Vaşinqton-Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı

Rusiya Federasiya şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bir gün əvvəl Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların təfərrüatları barədə danışıb.

Karasın danışıqların nəticəsini şətin, lakin faydalı dialoq hesab edib.

“Hər şey müzakirə olundu, zəngin, çətin dialoq oldu, lakin bu, bizim üçün və amerikalılar üçün çox faydalı oldu... Əlbəttə, hər şey qərara alınmadı, hər şey razılaşdırılmadı, amma yeni administrasiyanın və ekspert qruplarının görüşünə gələn yeni siyasətçilərin gəlişini nəzərə alsaq, belə bir söhbətin baş tutması, mənə elə gəlir ki, çox vaxtındadır”, - deyə Karasın bildirib .

O, əmindir ki, Amerika tərəfi də dialoqun davam etdirilməsində maraqlıdır.

Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…

ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Bu amillərdən biri də Trampın hakimiyyətə yenidən qayıdışı ilə dünyada nüvə silahlarının yeni dövrü başlamasıdır.

Bu barədə “Financial Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, belə, Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və Avropaya qarşı uzaq mövqeyi Berlindən Varşavaya, Seuldan Tokioya kimi müttəfiq dövlətləri qaçılmaz suallar qarşısında qoyub.

Analitiklərin fikrincə, Trampın xüsusilə Rusiyaya qarşı mövqeyi Avropa və Asiyadakı müttəfiqlərinin bu ölkələrin öz nüvə qalxanlarını qurmağı planlaşdırdıqlarını söyləməsinə səbəb olub.

“Financial Times” yazır ki, Trampın xarici siyasəti nüvə silahına malik dövlətlərin sayını 25-ə çatdıra bilər.

Hazırda nüvə variantlarını nəzərdən keçirən ölkələr arasında Almaniya, Polşa, Cənubi Koreya və Yaponiya var. Almaniya Fransa və İngiltərə ilə nüvə silahı paylaşmaq ideyasını müzakirə edir.

Polşa öz ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirmək istəyir.
Yaponiya və Cənubi Koreya nüvə silahından Çin və Şimali Koreyaya qarşı çəkindirici vasitə kimi istifadə etmək niyyətindədir.

moskva-mehkemesinden-teyyare-qezasi-ile-bagli

Moskva məhkəməsi ötən ilin dekabrın 25-də qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı qərar verib.

RİA Novosti xəbər verir ki, yerli məhkəmə “Azərbaycan Hava Yolları”nın “Embraer 190” təyyarəsi ilə əlaqədar aparılan istintaq haqda sənədlərin müsadirəsinə icazə verib.

Sənədlər Rusiyanın cənubunda iki ünvandan götürüləcək.

Bununla bağlı vəsatət hələ ilin əvvəlində-yanvarda verilibmiş. Prokuror vəsatətə qiymət verərək onu təmin edib.

Qeyd edək ki, qəza ilə əlaqədar yekun nəticələrin 2025-ci ilin dekabrında təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində göyərtədə olan 62 sərnişindən yalnız 29 nəfəri sağ qala bilib.

İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya

İran Türkiyədə bələdiyyələrin fəaliyyətinin araşdırılması, İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər şəxslərin həbsi ilə bağlı cərəyan edən proseslərə ilk dəfə münasibət bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran hökumətinin sözçüsü Fatimə Mohacerani Türkiyədəki hadisələri şərh edib: "İran İslam Respublikasının qonşularına münasibətdə siyasəti onların daxili işlərini özlərinə saxlamaq və qarışmamaqdan ibarətdir", - deyə o bildirib.

ABŞ və Rusiya bəyanatla ÇIXIŞ EDƏCƏK - YENİ GƏLİŞMƏ

ABŞ və Rusiya Federasiyası tezliklə danışıqlardan sonra birgə bəyanatla çıxış edəcək

Bu barədə "CBS News" məlumat yayıb.

Bəyanat Qara dənizdə atəşkəs razılaşmasına aid olacaq. Jurnalistlərin sözlərinə görə, bu, Kiyev vaxtı ilə səhər saat 10:00-da həyata keçiriləcək.

Bəyanatın təfərrüatları hələ aydın olmasa da, ABŞ-ın Ər-Riyaddakı texniki qrupunun Tramp administrasiyasına təqdim etdiyi hesabatlar “nikbin” görünür.

Ukrayna rəsmilərinin də bundan xəbəri var.

Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ alıb.

Məlumatı Rusiya Telegram kanalları yayıb. Belə ki, “Romanov Light” Telegram kanalını idarə edən rusiyalı müharibə müxbiri Vladimir Romanov axşam rında Rusiya ordusunun Belqorod vilayətinin Krasnoyarsk rayonunda yerləşən Popovka kəndini itirdiyini yazıb. O, dünən səhər bu yaşayış məntəqəsinə hücumun başladığı barədə məlumat vermişdi: "Ukraynanın müvəqqəti işğal etdiyi Rusiyanın Belqorod vilayətinin Krasnoyarsk rayonu, Popovka qəsəbəsi. Qəsəbə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib".

Xatırladaq ki, martın 23-də rusiyalı blogerlər vilayətin Demidovka kəndinin Ukraynanın nəzarətinə keçdiyini bəyan ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik Rusiya ərazisində hər hansı yeni əməliyyatlar barədə açıqlama verməyib.

Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik
“Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, - dövlət başçısı deyib.

Qeyd edək ki, Ə.İmamoğlu martın 23-də həbs olunub./Report

http://qanuninfo.az/uploads/posts/2025-03/1742845566_804a77fe772ef46d1938108b00390959.jpeg
Yeni baş nazir Trampla danışıqlar üçün ŞƏRT QOYDU

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub.

"Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir", - Karni jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib. /APA

Ər-Riyaddakı Rusiya-ABŞ görüşü gizli keçiriləcək – Jurnalistlər uzaqlaşdırıldı

Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistləri The Ritz-Carlton otelinin ərazisindən uzaqlaşdırıb.

Bu barədə TASS məlumat yayıb.

Beləliklə, Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək görüşün tam qapalı formatda baş tutacağı təsdiqlənib. Görüşün detalları və müzakirə olunacaq məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib.

"3-cü Dünya müharibəsinin qarşısını aldıq"

Ukraynadakı münaqişə Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilərdi, lakin indi vəziyyət qismən nəzarət altındadır.

axar.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bu kimi şeylər Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Məncə, indi qismən nəzarət altındadır. Putinlə və Zelenski ilə əslində yaxşı münasibətim var. Bunu dayandırmaq əla olardı", - Tramp bildirib.

Xəbər lenti