![]() |
|
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.
APA xəbər verir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.
Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 8-də yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.
“Qafqazinfo”ya danışan şəhid qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib:
“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi. Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, instaqramda gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün, birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm, dərdimi kiminlə bölüşəcəm”.
Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib.