Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə işlər aparılır.

 

Axar.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, şagird sıxlığının qarşısını almaq üçün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir:

“Bundan başqa, araşdırmalarımız zamanı müşahidə etdik ki, bir sıra məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Şagird sayı az olmaqla yanaşı, həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı idi. Bu problemi həll etmək üçün son 3 ildə 9-cu sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi layihəsi həyata keçirilir”.

Məhəbbət Vəliyeva qeyd edib ki, ötən tədris ilində aparılan monitorinqlər nəticəsində işində yol verdiyi nöqsanlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb:

“Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb

Xəbər lenti