Bu sərəncam ölkə başçısının əhalinin aztəminatlı təbəqəsinin qayğı və problemlərinin həllinə yönəlik humanist siyasətinin nəticəsidir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamına münasibət bildirən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı qeyd edib ki, sərəncama əsasən, birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitdən 5 milyon manat ayrılacaq:

“Bu, dövlətin sosial siyasətində əhalinin aztəminatlı hissəsinin həmişə diqqət mərkəzində olduğunu göstərir. Prezidentin bu addımı əhalinin aztəminatlı və sosial təminatının gücləndirilməsinə ehtiyacı olan təbəqəsinə olan münasibətin növbəti ifadəsidir. Bundan öncəki illərdə də aztəminatlı ailələrə ünvanlı yardımlar verilib. Prezident Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik bu kursunu hazırda da davam etdirir. Bu, dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezidentin aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsi haqqında sərəncamı isə həmin siyasətin növbəti mərhələsinin reallaşdırılması istiqamətində bir aksiya idi”.

Qeyd edək ki, Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti