İqtisadi islahatların dərinləşməsi, xüsusilə də struktur və institusional islahatların davam etdirilməsi 2019-cu ilin gündəliyinin əsas prioritetlərindəndir.

Bu sözləri Axar.az-a Prezidentin İlham Əliyevin “Rossiya 24” kanalına müsahibəsindəki fikirlərini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 2019-cu ildə Azərbaycan üçün neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Xüsusən də neft bazarındakı volatillik də ondan xəbər verir ki, bu gün iqtisadi diversifikasiyanın alternativi yoxdur:

“2018-ci ildə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşması və hökumətə yeni simaların cəlb edilməsi gələn il daha genişmiqyaslı islahatların aparılmasına zəmin yaradır. Xüsusən də əmtəə və neft bazarındakı sıçrayışlar və volatillik də məhz iqtisadi islahatların genişləndirilməsi üçün bir baza rolunu oynaya bilər. Bu, həm də neft ölkələri üçün bir mesaj kimi də qiymətləndirilir. Əslində, Azərbaycan 2014-cü ildən etibarən islahatlara start verib”.

İqtisadçı vurğulayıb ki, 2019 Azərbaycan üçün nəqliyyat dəhlizlərinin inkişafı baxımından da yadda qalan il olacaq:

“Azərbaycan böyük coğrafiyanı əhatə edən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına töhfə verən ölkələrdəndir. Şimal-Cənub şimaldan başlayaraq Hindistana qədər uzanır, Şərq-Qərb isə Asiya ilə Avropanı birləşdirir. Bu baxımdan hər iki dəhlizin reallaşmasında Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan regional nəqliyyat və logistik qovşağa çevrilməkdədir. Bu isə özünü sözügedən hər iki nəqliyyat dəhlizinin Azərbaycanda qovuşması ilə göstərir. Eyni zamanda, artıq Bakı-Astara yolunun istifadəyə verilməsi və İranda dəmir yolun xəttinin inşası da ondan xəbər verir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə birbaşa infrasturukturu gücləndirməklə töhfə verir. Bu da özlüyündə beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Çünki Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Qeyri-neft sektorunun inkişafı isə neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Artıq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində fəaliyyətlər həyata keçirilir. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ro-Ro terminalının istifadəyə verilməsi Xəzər üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək. Bu isə o deməkdir ki, Azərbaycan 2019-cu ildə nəqliyyat dəhlizlərinin inkişafına birmənalı şəkildə töhfə verən ölkələrdən biri olacaq”.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti