Yolların buz bağlaması bazarların işinə necə təsir edib?

Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.

Xəzər TV xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.

Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.

"8-ci kilometr" bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik - 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.

Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.

Ətraflı süjetdə:

Qiymətlərdə bu tarixdən ucuzlaşma olacaq

Soyuq havalarda meyvə-tərəvəzin qiyməti adətən yüksəlir. Bu dövrdə bazarlarda alış-veriş edən insanlar əvvəlki aylara nisbətən daha bahalı məhsullarla qarşılaşırlar. Xüsusilə gündəlik tələbat mallarında qiymət artımı daha çox nəzərə çarpır.

İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, bu ərəfələrdə logistika bahalaşır və bu da təbiidir, çünki yol xərcləri artır, yol şəraiti daha təhlükəli olur:

“Hesab edirəm ki, bütün bu amillər qiymətlərin üzərinə gəlir. Bundan əlavə, qiymətlərin artması mövsümi xarakter daşıyır, çünki yeni meyvələr yoxdur. Hazırda bazarda keçən mövsümdən qalan meyvələr satılır və onların sayı azaldıqca qiymətlər də təbii olaraq yüksəlir. Təxminən may ayına qədər bu vəziyyət davam edəcək”.

İqtisadçı qeyd edib ki, bu proses hər il təkrarlanır. May-iyun aylarında qiymətlərdə müəyyən dərəcədə tənzimləmə olacaq.



Bakı geridə qalan həftəsonunu adət etmədiyi hava şəraitində keçirdi
Yol-xeber.az" xəbər verir ki,   Havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Sərnişin axını:
 Şənbə günü – 417 868 sərnişin
 Bazar günü – 412 433 sərnişin
Bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib.
 Qatarların hərəkətində heç bir yubanma baş verməyib.
Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edirik.
ƏDV ilə bağlı qərar dəyişdi

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.

Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu

iPhone 17 seriyasının 2025-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Lent.az xəbər verir ki, Phone Arena xəbər verir ki, insayderlər premium və əsas modellərin daha bahalaşacağını bildirirlər.

İT sektorunda dəqiq maliyyə proqnozları ilə tanınan Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə, Apple Trampın tariflərini kompensasiya etmək üçün iPhone qiymətlərini 9 faiz artıracaq. Ace şirkəti artıq noutbukların qiymətində 10 faiz artım elan edib.

Analitik qeyd edib ki, “iPhone”ların 85 faizi Çində, digər 15 faizi isə Hindistanda istehsal olunur. ABŞ hökumətinin məhdudiyyətlərinə görə, Apple ya bu xərcləri öz üzərinə götürməli, ya da müştərilərə ötürməli olacaq. Birinci halda, Mohan şirkətin hər səhmə görə 26 sent zərər görəcəyini proqnozlaşdırır.

Apple Trampın tariflərini müştərilərə ötürsə, ən ucuz iPhone 17 799 dollar əvəzinə 870 dollara başa gələ bilər, iPhone 17 Pro isə sələfindən təxminən 100 dollar baha olmaqla 1089 dollardan başlayacaq. iPhone 16e-nin əsassız yüksək qiymətinin iPhone 17-nin bahalaşmasının səbəblərindən biri olduğu bildirilir.

Apple 2017-ci ildə “iPhone”un Pro versiyaları üçün "standart" qiyməti 999 dollar səviyyəsində müəyyən edib və hələ də ona riayət edir. Baza “iPhone”ların qiyməti sonuncu dəfə 2020-ci ildə iPhone 12-nin buraxıldığı zaman yenidən işlənib.

Bütün iPhone 17 modellərinin 24MP ön kamera və 120Hz ekran alacağı gözlənilir. Apple gələcək modellərin dizaynında da əsaslı dəyişikliklər edəcək.

Apple seriyadakı Plus modelini əvəz edəcək “iPhone 17 Air”i də hazırlayır. Cihazın cəmi 5,5 millimetr qalınlığında olduğu deyilir və bu, “Apple”ın indiyə qədərki ən nazik telefonudur.



Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yol-xeber.az xəbər verir ki, Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq “B4”-“B5”-“B?”-“B6”-“B7”-“B8” adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

Yeni stansiyalarla bağlı bir sıra detallar məlum olub.

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib ki, 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq “Bakı Metropoliteni”nin 10 yeni stansiyası inşa olunmalıdır.

“Bu stansiyalardan 6-sı “Bənövşəyi” xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir. Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.

Bunlardan əlavə, növbəti stansiya “Port Baku” yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. “Ağ şəhər” layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.

Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.

Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək”, – açıqlamada deyilir.

Azərbaycanda 8 qurum birləşdi - SİYAHI

Naxçıvan Muxtar Respublikasındakı Yol Təmir İstismar MMC-ləri birləşib.

Yol-xeber.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar verilib.

Qərara əsasən, "Şərur Yol Təmir Tikinti İstismar” MMC, "Culfa Yol Təmir Tikinti İstismar” MMC, "Kəngərli Yol Təmir İstismar” MMC, "Babək Yol Təmir İstismar” MMC, "Sədərək Yol Təmir İstismar” MMC, "Şahbuz Yol Təmir İstismar” MMC, "Ordubad Yol Təmir İstismar” MMC "Naxçıvan Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.

Naxçıvan Yol Təmir Tikinti bu qoşulma nəticəsində yenidən təşkil edilib və adı "Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilib.

Xatırladaq ki, sözügedən MMC-lər əvvəllər idarə statusunda olublar və onların ötən il idarə statusu ləğv olunaraq MMC-yə çeviriliblər.



Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
Yol-xeber.az" xəbər verir ki,  Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Mənzil satışında yenilik - Bundan sonra...

Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq.

Bunu Trend-ə açıqlamasında AQP nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, daşınmaz əmlak bazarında uzun illərdir ki süni və təbii formada qiymət artımları baş verir.

“Süni qiymət artımına rəvac verən bir sıra amillər var ki, onlardan bəziləri bir zamanlar daşınmaz əmlaklara süni formada şişirdilmiş qiymətləndirmə rəyləri vermək və əmlak bazarında fəaliyyət göstərən bəzi Rieltorların əmlakları reallığa uyğun olmayan fantastik baha qiymətlərə satışa çıxarmaları olub. Artıq Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi formada fəaliyyətə başlayıb", - o bildirib.

Onun sözlərinə görə, AQP nin rəsmi fəaliyyətə başladığı günə qədər istənilən qiymətləndirmə şirkəti qiymətləndirmə rəyi verə bilərdi.

"Lakin yeni qanunvericiliyə əsasən, Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bu fəaliyyətlə məşqul ola bilmələri üçün mütləq şəkildə Dövlət İmtahan Mərkəzində qiymətləndirmə sahəsi ilə bağlı imtahan verməli, imtahandan müvəffəqiyyətlə keçə bilən şəxslər daha sonra isə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Tələb və qaydaların dəyişdirilməsi isə birmənalı olaraq qeyri peşəkarları bu sahədən uzaqlaşdıracaq ki bu da öz növbəsində qiymətləndirmə sahəsində yalnız peşəkarların olacağından və əmlak bazarında şəffaf qiymətləndirmələrin aparılacağından xəbər verir. Bu isə öz növbəsində süni qiymət artımının qarşısını alacaqdır”,- deyə AQP rəsmisi qeyd edib.

Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Azərbaycanda keçirilən biznes forumda Türk İnvestisiya Fondunun kapitalının 500 milyon dollardan 600 milyon dollara çatdırılması barədə razılığa gəliblər.

Bununla kapitalın artırılması regionda kiçik və orta biznesə dəstəyi genişləndirəcəyi və iqtisadi əməkdaşlığı gücləndirəcəyi qeyd olunub.

Türk İnvestisiya Fondu 2023-cü il martın 16-da türkdilli dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində imzalanmış saziş əsasında yaradılıb. Fond türk dövlətlərinin yaratdığı ilk birgə maliyyə qurumu oldu. O, birləşmiş ərazi icmalarında güzəştli şərtlərlə iri layihələrin maliyyələşdirilməsində əsas rol oynayacaq.

Xəbər lenti