BMT-nin baş katibi Antonio Quterreş Polşanın Katovitse şəhərində davam edən iqlim dəyişiklikləri konfransında hamını elektromobillərdən istifadə etməyə çağırıb.

Axar.az xəbər verir ki, təşkilatın rəhbərinin sözlərinə görə, atmosferə buraxılan zəhərli qazların dörddəbiri avtomobil nəqliyyatının payına düşür. A.Quterreş əlavə edib ki, avtomobillərin emissiya etdiyi karbon qazının miqdarı 1990-cı il səviyyəsi ilə müqayisədə 70 faiz çoxdur. “Bu gün bütün dünyada bir milyarddan çox sərnişin avtomobili var, 2040-cı ildə bu rəqəm iki milyarda çatacaq. Hazırkı vəziyyət nəqliyyat emissiyalarının azaldılması üzrə təcili tədbirlər görülməsini tələb edir. Bundan başqa, avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar hər il altı milyon insanın ölümünə səbəb olur. Tamamilə aydındır ki, bu tendensiyanı dayandırmaq lazımdır. Hərəkətə keçməyin vaxtıdır. Bizim ekoloji cəhətdən təmiz nəqliyyata ehtiyacımız var”, - deyə baş katib vurğulayıb.

BMT-nin rəhbəri qeyd edib ki, bu gün energetika və nəqliyyat sistemlərində köklü dəyişikliklər baş verir: yenilənən enerji mənbələri artır və elektromobillərin istehsalı genişlənir. Son illər ərzində elektrik mühərriki ilə işləyən avtomobillər üçün 3,5 min enerji yüklənməsi stansiyası açılıb. A.Quterreş əlavə edib: “Karbohidrogen yanacağından imtina etmək və elektromobillərə keçmək istəyən ölkələrin sayı get-gedə artır. Bir sıra ölkələr qarşıya 2020-2030-cu illərdə elektrik nəqliyyatının həcminin genişləndirilməsi üzrə konkret məqsədlər qoyub. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, elektoromobillərə enerji yüklənməsi stansiyalarının sayı yaxın illərdə daha da çoxalacaq”.

Baş katib diqqətə çatdırıb ki, elektromobillərdən istifadəyə keçid prosesi 2050-ci ilə qədər hökumətlərə 70 trilyon dollaradək vəsaitə qənaət etmək imkanı verəcək.

“Bloomberg” agentliyinin məlumatına görə, 2040-cı ildə dünyada bütün avtomobil satışlarının 55 faizini elektromobillər təşkil edəcək və avtomobil parkının üçdəbiri onlardan ibarət olacaq. Hesablamalar göstərir ki, bu, gündəlik 7,3 milyon barrel nəqliyyat yanacağına qənaətlə nəticələnəcək.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti