![]() |
|
Türkiyənin Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Barış Altay parlamentdə çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən sənətçilər Mətin Akpınar və Müjdat Gəzənə dəstək ifadə edib.
Axar.az xəbər verir ki, Altay eyni zamanda dövlət çevrilişini dəstəkləyən aktyorların sözləri barədə də “Altına imzamı qoyuram” fikrini səsləndirib.
Qeyd edək ki, dünən sözügedən aktyorlar ifadələrinin alınması üçün polis idarəsinə gətirilib. Onlar barəsində məhkəmə işinin qaldırılacağı gözlənilir. Hər ikisinin ölkə xaricinə çıxışına qadağa qoyulub