Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində cinayət işi başlanıb.

"Unikal" Kənan Məmmədovla bağlı maraqlı faktlar əldə edib.

Belə ki, əslən Naxçıvandan olan K.Məmmədov əvvəllər Qazax rayonunda yerləşən Qırmızı-Körpü gömrük postunun rəisi işləyib. Onun həmin postdakı fəaliyyəti rayon sakinlərinin ciddi etirazına səbəb olub. Hətta Kənan Məmmədov bir neçə dəfə onları incitdiyi üçün Qazaxın bir neçə kəndinin sakinləri tərəfindən döyülüb.

Onu da qeyd edək ki, həmin dövrdə DGK-nin sədr müavini olan Səfər Mehdiyevlə Kənan Məmmədovun arasında dostluq münasibətləri olub.

Səfər Mehdiyev DGK-nin sədri təyin olunduqdan sonra Kənan Məmmədovu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi təyin edib və ona general-mayor rütbəsi almasında köməklik göstərib. K.Məmmədov həmin idarəyə rəhbərlik etdiyi dövrdə isə əsasən ölkəyə mebel gətirən sahibkarların fəaliyyətinə mane olub. Belə ki, o sahibkarları yalnız özünün müəyyən etdiyi karqo şirkətləri ilə işləməyə məcbur edibmiş.

“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gələn erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın siyasi ambisiyalarına, həmçinin onu arxasında dayanan dairələrin qurmağa çalışdığı planın təhlilinə həsr edilib.

“Hələ Rusiyanın Ukraynaya hücumundan əvvəl Kreml İrəvanda Paşinyandan daha çox etibar etdiyi adamı görmək istəyirdi. Vardanyan heç vaxt öz ambisiyalarını gizlətməyib, lakin o bu barədə hər zaman təmkinli və ehtiyatlı danışıb”, – deyə müəllif qeyd edib.

 Müəllif xatırladır ki, Rusiya vətəndaşlığından imtina ilə əlaqədar Xocavənddə etdiyi çıxışda erməni iş adamı Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyətini yüksək qiymətləndirib və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi tam təmin edilməyənə qədər onların regionda mövcudluğunu davam etdirmələrinə dəstək verib.

“Bu, yaxşı təlimatlandırılmış Rusiya ruporunun sözlərinə oxşayır”, - videosüjetdə qeyd olunur.

Daha ətraflı süjetdə:

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən videogörüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülmüş və bununla bağlı müvafiq qurumlara müraciətlər edilmişdir.

Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

***
Bir neçə gün öncə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqların işgəncəyə məruz qalması ölkədə ciddi rezonans doğurub.

Hadisənin ictimailəşməsindən sonra Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli istintaqa cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olaydan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hərəkətə keçib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Dövlət Komitəsi mərkəzdə baş vermiş xoşagəlməz hadisənin digər müəssisələrdə təkrarlanmaması üçün ciddi addımlar atmağa hazırlaşır.

Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçaları, körpələr evi və reabilitasiya müəssisələrində monitorinqlərin aparılması üçün Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Müvafiq şəkildə icazələr təmin edildiyi halda komitə monitorinqlərə başlayacaq.

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.Az məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.

***

09:29

Azərbaycanda 13 yaşlı qız ana olub.

Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, xəstəxanaya aparılan 13 yaşlı qız və onun körpəsi sağdır.

K.Ağazadə əlavə edib ki, azyaşlının anası ona müraciət edərək qızının sığınacağa yerləşdirilməsini xahiş edib.

Sığıncaq sədri 13 yaşlı qızın təcavüzə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğını törədən şəxs müəyyən olunub.

Bu barədə  nazirlikdən məlumat verilib.

Belə ki, 26 avqust 2022-ci il tarixində Saatlı rayonu, Nəsimikənd kəndində Bayraqdarov Bahadur Zeyni oğluna məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub. Hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Səfərov Kamil Kamal oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib.

Yanğının baş verməsində təqsirkar şəxs Səfərov Kamil Kamal oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanda 13 yaşlı qız ana olub.

Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, xəstəxanaya aparılan 13 yaşlı qız və onun körpəsi sağdır.

K.Ağazadə əlavə edib ki, azyaşlının anası ona müraciət edərək qızının sığınacağa yerləşdirilməsini xahiş edib.

Sığıncaq sədri 13 yaşlı qızın təcavüzə məruz qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, pilotsuz uçuş aparatı və xidməti itlərdə cəlb edilməklə sərhəd axtarışına başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər nəticəsində saat 08:10-da sərhəd pozucusunun gizləndiyi yer müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Şükürov Əfqan İmamverdi oğlu olması müəyyən edilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 6 kq 108 qram narkotik vasitəyə bənzər maddələr (6 kiloqram 100 qram “marixuana”, 8 qram “metamfetamin”) və 10 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 

 

 

Xəbər lenti