Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımır. Onun qədər Azərbaycan təbliğatçılarına yardım edən heç bir Ermənistan lideri olmayıb. Azərbaycan mətbuatında yazılanlara baxın. Görün, baş nazir haqqında nələr yazırlar.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasının (ERP) liderlərindən olan Armen Aşotyan keçirdiyi brifinqdə söyləyib.

Aşotyan Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin gedişindən və Ermənistanın indiki hakimiyyətinin hərəkətlərindən olduqca qəzəbli və narahat olduqlarını dilə gətirib: “Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Onlar Qarabağda güddükləri başqa məqsədlərə işi yerli hakimiyyətin (oyuncaq qondarma rejimin) üzərinə yıxaraq nail olmaq istəyirlər”.

Jurnalistlər Aşotyandan Paşinyanın “keçmiş iqtidarın ordunu talan etməsi” ilə bağlı sözlərinə reaksiyasını öyrənmək istəyiblər.

“Paşinyanın Qarabağ və ordu haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Əgər müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza...” - deyə Armen Aşotyan cavab verib.

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
16 May 2025 Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Xəbər lenti