Bu, Rusiya prezidentinin Azərbaycan dövlət başçısına verdiyi yüksək qiymətin göstəricisidir.

 

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısına təbrik məktubunda söylədiyi yüksək fikirləri şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan prezidentini təcrübəli və uzaqgörən siyasi xadim adlandırması İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin yüksək mahiyyətini əks etdirir:

“Diqqət edirsinizsə, prezidentlərin məktubunda bu sözlərdən heç də həmişə istifadə edilmir və bunun səbəbləri də var. Rusiya dövlət başçısının məktubunda yer alan bu məqamlar əslində Azərbaycan prezidentinin regional və qlobal proseslərdə oynadığı rolun önəmindən xəbər verir. Bu mənada Rusiya rəhbəri Azərbaycan prezidentini əbəs yerə “uzaqgörən siyasətçi” adlandırmayıb. Təbii ki, ölkə rəhbəri son 15 ildə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı regional ölkə statusundan daha irəliyə aparıb. Məhz bu siyasət nəticəsində Azərbaycan təkcə MDB məkanında deyil, bütövlükdə daha geniş bir regionda, xüsusilə də Avrasiya məkanında həddindən artıq önəmli bir dövlətə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın güc mərkəzləri ən qlobal problemləri və məsələləri məhz Azərbaycanın paytaxtında müzakirə edirlər. Bu da ilk növbədə Azərbaycan prezidentinin beynəlxalq miqyasdakı siyasi nüfuzundan irəli gəlir”.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti