BMT: Qəzza zolağında ərzaq təminatı kritik həddə çatıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib.

“Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Ümumdünya Ərzaq Proqramı qeyd edir ki, bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb.

Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.

Husilərdən ABŞ gəmilərinə ikinci hücum: Ballistik raket və dronlar işə düşdü

Yəmənin Ənsar Allah hərəkatı Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbəni endirib.

Məlumatı husilərin yaratdığı silahlı qüvvələr yayıb.

Bildirilir ki, 24 saat ərzində ikinci dəfə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisini Qırmızı dənizin şimalında vurublar: “Bir neçə saat davam edən hücum ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirilib".

Bəyanatda deyilir ki, “Yəmən silahlı qüvvələri Amerikanın aviadaşıyıcı qrupunun təcavüzünü dəf edə bilib”. Husilər iddia edir ki, “raketlər və pilotsuz təyyarələr təyyarədaşıyan gəmiyə və digər gəmilərə atəş açdıqdan sonra düşmən qırıcıları havaya qalxdıqları yerə qayıtmağa məcbur olublar”.

Husilərin hərbi sözçüsü Yəhya Saria bazar günü bildirib ki, USS Harry Truman və onu müşayiət edən gəmilər 18 ballistik və qanadlı raket, həmçinin pilotsuz uçan aparatla hücuma məruz qalıb. O, husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndeb boğazından İsrailin kommersiya gəmilərinə mane olacağını bildirib.

Tramp-Putin danışığının vaxtı açıqlandı

Rusiya prezidenti Putinlə martın 18-də danışmağı planlaşdırıram.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Çərşənbə axşamı Putinlə danışacağam. Həftə sonu çox iş görülüb", - o qeyd edib.

Tramp əlavə edib ki, bu müharibəni bitirməyi müzakirə edəcəklər. “Biz bacaracağıqmı? Bəlkə edə bilərik, bəlkə də bacarmırıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var", - o əlavə edib.

Britaniya 10 minlik ordusunu Ukrayna göndərir

Koalisiya liderlərinin görüşündə Britaniya Ukraynaya Qərbin sülhməramlı kontingenti çərçivəsində 10 min hərbçi yerləşdirmək planını açıqlayıb.

Axar.az xəbər verir ki, Ukraynaya göndəriləcək Britaniya qoşunlarının yekun sayı 10 min nəfəri keçəcək.

Sülh yolu olacağı təqdir də də Ukraynaya iki Britaniya minaaxtaran gəmisinin göndərilməsi planlaşdırılır.

Bundan başqa, 35-ə yaxın ölkə Ukraynadakı sülhməramlılara silah, maddi-texniki və digər dəstək verməyə razılaşıb.

Rusiya, Çin və İrandan birgə çağırış

Rusiya, Çin və İran qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır.

Bu bəyanatı martın 14-də Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaoxu deyib.

"Biz bütün qeyri-qanuni sanksiyalara son qoymağın vacibliyini vurğulayırıq", - deyə o bildirib.

Bundan əlavə, ölkələr qarşılıqlı hörmətə əsaslanan dialoq mövqeyindən İranın nüvə proqramının sülh yolu ilə həllinə hazır olduqlarını bildiriblər. Ma Çjaoxu həmçinin qeyd edib ki, Rusiya və Çin İranın nüvə işlərinin dinc xarakter daşıdığını təsdiq etməsini və Tehranın nüvə silahı yaratmaq istəməməsini alqışlayır.

Eyni zamanda Pekin, Moskva və Tehran İranın nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının vacibliyinə işarə ediblər.

Fransa Prezidenti Makronun türkcə çıxışı gündəm oldu - VİDEO

Özbəkistan prezidenti Şavkat Mirziyoyev iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə Fransaya rəsmi səfər edib.

Görüş zamanı Fransa Prezidenti Emmanuel Makronun 
türkcə ifadələr işlətməsi diqqət çəkib.

Bundan əlavə, Makron “X” hesabında özbək dilində "Yaşasın Özbəkistan, yaşasın Fransa!" deyə paylaşım edib.

zelenski-turkiyeli-nazirlerle-iftar-acdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin ticarət naziri Ömer Bolat, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Krım tatarlarının milli lideri Mustafa Abdulcemil Kırımoğlu, eləcə də müsəlman olan ukraynalı əsgərlərlə birgə iftar məclisində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Məclis ötən ilin sentyabrında Rusiya dronunun hücumu nəticəsində zədələnmiş binada baş tutub.

 

 


 
"BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bunu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan dyib.

ABŞ lideri həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO-ya qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, cavabın nə olduğunu hamı bilir və 40 ildir ki, cavabı bilir.

Tramp bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.

Martın 13-də Rusiya Prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra Rusiyanın atəşi dayandırmağa hazır olduğunu, lakin bu qərarın uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə bəyan edib.

Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət yaratmaq lazımdır, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və yenidən silahlanması üçün istifadə edə bilərlər.(publika.az)

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır: “Bu, ilk baxışda sadə görünə bilər, amma, əslində, olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbən olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə siraət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”.

Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər: “Amma fikrimcə, bu, yalnız zaman məsələsidir və səbrli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.

Baş nazir Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını, sərhədin dəmir yolu və avtomobil nəqliyyatı üçün açıq olmasını, ticarət əlaqələrinin birbaşa olmasını arzuladığını bildirib: “2022-ci ilin yayında Ermənistanla Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı əldə olunmuş razılıq hələ də həyata keçirilməyib. Bu, münasibətlərdə nəzərəçarpacaq irəliləyişin olmaması kimi şərh edilib. Amma mən bu fikirlə razı deyiləm. Çünki bu gün Ermənistanla Türkiyə arasında birbaşa dialoq var. Əvvəlki dövrü nəzərə alsaq, bu, çox mühüm dəyişiklikdir. Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar. Nəticə kənardan görünməyə bilər, ancaq bizim üçün vacibdir. Tərəflər hazırkı mərhələdə çətinlikləri, problemləri və fərqli perspektivləri daha yaxşı başa düşür və bunu mühüm qazanc kimi görür. Bu müddət ərzində Prezident Ərdoğanla bir neçə dəfə görüşmüşəm. İki ölkənin xarici işlər nazirləri arasında təmaslar davam edir.

Regional idarəetmə və infrastruktur nazirimiz həmkarı ilə əlaqə saxlayıb. Təhsil, elm, mədəniyyət və idman naziri də əlaqə saxlayıb. Xüsusi nümayəndələr də bir-biri ilə danışır. Bizim konkret əməkdaşlıq nümunələrimiz var. Bu yaxınlarda Türkiyənin ədliyyə sistemi tərəfindən axtarışda olan və ya ittiham olunan iki şəxsi Türkiyəyə təhvil vermişik. Bunlar böyük nailiyyətlər kimi görünməyə bilər, amma əvvəlki dövrlərlə müqayisədə çox mühüm irəliləyişlərdir".

Bunun dinamik proses olduğunu vurğulayan Paşinyan bu dinamikanın davam etdirilməsi üçün səylərin göstərilməli olduğunu vurğulayıb.(Report)

Paşinyan: Yeni konstitusiya Bakının tələbi kimi təqdim olunur

Ermənistanın yeni konstitusiyası regional əhəmiyyətə malik olacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Yeni konstitusiya ilə bağlı irəli sürdüyüm tezis çox müzakirə olundu, Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim olundu. Əslində, “Real Ermənistan” ideologiyası kontekstində bunun tamam başqa mənası var. Bu şəraitdə qəbul oluna biləcək mətnin regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün olmasa da, istənilən halda bu, bütün konstitusiyalara aiddir”, - Paşinyan qeyd edib.

Paşinyanın fikrincə, konstitusiya vətəndaşların ölkədə yaşamaq və qarşılıqlı əlaqə qaydalarına dair razılaşması olmalıdır.

Xəbər lenti