Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Səfər çərçivəsində keçirilən görüşlər, səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edilib. Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi çox aktual olmaqla mühüm əhəmiyyətə malikdir. Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiyanın daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəklədiyini deyən deputat əlavə edib ki, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işini aparır. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır. Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var. Ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur. Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar. Bu baxımdan, Xorvatiya Qərb iqtisadi institutlarına ən uğurlu inteqrasiya etmiş dövlətlərdən biridir.

Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər. Cənubi Qafqazda isə Azərbaycan Xorvatiyanın ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Xorvatiya-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti