![]() |
|
Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova oradakı həyatından bəhs edib.
Azxeber.com xəbər verir ki, aparıcı ABŞ-də sevmədiyi halı izləyiciləri ilə bölüşüb. O, yanacaqdoldurma məntəqəsində özünün maşına benzin vurması halını bəyənmədiyini vurğulayıb.
"Amerikada hər şeydən xoşum gəlir. Bir şeydən başqa: benzini özün vurmalısan", deyə o bildirib.
Hüsniyə daha sonra zarafatla "Bitdi, qayıdıram Masazıra. Bu ağır mühacir həyatına artıq dözə bilmirəm" sözlərini əlavə edib.