![]() |
|
İsrail Qəzzada HƏMAS-a qarşı olan Fələstin klanlarını silahlandırır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Təhlükəsizlik qüvvələri ilə məsləhətləşərək, biz Qəzzada HƏMAS-a qarşı olan klanlardan istifadə etdik", - o bildirib.
Netanyahunun sözlərinə görə, bu addım İsrail əsgərlərinin həyatını xilas edir.