Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC-yə məxsus “Kapitan Rəcəbov” adına buzqıran gəmi satışa çıxarılıb.

Ardını oxu...

Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 bu gün daxili test yayımına çıxacaq”.

Bunu Report-a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

O bildirib ki, xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal fəaliyyətə başlayacaq.

İ.Həsənov qeyd edib ki, ekspert qrupunun tərkibinə yerli və xarici mütəxəssislər daxildir: “Bütün səylərimiz izləyicilərimizə daha dolğun bir məzmunda verlişlər təqdim etməyə hesablanıb. Gələn həftə ərzində tamaşaçılar telekanalı açıq yayımda izləyə biləcəklər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi Türkel TV MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Masallı rayonunun Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionunun satışa çıxarılması yalan məlumatdır.

Bu barədə Axar.az-a Masallı rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qeyd edək ki, A24.az saytı Masallı rayonunun Qəriblər kəndində yerləşən tam orta məktəbin stadionunun bələdiyyə sədri Müşfiq Ağayev tərəfindən satışa çıxarılması ilə bağlı məlumat yaymışdı.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 12-15° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcəyi ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcəyi gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcəyi gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-13° isti təşkil edəcək.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Bakıxanov qəsəbəsi, Atəşgah dairəsində hər gün tıxac yaşanır.

Ardını oxu...


Bir neçə gün öncə Sumqayıtda qanunsuz olaraq sahibsiz küçə itlərinin güllələnməsi ilə bağlı yayılan görüntülər narazılığa səbəb olmuşdu.

Ardını oxu...


Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb.

 sərəncama əsasən, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.


Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

 

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

 Muğam Mərkəzi ilə tanışlıqdan sonra prezident və birinci xanım rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.

Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Ramiz Quliyev görüşdə çıxış ediblər.

 






Abşeron rayonu Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədar olaraq sabah saat 10.30-dan 14.00-a qədər Xırdalan şəhəri Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Ardını oxu...

Xəbər lenti