Hollandiya parlamentinin Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili, xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və ingilis dilində nəşr edilmiş üçcildliyinin təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresi təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində Hollandiya parlamentinin üzvləri, ictimai xadimlər, “Haaqa”da fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının sədrləri, həmçinin Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və səfirliyin 1-ci katibi Vüsal Əliyev iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz rolundan danışaraq qeyd ediblər ki, Elmira Axundovanın ümummilli liderimiz haqqında kitabları Avropada yaşayan və bizim tariximizlə maraqlanan insanlar üçün dəyərli, etibarlı mənbədir.

Millət vəkili Elmira Axundova Heydər Əliyevlə ilk tanışlığından, onun yanında işlədiyi illərdən, çoxcildliyin yaranma tarixindən danışaraq bunları deyib:

“Bu üçcildliyin iki qəhrəmanı var – Heydər Əliyev və Zaman. 1990-1991-ci illər idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o mənə keçmiş həyatından, Qorbaçovla münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından danışırdı.

Heç kəs o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş lideri, Sovet imperiyasının rəhbərlərindən biri az sonra bütün respublikanı, sonra isə dünyanı təəccübləndirəcək: SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaq.

Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi? Mənə elə gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən ibarətdir. Çörçil bir dəfə demişdi: “Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir”. Heydər Əliyev zamana və vəziyyətə müqabil dəyişə bilir və bunu kifayət qədər orqanik edirdi. Zira, onun üçün əsas amil doğma vətəninin – sevimli Azərbaycanın milli maraqları idi”.

Tədbirin sonunda Azərbaycanın milli şirniyyat nümunələrindən ibarət çay dəsgahı təşkil edilib və müəllif qonaqlar üçün kitab imzalayıb.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti