uc-usaq-atasi-olan-qazinin-pensiyasi-niye-kesilib

“Vətən müharibəsində döyüşmüşəm, yaralanmışam. Mənə 5 il müddətinə üçüncü qrup əlillik verilib. Amma 3 il keçməmiş heç bir səbəb göstərmədən pensiyamı və Prezident təqaüdünü kəsiblər”.

Bu iddia ilə “Qafqazinfo”ya Masallı rayonunun Xırmandalı kəndindən olan Vətən müharibəsi qazisi Rəşad Gülverdi oğlu Ağazadə müraciət edib.

Onun sözlərinə görə, əlillik təyinatı 2021-ci ildə aparılıb, ümumilikdə 945 AZN pensiya və təqaüd alıb: “615 manat əlilliyə görə və 330 manat Prezident təqaüdü alırdım. Ötən ilin dekabrında pensiyam, bu ilin yanvarında isə Prezident təqaüdüm dayandırılıb. Bununla bağlı heç bir səbəb də göstərilməyib. Bilmədim kimsə məndən şikayət edib, ya nə olub?.. Məni komissiyaya çağırdılar, heç yoxlamadan belə qərar verdilər.

Dizimdən iki dəfə əməliyyat olunmuşam. Ön çarpaz bağlar kəsilib, onları bərkidiblər. Ayağımı rahat işlədə bilmirəm, qatlanmır. Uzun müddət xəstəxanalarda qalıb müalicə almışam. Mən döyüşdə can qoymuşam, indi pensiyamı kəsib məni pis vəziyyətdə qoyublar. Özüm də 3 övlad atasıyam”.

Qazinin saytımıza göndərdiyi sənəddə də əlilliyin 2021-ci ildə 5 il müddətinə təyin edildiyi və növbəti müayinə tarixinin 17.11.2026 ildə olacağı qeyd edilib. 

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, pensiyanın dayandırılması vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlıdır: “Rəşad Ağazadə 24.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul edilib”.

Qeyd edək ki, R.Ağazadə Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Gülnar Əliyeva

 

 

 
06 İyun 2025 Azərbaycanda Qurban bayramı qeyd olunur
05 İyun 2025 Bayram gününün havası açıqlandı
05 İyun 2025 Bu gün qısaldılmış iş günüdür
05 İyun 2025 Kəmaləddin Heydərov Əmr imzaladı
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
04 İyun 2025 “Azərbaycan Dəmiryol Muzeyində 1 İyun Uşaqların Müdafiəsi Gününə Həsr olunmuş Şagird Rəsm Sərgisi və Mükafatlandırma”
04 İyun 2025 Sabah bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək - PROQNOZ
04 İyun 2025 Abşeronda balıqların kütləvi ölümü - RƏSMİ AÇIQLAMA
04 İyun 2025 Qarabağda mərkəzi istilik sistemi quraşdırılacaq
04 İyun 2025 İrəvan-Bakı arasında yüksək səviyyəli reyslər – İki uçuş olub
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
03 İyun 2025 Sosial müavinət və təqaüd alanlara şad xəbər: Yaxın vaxtlarda...
03 İyun 2025 Azərbaycan Ordusu atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib - VİDEO
03 İyun 2025 Lerikdə qanunsuz tikili söküldü - Fotolar
02 İyun 2025 Kreditlə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA
02 İyun 2025 Qurban bayramı namazının vaxtı açıqlandı
01 İyun 2025 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
31 May 2025 Bir qrup keçmiş məcburi köçkün Laçının Bəylik kəndinə yola salındı - FOTOLAR
30 May 2025 Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
30 May 2025 Sabah yay havası olacaq - 36° isti

Xəbər lenti