Bir neçə gün öncə Sumqayıtda qanunsuz olaraq sahibsiz küçə itlərinin güllələnməsi ilə bağlı yayılan görüntülər narazılığa səbəb olmuşdu.

Sumqayıt İcra Hakimiyyətindən məsələ ilə bağlı verilən açıqlamada görüntülərin köhnə olduğu bildirildi.

Lakin son günlər Bakı və Sumqayıt küçələrində həddən artıq artan sahibsiz itlər əhalinin narahatlığına səbəb olur. İtlərin amansızcasına silahla öldürülməsini heç bir vətəndaş istəməsə də, problemin birdəfəlik həll edilməsini tələb edirlər.

Artıq uzun müddətdir ki, Bakı və Sumqayıtın hətta bir çox mərkəzi küçələrində belə sahibsiz it sürülərinə rast gəlmək mümkündür. Bu da olduqca böyük təhlükədən xəbər verir.

Məsələ ilə bağlı Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sahibsiz heyvanlara qarşı rəhmsiz hərəkətlər cəzasız qalmayacaq:

“Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayırıq və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparılır”.

Nazirlikdən bildirilib ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti