4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a bildirilib ki, hərracdan toplanmış vəsait “Birgə və Sağlam” İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Hərrac 5 dekabr tarixində, "JW Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq.

Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib.

Məlumat üçün bildirək ki, “Bakutel-2018” sərgi-konfransı çərçivəsində 6-7 dekabr tarixində Bakı şəhərində yerləşən Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq. Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

15 May 2025 Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
15 May 2025 Mayın 17-dən bu yol tam bağlanacaq
15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar

Xəbər lenti