![]() |
|
Serbiya Rusiya ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib. O, gələcəkdə keçiriləcək təlimlərin sayını artıra biləcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya ilə Serbiya birgə BARS-2018 hərbi təlimini keçiriblər.