Abel Məhərrəmovun BDU-nun rektoru vəzifəsindən azad edilməsindən sonra bu təhsil müəssisəsinə yeni rəhbərin təyin olunması müzakirə olunan əsas mövzulardandır.

BDU tələbələri təyin ediləcək yeni rektordan gözləntiləri barədə Kult.az-a danışıblar.

III kurs tələbəsi Ümid Oruc: “Əvvəlcə təhsilin düzgün strukturda qurulması məsələsi müzakirəyə çıxarılsın. İkincisi, yeni rektor universitetimizin adda olub, realda əməl edilməyən bolonya sisteminin tam prinsiplərinə əməl edilməsinə nəzarət edən komissiya yaratsın. Qaib, kəsir və bu kimi şeylər olduqca BDU-nun adı rüşvət alan təhsil müəssisələri sırasında həmişə öndə olacaq. Rektorun qəbul günləri çoxalsın. 20 mindən çox tələbəsi olan bir universitetdə həftənin 2 günü (təxmini 3 saat) rektorun qəbul günü olması çox gülünc vəziyyətdir. Və ən nəhayət, elə şərait yaradılsın ki, rektorun cangüdənə, xüsusi bir maşın mühafizəyə ehtiyacı olmasın. Biz bufetə gəlib bizimlə tort kəsən, bir stəkan çay içən rektoru daha çox sevərik, nəinki bizə həftənin 2 günü üçüncü mərtəbədən kamerayla baxan bir rektoru”.

II kurs magistr Zaur Cəfərov: “Mən istəyərdim ki, müntəzəm olaraq tələbələr arasında tez-tez anonim yazılı sorğular keçirilsin. Onların müxtəlif məsələlərlə bağlı problemləri, çətinlikləri, fikirləri və təklifləri öyrənilsin. Bundan başqa, BDU-da magistr dərslərini saat 12.00-a salıblar. Bir tərəfdən yaxşı olsa da, bir tərəfdən mənfi cəhəti var. Məsələn, əksər universitetlərdə, o cümlədən, bakalavr təhsili aldığım ADU-da dərslər axşam növbəsi başlayır. Bu da işləmək imkanı üçün tələbələrə olduqca əlverişlidir. İstərdim ki, BDU-da belə sistem tətbiq olunsun”.

IV kurs tələbəsi Naibə Məmmədova: “Yaşlı müəllimlərin cavan kadrlarla əvəz olunmasını istərdim. Bir müəllim artıq əmək fəaliyyətini yerinə yetirə biləcək durumda deyilsə, qalmasına ehtiyac yoxdur. Tənəffüs müddətinin artırılmasını, bəzi universitetlər kimi, dərs saatının 08.30-da deyil, 09.00-da olmasını istərdim. Rüşvətə əncam çəkilsə, pis olmazdı. Tələbələrlə tez-tez görüş keçirilməsini, istedadlı gənclərə maddi və mənəvi kömək olunmasını, onların öz biliklərini daha da artırması üçün xarici ölkələrə göndərilməsini görmək əla olardı. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğun görmək xoş olardı”.

IV kurs tələbəsi Ayşən Rəhimova: “Rektor əlçatan olmalıdır. BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan “kəsilirlər”. Ümid edirəm ki, yeni rektorla bu hallar yaşanmaz. Bundan başqa, müəyyən fənlərdə test üsulu ilə imtahana keçid edilməlidir. Ehtiyac olarsa, praktik imtahanlar da məqsədəuyğun olar. Yoxsa bizim kimi: informatikanı semestr ərzində lövhədə kompüter ekranının şəkillərini çəkərək keçmişdik, imtahanı da yazılı vermişdik. Bu, sadəcə gülməlidir”.

15 May 2025 Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
15 May 2025 Mayın 17-dən bu yol tam bağlanacaq
15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar

Xəbər lenti