Ancaq bütün bunlara baxmayaraq, Avropa Birliyinin daxilində də ciddi ziddiyyətlər mövcuddur. Belə ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı aqressiv ritorikanın yumşaldılmasının vacibliyini qabardırlar. Ona görə də, hazırda Avropa Birliyinin diplomatiya rəhbəri Kallasın müharibəyə bağlı sərt mövqeyi narazılıq doğurur, onun rəhbərlik tərzi tənqid edilir. Belə qənaətlər mövcuddur ki, Kallasın Rusiya ilə savaş ritorikası Avropa Birliyinin rəsmi mövqeyinə zidd situasiya yaradır.

Halbuki, rəsmi Varşava Rusiyanın savaş planlarına laqeyd yanaşılmasının yaxın gələcəkdə ilk növbədə Polşanı real təhlükə qarşısında buraxa bilər. Bu Şərqi Avropa ölkəsinin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski isə Rusiya ilə müharibə baş verəcəyi təqdirdə, Polşa cəmisi 14 gün müdafiə oluna biləcəyini vurğulayıb. Və bu səbəbdən də, Polşa Rusiyaya qarşı sərt ritorikanın yumşaldılması ilə bağlı çağırışları təhlükəli yanaşma tərzi hesab edir.

Trampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini qorxutmalı, Çini isə...

Avropa Birliyi daxilində Rusiya qarşısında geri çəkilmə meyilləri isə artmaqdadır. Hər halda, Fransa, İtaliya və İspaniya Ursula fon der Lyayenin təklif etdiyi "Avropanın yenidən silahlandırılması" planını dəstəkləməyib.Bu ölkələrin hakimiyyətləri genişmiqyaslı xərcləri qarşılaya bilməyəcəklərindən ehtiyatlanırlar. Çünki Avropa Komissiyası yaxın dörd il ərzində "qoca qitə"nin müdafiəsinə 800 milyard avro xərcləməyi təklif edirdi. Və bu təklifin dəstək qazanmamasında ABŞ-ın Avropa Birliyini "nüvə çətiri"ndən məhrum etməyəcəyi ilə bağlı qapalı qapılar arxasında verdiyi təminatın da xüsusi rolu olduğu bildirilir.

Digər tərəfdən, Avropa Birliyi ölkələrinin Ukraynaya qoşun göndərmək ideyasından tədricən imtina edərək, rəsmi Kiyevə alternativ dəstək variantlarına üstünlük verməyə çalışacaqları barədə də artıq müəyyən məlumatlar mövcuddur. Halbuki, bu ideyanın əsas müəlliflərindən olan Fransa prezidenti Emmanuel Makron vurğulanıçdı ki, Qərbin Ukraynaya göndərmək istədiyi "sülhməramlı qüvvələr", onlara hücum edildiyi təqdirdə, hərbi cavab reaksiyası vermək hüququna malik olmalıdır. Və bu ideya indi NATO-Rusiya müharibəsinə səbəb ola biləcək variant kimi dəyərləndirilməyə başlanıb.

Maraqlıdır ki, Avropa Birliyi daxilində ön plana keçməkdə olan bu narrativ əslində, Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Belə ki, Kreml Qərbin Ukraynada "sülhməramlı hərbi kontingentiları" yerləşdirmək ideyasına aqressiv şəkildə qarşı çıxır. Kreml Qərb siyasi dairələrinə sərt şəkildə xəbərdarlıq edir ki, bu, Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurmaya gətirib, çıxara bilər. Və belə qarşıdurma isə istənilən halda, qlobal savaş təhlükəsi vəd edir.

Göründüyü kimi, Qərb düşərgəsində ziddiyyətlər artıq şaxələnərək, idarəolunmaz istiqamətlər almağa başlayıb. Çünki bir müddət öncəyə qədər Ukraynaya savaşın sonunadək hərbi dəstək vəd edən Avropa Birliyi artıq tədricən geri çəkilmək üçün yollar axtarır. Belə anlaşılır ki, Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır. Və bu, Qərbin öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olduğunu növbəti dəfə təsdiqləyir.

Polşa müharibəyə hazırlaşır

Polşa hakimiyyəti silah almağa milyardlarla avro xərcləyir və ölkə əhalisini müharibəyə hazırlamağa başlayır.

Bu barədə “Politico” yazıb.

Məqalədə qeyd edilir ki, Polşa ÜDM-ə düşən müdafiə xərclərinə görə NATO ölkələri arasında liderə çevrilib. Hazırkı hədəf 2% olmaqla 4,7% səviyyəsinə çatıb. Ölkə Aİ-nin ən böyük ordusuna malikdir, Varşava qırıcı təyyarələr, raketlər, tanklar, artilleriya sistemləri almağa milyardlarla avro xərcləyir.

“İndi cəbhəyanı dövlət öz əhalisini müharibəyə hazırlayır”, - nəşr yazır.

Martın əvvəlində Polşanın Baş naziri Donald Tusk elan edib ki, 2027-ci ildən ən azı 100.000 polyak hərbi təlim keçəcək və proqramın məqsədini "ehtiyat ordusu" yaratmaq adlandırmışdı.

Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb

Litvanın Belarus sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı bölgədə təlim zamanı itkin düşən 4 ABŞ əsgəri ölüb.

Bu barədə Polşada rəsmi səfərdə olan NATO baş katibi Mark Rutte məlumat verib.

“Litvada baş verən hadisədə dörd Amerika əsgəri həlak olub”, - NATO baş katibi Mark Rutte qeyd edib. Lakin o hadisənin təfərrüatlarını bilmədiyini söyləyib.

NATO-dan verilən açıqlamada qeyd olunub ki, 4 amerikalı əsgər avtomobillə Litvanın Belarusla sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı ərazidə taktiki təlim keçərkən itkin düşüb. Onların öldürüldüyü bildirilib.

Axtarışa Litva və müttəfiq ölkələrin hərbi qulluqçuları, həmçinin Litva Hərbi Hava Qüvvələrinin helikopterləri, Dövlət Sərhəd Xidmətinin bölmələri və Yanğından Mühafizə və Xilasetmə İdarəsinin əməkdaşları cəlb olunub. Bir neçə saat sonra batmış zirehli maşın poliqon ərazisinin su hövzəsində aşkar edilib.

"Baltic News Service" (BNS) agentliyi xəbər verir ki, 4 amerikalı hərbçinin ölümündə Rusiya və Belarus xüsusi xidmət orqanları dayana bilər. Bu versiyanın rəsmi təsdiqi yoxdur, lakin məlumat Litva və Amerika mediasında fəal şəkildə yayılır.

Hazırda xarici kəşfiyyat xidmətlərinin mümkün müdaxiləsini dəstəkləyən heç bir sübut təqdim edilməyib. Litva və ABŞ-nin rəsmi strukturlarının nümayəndələri faciənin səbəblərinin araşdırılmasına diqqət yetirərək bu fərziyyələri hələ şərh etməyiblər.

turkiyede-hotelde-guclu-yangin

Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın hadisəsi olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, faciə nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xilas edib.

Qeyd olunub ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb.

Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.

erdogani-tehqir-eden-turkiye-gozeli-saxlanildi

2009-cu ildə “Miss Globe Türkiye” seçilən Banu Öztürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün saxlanılıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, sosial şəbəkədə etdiyi paylaşımlarda Ərdoğanı təhqir edən qadın Beykoz Prokurorluğunun göstərişi ilə nəzarət altına alınıb.

Qeyd edək ki, Banu Öztürk “Avrupa yakası” və “Adanalı” kimi bir çox serialda da rol alıb.

 

 


 
pasinyan-onlari-hedeledi

“Ermənistanın hər üç keçmiş prezidenti hazırkı vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. Lakin bu debatlar baş tutsa belə, Paşinyan Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı divara sürtməklə hədələyib.

“2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar, lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”, - Paşinyan deyib.

Həmçinin onlar Nikol Paşinyanın parlamentdə Dağlıq Qarabağ məsələsi ilə bağlı mümkün müzakirələr kontekstində səsləndirdiyi sərt bəyanatlara münasibət bildiriblər. Paşinyanın bəyanatlarından sonra eks-prezidentlər yanaşmalarını dəyişməyiblər. Onlar debatlarda iştirak etmək fikrində deyillər.

Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan birbaşa Paşinyanın adını çəkmədən sosial şəbəkələrdə cavab yayıb.

“O, dişləyə, ağlaya, hədələyə, şikayət edə, xəyali və olmayan şeylərdən danışa bilər. Amma o, heç vaxt Minsk Qrupunun Qarabağla bağlı rəsmi təkliflərini və Ermənistanın rəsmi cavablarını, o cümlədən 2019-cu ildə rədd etdiyi planı dərc etməyəcək”, - Musinyan qeyd edib.

O, bu cür bəyanatları daha sakit qəbul etmək lazım olduğunu deyib və bunu “kasıb ənənə” adlandırıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da Baş nazir Nikol Paşinyanın bəyanatlarını şərh edib. O, Baş nazirin son təhdid və bəyanatlarına kəskin reaksiya verib.

“Müzakirələr üçün ən yaxşı variant ən yaxın psixiatriya xəstəxanasının əməkdaşlarıdır. Ümumiyyətlə, arağı həblə qarışdırmaq olmaz”, - Mikoyan deyib.

putin-tezlikle-olecek

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.

Bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə müsahibəsində deyib.

“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, - Zelenski vurğulayıb.

Baş katib: Türkiyəsiz Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil

“ABŞ, Türkiyə, Böyük Britaniya, Kanada, Norveç və İslandiya olmadan Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil və təhlükəsizliyimizin əsas qarantı olan Amerikanın nüvə çətirini heç nə əvəz edə bilməz”.

Bunu NATO baş katibi Mark Rutte Varşava İqtisadiyyat Məktəbində mühazirə zamanı deyib.

"Mən bilirəm ki, transatlantik bağın gücü və Birləşmiş Ştatların Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı suallar var. Sərt ritorika eşidilir. Avropa və Amerika arasında ticarət və tariflər üzərində gərgin müzakirələr gedir. Avropanın muxtariyyəti ilə bağlı çağırışlar var. Mən bütün bunlara aydınlıq gətirərək bildirmək istərdim ki, indi nə Avropanın, nə də Şimali Amerikanın təkbaşına hərəkət etmək vaxtı deyil. Qlobal təhlükəsizliyə dair çağırışlar həddən artıq ciddi olduğu bir zamanda Avropa və Şimali Amerikanın təhlüksizliyi üçün NATO-ya alternativ yoxdur”, - NATO baş katibi qeyd edib.

Xəbər lenti