Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələri artırıldı

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edib. 

Yol-xeber.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. 

Fərmana əsasən, Dövlət Xidmətinin vəzifələrinə "üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək" əlavə olunub. 

Eldar İbrahimov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

butun-bunlar-ermenistanin-silahlanma-siyasetini-davam-etdirdiyini-gosterir

“Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb”.

B barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin Ermənistanın regionda gərginlik yaratmağa can atdığı qeyd olunub: “Ermənistanın onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbulolunmazdır.

Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən belə destruktiv hərəkətlərdən çəkinməyə çağırır”.

prezidentlerin-lanc-esnasinda-genis-terkibde-gorusu-oldu

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərAzərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib

Azərbaycan energetika naziri Pərviz Şahbazov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.

“Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edildi. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıldı”, – paylaşımda qeyd olunur.

Azərbaycanda “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” dəyişib

Prezident İlham Əliyev 24 aprel 20212-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Dəyişikliyin mahiyyəti açıqlanmır.

Prezident onu vəzifəyə təyin etdi

Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, C.Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Ege Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr, Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib.

O, 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzi (TUSAM), 2009-2019-cu illər arasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb.

C.Vəliyev Türkiyənin "Hurriyetdailynews" (İngilis), "Yeni Şafak", "Cümhuriyyət" qəzetlərində, "Anadolu" Agentliyində, ABŞ-də nəşr olunan "Eurasia Daily Monitor", "National Interest" və Avropada nəşr olunan "Modern Diplomacy" kimi jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.

Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.

Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"Paylaşımda qeyd olunub:

"Əziz qadınlar! Sizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxtlik arzulayıram!"

Xəbər lenti