Rusiya təəssüf edir ki, ABŞ prezidenti ilə həyati vacib məsələlərin müzakirəsi qeyri-müəyyən vaxta kimi təxirə salınır.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp rusiyalı həmkarı Putinlə nəzərdə tutulan təkbətək görüşü Kerç böhranına görə ləğv edib. Peskov isə Putinlə Trampın Argentinada G20 sammitində ayaqüstü görüşünün olacağını bildirib.


Gürcüstan qərbyönümlü siyasətini saxlamaq şərtilə müəyyən korrektələrə gedə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Gürcüstandakı son prezident seçkilərinə münasibət bildirərkən deyib.

“Gürcüstanın siyasəti prezidentdən asılı deyil. Çünki bu ölkədə prezident daha çox rəmzi xarakter daşıyan fiqurdur və geniş səlahiyyətləri yoxdur. Ancaq son seçkilərdən sonra Gürcüstan qərbyönümlü siyasətini saxlamaq şərtilə müəyyən korrektələrə gedə bilər. Belə ki, Gürcüstan sabiq baş nazir Georgi Kvirikaşvilinin vaxtında ABŞ-a bağlı idisə, Salome Zurabişvili dönəmində istiqamət daha çox Avropaya, xüsusilə də Fransaya doğru olacaq. Bəlkə də bu, müəyyən mənada Rusiya üçün məqbul ola bilər. Ancaq Putinin bu məsələlərdə hansısa bir rolunun olacağını düşünmürəm”, - deputat bildirib.

R.Musabəyov Saakaşvilinin Gürcüstanda məğlubiyyətinin Rusiyanın qələbəsi kimi qələmə verilməsini tamamilə yersiz sayıb:

“Çünki seçkilərdə keçmiş prezident Mixail Saakaşvili deyil, onun partiyasından olan Qriqol Vaşadze iştirak edirdi. Bəli, Saakaşvilinin partiyası və dəstəklədiyi namizəd ikinci turda məğlub oldu. Ancaq bu, heç bir halda Moskvanın üstünlüyü kimi qiymətləndirilə bilməz”.


Ukraynaya qardaşcasına yanaşma Rusiya sərhədini pozan gəmilərə qarşı daha ciddi tədbirlərin qarşısını aldı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi mariya Zaxarova Rusiya-1 kanalındakı “60 dəqiqə” verilişində deyib. O bildirib ki, əgər “qardaş münasibəti” olmasaydı, indi o gəmilərdən əsər-əlamət qalmazdı:

Onun sözlərinə görə, heç bir ölkə bu münasibətə dözməz, uzun müddət onların dayandırılması üçün çağırış etməzdi:

“Əgər Keçrdə bu hərəkəti ABŞ, Cənubi Koreya, Yaponiya, Kanada, Avstraliya etsəydi, indi onların qayıqlarından heç bir qalıq da qalmamışdı”.

Zaxarova deyib ki, yalnız “qardaş Ukrayna” olduğu üçün sərhədçilərimiz saatlarla bununla məşğul olublar.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb.


2018.11.30. 23:21

ABŞ-ın Alyaska ştatında 7,2 bal gücündə zəlzələ baş verib.

Ardını oxu...


2018.11.30, 16:04

Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirovun Axar.az-a müsahibəsi:

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada vəziyyət getdikcə daha gərgin və mürəkkəb xarakter alır. Böyük, Dünya müharibəsi, hətta İkinci İmperialist müharibəsi adlandıra biləcəyimiz müharibənin başlaması hissi çox qüvvətlidir. Vəziyyət həmçinin Cənubi Qafqaz regionunda da getdikcə qızışır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münasibətlərdə, o cümlədən Cənubi Qafqazda gərginləşən vəziyyəti şərh edən Rusiyanın aparıcı hərbi ekspertlərindən Aleksey Xlopotov deyib.

“Ermənistan daxili-siyasi və iqtisadi problemlərlə silkələnir. Əgər Ermənistan əvvəllər Rusiyanın siyasi kilvaterində kifayət qədər sıx şəkildə irəliləyirdisə, indi ölkə hakimiyyətinin dəyişməsindən sonra siyasi fırtınaların dalğaları onu bir istiqamətdən digərinə atır. Ermənistana ABŞ və İranın təsiri artır. Belə bir vəziyyətdə yeni və böyük münaqişə yaranması ehtimalı böyükdür. Buna görə də Azərbaycan mümkün olduğu qədər böyük müharibəyə hazır olmalıdır”, - Xlopotov bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığı və texniki təminatı barədə danışan ekspert ordumuzun bir sıra ölkələrdən aldığı ən müasir hərbi məhsullar sayəsində regionunun aparıcı gücünə çevrildiyini vurğulayıb. Xlopotovun sözlərinə görə, Belarusdan “Polonez”, İsraildən isə LORA silahını əldə etməsi Azərbaycanın Cənubi Qafqaz regionunda dominantlıq etməsinə gətirib çıxarıb:

“Polonez” – yüksək effektli taktiki raket kompleksidir. Bu kompleks reaktiv yaylım atəş sistemləri ilə əməliyyat-taktiki raket sistemlərinin şərti aralığında yerləşir. Sistem birmənalı şəkildə Rusiyanın 300 millimetrlik “Smerç” reaktiv yaylım atəş sistemlərindən, bir sıra cəhətlərinə görə isə “İsgəndər-M” əməliyyat-taktiki raket komplekslərindən üstündür. Hazırda “Polonez”lərin iki variantı mövcuddur: V-200 və V-300. Burada rəqəmlər raketlərin maksimal atəş məsafəsini göstərir. Azərbaycan isə “Polonez”lərin ən inkişaf etmiş və uzunmənzilli raketlərə sahib versiyasını alır”.

Ekspertin fikrincə, “Polonez” Azərbaycan ordusunun sahib olduğu yeganə şərti-strateji silah deyil. 2018-ci ildən ordumuzun silahlanmasına həmçinin İsrail istehsalı LORA silahı da daxil olub.

“LORA - tam bir əməliyyat taktiki raketidir. “İsgəndər”in əsl analoqudur. Rus silahının ixrac versiyası kimi onun da 250-280 kilometr atəş məsafəsi var. Azərbaycan Ordusunda birdən-birə belə iki sistemin mövcudluğu taktiki istifadə rahatlığı verir. Bu, hər hansı bir tərəfdən ehtiyat hissələri, komponentlər və döyüş sursatlarının təmin edilməsində müstəqillikdir. Müxtəlif sanksiyalar və siyasi şantajlara məruz qalan müasir dünyada isə bu olduqca əhəmiyyətlidir”, - ekspert bildirib.

Rus ekspert həmçinin bir qədər əvvəl Belarus hərb sənayesinin elan etdiyi və silahın atəş məsafəsini 500 kilometrə qədər yüksəltməyə imkan verən “Polonez”lərin modernizasiyası məsələsinə də toxunub:

“Polonez”in V-200 və V-300 variantları ilə yanaşı, raketin atəş məsafəsini 500 kilometrə qədər yüksəldə biləcək texniki imkanlar var. Bunu döyüş yükünün və mühərrikin yenidən bölüşdürülməsi hesabına etmək olar. Hazırda kompleksin yaradıcıları bu istiqamətdə çalışırlar”.

Ekspertin fikrincə, Minsklə yaxın münasibəti olan Bakı modernizasiya olunmuş “Polonez”ləri leqal olmayan yollarla da əldə edə bilər, ancaq Bakı bu addıma getmir:

“Əslində, 300 və 500 kilometr atəş məsafəsinə sahib raketlər arasında elə də bir fərq yoxdur. Azərbaycan və onun müttəfiqləri də məhdudiyyətlərə ciddi şəkildə riayət edir”.

Hərbi ekspert, həmçinin, Azərbaycanın Pakistandan Pekin və İslamabadın birgə istehsalı olan çoxfunksiyalı birmühərrikli qırıcı-bombardmançı JF-17-lər əldə etməsi məsələsinə də toxunub.

“Bu, həqiqətən yaxşıdır. Fikrimcə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün optimal seçimdir. Bu təyyarələr imkanlarına görə Rusiya istehsalı Su-30MKİ, Su-35S, MiQ-35 qırıcılarına, hətta Fransanın “Rafali” təyyarələrinə uyğun gəlir, hətta onlardan üstündür. Bundan əlavə, JF-17 digər təyyarələrdən həm kiçik, həm də yüngüldür. Üstəlik nominal qiyməti də, ixrac qiyməti də daha ucuzdur”, - Xlopotov vurğulayıb.

Xlopotovun sözlərinə görə, hazırda Rusiya Qərbin siyasi və iqtisadi təzyiqinə məruz qalır. Buna görə də Azərbaycanın hərbi-siyasi rəhbərliyinin işğal olunmuş torpaqlar probleminin hərb yolu ilə həllinə gedəcəyi halda Rusiya Qərblə münasibətlərin daha da pisləşməsi təhlükəsi altında komponent və ehtiyat hissələri tədarükünü dayandıra bilər:

“Qarabağdakı münaqişənin kəskinləşəcəyi, xüsusən BMT qətnamələrinə əsasən öz torpaqlarında işğalı aradan qaldırmağa tam mənəvi haqqı olan Azərbaycanın aktiv fəaliyyətə başlayacağı halda Rusiyanın necə davranacağı heç də aydın deyil. Ona görə də Azərbaycanın müxtəlif ölkələrin ən yaxşı istehsal modellərinə sahib olması məqsədəuyğun və məqbuldur”, - ekspert fikrini tamamlayıb.


ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi son bir həftədə öldürülən terrorçuların sayını açıqlayıb.

Axar.az xəbər verir ki, nazirlik terrorla mübarizə əməliyyatı çərçivəsində 41 terrorçunun zərərsizləşdirildiyini bəyan edib.

Qeyd edilir ki, son bir həftədə PKK, YPG və İŞİD-lə mübarizə fasiləsiz olaraq ölkənin daxili və xaricində aparılıb.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün ləğvinə münasibət bildirib.

Ardını oxu...


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana qarşı etirazlar getdikcə genişlənir. İndiyədək bu etirazlar əsasən ayrı-ayrı şəxslər və ya siyasi qüvvələr tərəfindən edilirdisə, hazırda narazılıqlar əhali arasında da geniş yayılmaqdadır.

Axar.az xəbər verir ki, bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.

O xatırladıb ki, bir müddət əvvəl “Nairit” zavodunun əməkdaşları 7 aylıq maaşlarının ödənilməsi tələbi ilə hökumət binası qarşısında etirazlar təşkil etmişdilər. Bir neçə gün əvvəl həmin zavodun yüzlərlə işçisi yenidən eyni məkanda etiraz mitinqi keçiriblər. Bu dəfə də tələb dörd aydır gecikən maaşların verilməsi olub. Lakin onlar siyasi şüarlar da səsləndiriblər və Paşinyanı verdiyi vədləri yerinə yetirməyə çağırıblar:

"Digər tərəfdən, etirazlar sosial xarakter daşımaqdan kənara çıxır və indi daha çox siyasi müstəviyə keçir. Bir neçə gündür ki, Ermənistanın Berdavan kəndinin sakinləri Azərbaycanda saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə piketlər keçirirlər. Etirazçıları özündən çıxaran isə hökumətin cavabı deyil, məhz Paşinyanın fikirləri olub. Baş nazir vəzifəsinin icraçısı vətəndaşlara qarşı çox sərt sözlər işlədib və onları “Azərbaycanın maraqlarına xidmət etmək”də günahlandırıb. Bu isə öz növbəsində etirazçıları daha da qızışdırıb və onlar Paşinyandan həm üzr istəməyi, həm də vədlərinə əməl etməyi tələb etməyə başlayıblar. Xatırladaq ki, Ermənistan baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib. Paşinyan isə noyabrın 20-də jurnalistlərə açıqlamasında hökumətin bununla bağlı mövqeyini dəstəklədiyini bildirmişdi".

E.Aşırlı qeyd edib ki, problem təkcə bunlarla məhdudlaşmır. Ölkədə siyasi vəziyyət də gündən-günə ağırlaşır və N.Paşinyana qarşı ittihamların ardı-arası kəsilmir:

"Müşahidəçilər belə vəziyyətdə onun 9 dekabr seçkilərində qalib gəlmə ehtimalının getdikcə zəiflədiyini bildirirlər. Məsələ burasındadır ki, Paşinyan siyasi naşılığı və məsuliyyətsiz çıxışları ilə insanlar arasında reytinqini sürətlə “xərcləyir”. Opponentləri onu yalançılıqda və ölkəni xaosa sürükləməkdə günahlandırırlar. Ermənistan müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının keçmiş sədri Artak Zakaryan mətbuata açıqlamasında bildirib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların məsuliyyətindən də yayınmağa çalışır. Onun sözlərinə görə, Paşinyan bunu söyləməklə bu ağır yükü bölüşdürməyi nəzərdə tutur: “O, hesab edir ki, bu addım məsuliyyətdən yayınmaq üsullarından biridir. Paşinyan getdikcə məsələnin və məsuliyyətin ciddiliyini dərk edir, yaxud məsələni ünvansız etmək istəyir. Bu, yeni bir hiylədir və təklif edirəm ki, Paşinyan fikirlərini izah etsin, bəlkə bu istiqamətdə düşünməyə dəyər”. Əlavə edək ki, Paşinyanın komandasında narazılıqların yaranması barədə də söhbətlər yayılır. Yerli ekspertlərin fikrincə, Paşinyan müdafiə naziri David Tonoyanın fəaliyyətindən narazıdır. Onun son günlər ordudakı acınacaqlı vəziyyətlə bağlı söylədikləri də bununla izah edilir. Hesab edilir ki, Paşinyan Tonoyanın ordudakı vəziyyətin yaxşı olması barədə indiyədək dediklərinin yalan olduğunu ictimailəşdirməklə onun fəaliyyətindən narazı qaldığını ifadə edib. Qeyd edək ki, Paşinyan Ermənistan silahlı qüvvələrində şəraitin olduqca acınacaqlı olduğunu, əsgərlərin geyim və yemək şəraitinin ağır olduğunu bildirmişdi".

Xəbər lenti