![]() |
|
“Gürcüstan Dəmir Yolları” Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlama yayıb.
Yol-xeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tərəflər məsələ ilə bağlı danışıqları davam etdirilir, dəqiq tarix isə daha sonra açıqlanacaq:
“Tərəflər sərnişin xidmətinin bərpası, o cümlədən hər iki ölkənin dəmir yolu administrasiyası və bu məsələdə iştirak edən müvafiq idarələri arasında danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsi üzrə intensiv iş aparır. Dəqiq tarix daha sonra açıqlanacaq”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
avronun məzənnəsi 0,08 % azalaraq 1,8655 manat, 100 Rusiya rublunun məzənnəsi isə 2 % azalaraq 1,9702 manat təşkil edib.
Valyuta
Məzənnə
1 ABŞ dolları
1,7000
1 Avro
1,8655
100 Rusiya rublu
1,9702
Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artım deməkdir.
Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir?
İqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır:
"Real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir. O cümlədən, bankların maliyyələşdirilməsi və Azərbaycan Mərkəzi Bankından (AMB) aldıqları borcun faiz dərəcəsinin artması, ümumi kredit - bankların siyasətində faiz dərəcələrinə təsir edir. Təbii ki, bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər".
Ekspert bildirib ki, Ümumi daxili məhsulun (ÜDM), neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir:
"Hazırda problemli kreditlərin artımı ümumi bank sektorunun zəifləməsinə səbəb olur. Bilirsiniz, vaxtilə bəzi banklar problemli kreditlərə görə iflas olmuşdular. Belə hallar həm də depozit faizlərini azalda, ölkədə ümumi maliyyə sabitliyini poza bilir. Prosesin ümumi iqtisadi aktivliyə də zərərləri mümkündür. Banklar kredit verərkən daha ehtiyatlı davranmağa çalışırlar, xüsusən sahibkarlar lazımi kreditləri tapa bilmirlər. Bu, istehlakçılara da aiddir. O cümlədən, investorların banklara etimadının azalması nəticədə daha az yatırım etmələrinə gətirib çıxarır. Hesab edirəm ki, AMB başda olmaqla, maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır".
İqtisadçı qeyd edib ki, ilk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək onlar üçün xüsusi dəstək fondu yarada bilər:
"Daha uzunmüddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. AMB bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər".**globalinfo.az
Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub.
Alıcıların sözlərinə görə, həm yerli, həm də xarici yağların qiyməti artıb. Bir ay öncə 22 manata satılan kərə yağı artıq 24.8 manatdır. Satıcılar bildirir ki, xaricdən gətirilən kərə yağlarının bir kiloqramının qiymətində 1-4 manat arası artım var.
Azərbaycan kərə yağına olan tələbatı idxal hesabına ödəyirik. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycana 5338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843min dollar təşkil edilib. Bunlar ötən illə müqayisədə 2370 ton, dəyər baxımdan isə 21 min 287 min dollar çoxdur.
Deputat Vüqar Bayramov bildirir ki, yağın qiymət artmasının səbəbi xaricdə olan bahalaşmadır. İdxal inflyasiyası minumumlaşdırmaq üçün yerli istehsalat genişləndirilməlidir.
"Kərə yağı istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu istiqamətdə fermerler həm faizsiz kreditlər təklif oluna bilər, həm də texniki istehsalatla bağlı güzəştlər tətbiq oluna bilər. Bu da istehsal edilən məhsulun maya dəyərini aşağı düşürə bilər".
Millət vəkili qeyd edib ki, iri buynuzlu heyvanlar məhsuldar deyil. Bu sahədə heyvanları əvəzləyə bilsək, kərə yağı ehtiyatını yaxşılaşdıra bilərik.
Son qiymət |
Əvvəlki günün qapanışı ilə fərq |
İlin əvvəli ilə fərq |
|
Əmtəə |
|||
Neft Brent (dollar/barel) |
65,58 |
- 4,56 |
- 9,06 |
Neft WTI (dollar/barel) |
61,99 |
- 4,96 |
- 9,73 |
Qızıl (dollar/unsiya) |
3 035,40 |
- 86,30 |
394,40 |
İndekslər |
|||
Dow-Jones |
38 314,86 |
- 2 231,07 |
- 4 229,36 |
S&P 500 |
5 074,08 |
- 322,44 |
- 807,55 |
Nasdaq |
15 587,79 |
- 962,82 |
- 3 723,00 |
Nikkei |
33 780,58 |
- 955,35 |
- 6 113,96 |
Dax |
20 641,72 |
- 1 075,67 |
732,58 |
FTSE 100 |
8 054,98 |
- 419,76 |
- 118,04 |
CAC 40 INDEX |
7 274,95 |
- 324,03 |
- 105,79 |
Shanghai Composite |
3 342,01 |
0,00 |
- 9,75 |
Bist 100 |
9 379,83 |
- 104,43 |
- 450,73 |
RTS |
1 039,88 |
- 27,67 |
146,66 |
Valyuta |
|||
USD/EUR |
1,0956 |
- 0,0096 |
0,0602 |
USD/GBP |
1,2887 |
- 0,0213 |
0,0371 |
JPY/USD |
146,9300 |
0,8700 |
- 10,2700 |
RUB/USD |
84,5000 |
0,5000 |
- 29,0200 |
TRY/USD |
37,9927 |
0,0400 |
2,6327 |
CNY/USD |
7,2823 |
0,0000 |
- 0,0177 |
Aprelin 3-nə keçən gecə qlobal ticarət tarixində çox mühüm hadisə ilə yadda qalacaq. ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal edilən mallara 10 %-lik gömrük rüsumu tətbiq edilməsi, həmçinin ticarət balansında ciddi asimmetriya olan dövlətlər üçün bu tariflərin 17 %-dən 49 %-ə qədər artırılması barədə sərəncam imzalayıb. Yeni qaydalara əsasən, 10 %-lik idxal rüsumu aprelin 5-dən, daha yüksək tariflər isə aprelin 9-dan qüvvəyə minəcək.
"Report" bildirir ki, bu qərar təkcə ABŞ iqtisadiyyatı üçün deyil, qlobal ticarət münasibətləri baxımından da əhəmiyyətli nəticələr doğura bilər. Tariflər əsasən ABŞ-ın ticarət balansında kəsir verdiyi ölkələrə tətbiq edilib və onların iqtisadiyyatına ciddi təsir göstərə bilər. Ən çox gömrük tarifinə məruz qalan ölkələr arasında Asiya dövlətləri və Avropa İttifaqı (Aİ) ön plandadır. Belə ki, ən çox tariflərin tətbiq edildiyi ölkələrə Kamboca - 49 %, Vyetnam - 46 %, Şri-Lanka - 44 %, Banqladeş - 37 %, Tailand - 36 %, Çin - 34 %, Tayvan - 32 %, İndoneziya - 32 %, İsveçrə - 31 %, Cənubi Afrika Respublikası - 30 %, Cənubi Koreya - 25 %, Yaponiya - 24 %, Malayziya - 24 %, Avropa İttifaqı (Aİ) - 20 %, İsrail - 17 % başçılıq edir.
İqtisadi müstəqillik İddiası
Qəribə görünsə də, ABŞ lideri bu addımları ölkəsinin iqtisadi müstəqilliyə nail olması məqsədilə atdığını bildirir. D.Trampın fikrincə, gömrük tariflərinin artırılması bütün ölkələri - həm dost, həm də rəqib dövlətləri - ABŞ-yə güzəştə getməyə məcbur edəcək. O, bu qərarı “Amerika iqtisadi müstəqilliyinin bəyannaməsi” adlandırıb və ölkəsinin yenidən qüdrətli və zəngin olacağına dair vəd verib: “Ölkəmizi 50 ildən çoxdur ki, soyurlar. Bu, bir daha olmayacaq”.
ABŞ-yə idxal edilən bütün xarici avtomobillərə aprelin 3-dən etibarən 25 %-lik əlavə tarif tətbiq edilir. Ekspertlərin hesablamalarına görə, bu qərar ABŞ-yə avtomobil idxalına ciddi təsir göstərəcək və bu sahədə ticarətin həcmini illik 600 milyard dollar azalda bilər. Amerika bazarına ən böyük avtomobil tədarükçüsü olan Yaponiyanın itkilərinin ilkin qiymətləndirməsi ildə 12 milyard dollar və ya ÜDM-in 0,25 %-i səviyyəsindədir.
Tramp administrasiyası hesab edir ki, yeni rüsumlardan illik 600 milyard dollar əlavə daxilolma əldə ediləcək ki, bu da ABŞ-nin 2024-cü ildə 1,2 trilyon dollara çatan ticarət defisitinin düz yarısını kompensasiya edəcək.
Üstəlik, Ağ Ev bəyan edib ki, əgər digər ölkələr cavab tədbirləri görsələr, ABŞ gömrük rüsumlarını daha da artıra bilər. Onun bəyanatına əsasən, ABŞ Prezidenti gömrük rüsumlarını artıra və ticari tərəfdaşlarla razılığa gəlindiyi təqdirdə azalda bilər. Maraqlıdır ki, Qazaxıstanın İqtisadiyyat Nazirliyi bəyan edib ki, ABŞ-yə ixrac edilən məhsulların yalnız 4,8 %-nə gömrük rüsumu tətbiq olunacaq. Halbuki ABŞ bu ölkəyə qarşı ümumi 27 %-lik tarif müəyyən edib.
Gözləntilərdən daha aqressiv tariflər
İqtisadçılar ilkin olaraq ABŞ-nin tarif siyasətinin daha yumşaq olacağını proqnozlaşdırırdılar. Lakin Beynəlxalq Maliyyə İnstitutunun ekspertlərinin fikrincə, yeni tariflər ABŞ-ın ən böyük ticarət tərəfdaşlarına, xüsusilə Meksika (ABŞ-yə ixracı ÜDM-in beşdə birini təşkil edir), Vyetnam (ÜDM-in 30 %-i) və Tailand (ÜDM-in 11,6 %) kimi ölkələrə ciddi zərbə vuracaq.
Ağ Ev bu tarifləri tətbiq edərkən, iki əsas strategiyanı nəzərdən keçirib: “нumşaq variant” - bütün ölkələrə 10 %-lik tarif tətbiq olunması və “sərt variant” - ticarət asimmetriyasının tam kompensasiyası məqsədilə daha yüksək tariflər müəyyən edilməsi. Tramp isə “orta yolu” seçərək, bunu “xeyirxah variant” adlandırıb. Çünki bu strategiya ABŞ-nin fərdi ölkələrlə ticarət balansındakı fərqin yalnız yarısını kompensasiya etməyə yönəlib.
Eyni zamanda, ABŞ lideri deyib ki, disbalansın qiymətləndirilməsində həm qarşılıqlı tədarüklər zamanı rüsum səviyyələrindəki fərq, həm də ticarət disbalansını gücləndirən ABŞ mallarının tədarükünə qeyri-tarif məhdudiyyətlər nəzərə alınıb.
ABŞ hakimiyyəti bu addımlarla ölkə sənayesini yenidən canlandırmağa və üçüncü ölkələrə köçürülmüş istehsalatların geri qaytarılmasına kömək etməsi nəzərdə tutulur.
ABŞ fond bazarında reaksiya və ticarət müharibəsi marahatlığı
Yeni tariflər ABŞ fond bazarında kəskin enişlərə səbəb olub. Belə ki, S&P 500 fyuçersləri 3,5 % azalıb, Nasdaq 100 fyuçersləri 4,5 % düşüb. "Russell"də kiçik kapitallaşdırmalı şirkətlərin indeksi isə 5 % geriləyib.
Bundan əlavə, Çikaqo birjasında qızılın iyun fyuçersinin qiyməti ilk dəfə 3 200 dollardan yuxarı qalxıb. Analitiklər hesab edirlər ki, tariflərin artırılması nəticəsində “ticarət müharibəsi”nin dərinləşməsi qızılın qiymətini daha da artıracaq.
Bu tariflər idxal olunan malların qiymətini artıraraq qlobal təchizat zəncirlərində ciddi pozuntulara səbəb ola bilər. Məsələn, 2024-cü ildə Çin və ABŞ arasındakı ticarət dövriyyəsi 3,7 % artaraq 688,28 milyard dollara çatıb. Çindən ABŞ-yə ixracat isə 4,9 % artımla 524,66 milyard dollar təşkil edib. Lakin Vaşinqtonun Pekinə qarşı yeni məhdudiyyətləri Çin məhsullarının ABŞ bazarındakı rəqabət qabiliyyətini kəskin zəiflədə və bu ölkədə iş yerlərinin itirilməsi ilə nəticələnə bilər. Bundan əlavə, bu addımlar ABŞ-Çin siyasi münasibətlərinə də mənfi təsir göstərə bilər. İqtisadi gərginliyin artması, uzun müddətdir həll olunmayan Tayvan probleminin daha da qızışmasına səbəb ola bilər.
ABŞ və Aİ arasındakı məhsul və xidmət ticarəti 2024-cü ildə rekord həddə - 2 trilyon dollara çatıb. Lakin Vaşinqtonun polad və alüminiuma tətbiq etdiyi yeni tariflər, eləcə də digər gömrük rüsumları bu artım tempini əhəmiyyətli dərəcədə ləngidə bilər. Artıq Avropa rəsmiləri də ABŞ-nin gömrük siyasətini sərt tənqid edərək, Aİ ölkələrini birlikdə cavab tədbirləri görməyə çağırıblar. Almaniyanın iqtisadiyyat naziri Robert Habek bu məsələdə Avropanın birgə mövqe nümayiş etdirməli olduğunu vurğulayaraq bildirib: “ABŞ rəhbərliyi təzyiqi hiss etməlidir. Təzyiq altında bəyanatlarını yumşaldacaq, amma bunun üçün Avropa ölkələrinin birgə addımları vacibdir. Kimin daha güclü olduğunu görəcəyik".
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə ABŞ tariflərinin qlobal istehlakçılara zərər vuracağını qeyd edib: “Bu təsirləri dərhal hiss edəcəksiniz. Milyonlarla insan ərzaq qiymətlərinin bahalaşması ilə üzləşəcək, dərman və nəqliyyat xərcləri artacaq. İnflyasiya yüksələcək. Böyük və kiçik müəssisələr bu siyasətdən əziyyət çəkəcək. Buna görə də biz əvvəldən ABŞ ilə danışıqlara hazır idik, amma eyni zamanda cavab tədbirləri görməkdən çəkinməyəcəyik”.
Beləliklə, ABŞ-nin ticarət siyasətində atdığı bu aqressiv addımlar qlobal ticarət sisteminin yenidən qurulmasına və artan ticarət baryerləri fonunda yeni lokal iqtisadi blokların formalaşmasına səbəb ola bilər.
Azərbaycan ilə ABŞ arasında ticarət əlaqələri
ABŞ Azərbaycandan idxal olunan məhsullara 10 %-lik gömrük rüsumu tətbiq edib. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,753 milyard dollar təşkil edib ki, bunun da 135 milyon dolları Azərbaycanın ABŞ-yə ixracının payına düşüb.
Azərbaycan bu dövrdə ABŞ-yə 400-dən çox adda məhsul ixrac edib. Əsas ixrac məhsulları arasında 31,23 milyon dollar dəyərində alüminium plitələr, vərəqlər və zolaqlar (ümumi ixracın 32 %-i), 6,81 milyon dollar dəyərində ferrosilisium ərintiləri (51 %-i), 6,51 milyon dollar dəyərində polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı maddələr (8,8 %-i), 2 milyon dollar dəyərində su qızdırıcıları və ya istilik su akkumulyatorları (73 %-i), 1,8 milyon dollar dəyərində elektrik su qızdırıcıları, batırılma elektrik qızdırıcı cihazlar (93 %-i), 1,63 milyon dollar dəyərində alüminiumdan qapılar, pəncərələr və çərçivələr (77,3 %-i), 1,1 milyon dollar dəyərində mineral gübrələr (0,8 %-i) var.
Azərbaycanın ABŞ-dən idxalı isə daha geniş miqyaslıdır və əsasən sənaye və texnoloji avadanlıqlardan ibarətdir. 2024-cü ildə ABŞ-dən Azərbaycana idxal olunan əsas məhsullar sırasında qızıl (yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, zolaqlar və lentlər) – 1,06 milyard dollar (ümumi idxalın 32 %-i), minik avtomobilləri (benzin, dizel mühərrikli, hibrid və elektrik mühərrikli) – 142,35 milyon dollar (9,1 %-i), turboreaktiv mühərriklər – 37 milyon dollar (100 %-i), qaz turbinləri – 23,1 milyon dollar (97,5 %-i), kranlar, klapanlar, armaturalar və onların hissələri – 15,24 milyon dollar (12 %-i), hesablama maşınlarının yaddaş qurğuları – 11 milyon dollar (41 %-i), poladdan və digər qara metaldan neft-qaz buruqlarının qazılması üçün qazma boruları – 9,73 milyon dollar (83 %-i), xam qarğıdalı yağı və onun fraksiyaları – 7,4 milyon dollar (75 %-i), yer və tunelqazan maşınlarının hissələri – 6,1 milyon dollar (32 %-i), topoqrafik, meteoroloji, geofiziki alətlər və cihazlar – 6 milyon dollar (30 %-i) olub.
Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, Azərbaycanın ABŞ-yə qeyri-neft-qaz ixracı böyük həcmdə olmasa da, geniş məhsul çeşidini əhatə edir. Bu səbəbdən yeni tariflərin ixraca ciddi təsir göstərməsə də, ümumi artım dinamikasını zəiflədə biləcəyi ehtimalı var: “Tariflər əlavə xərc deməkdir və bu, ixracın artım tempini azalda bilər. Bununla belə, Azərbaycanın ixrac etdiyi məhsullar spesifik xarakter daşıyır və bazardakı mövqelərinə 10 %-lik tarifin təsiri minimal ola bilər. Ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyatda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Beləliklə, ABŞ-nin gömrük siyasəti yeni çağırışlarla yanaşı, Azərbaycan üçün potensial imkanlar da yarada bilər. Alternativ bazarlara yönəlmək və yeni ticarət strategiyalarının formalaşdırılması Azərbaycanın ixrac potensialını qoruyub saxlamaq baxımından vacib amillərdən biridir.
Qeyd etməyə dəyər ki, bu qərar qlobal ticarət siyasətində dönüş nöqtəsi ola bilər və qarşıdakı aylarda digər ölkələrin necə reaksiya verəcəyi dünya iqtisadiyyatının gələcək trayektoriyasını müəyyən edəcək. Çünki, ABŞ-ın bu qərarı dünya bazarlarında qeyri-müəyyənlik yaradır və ticarət bloklarının yenidən formalaşmasına səbəb ola bilər. Azərbaycanın ixracına təsiri minimal olsa da, ümumilikdə, yeni tariflər qlobal iqtisadiyyat üçün yeni çağırışlar yaradır.
Bakı şəhərində daha 213 yeni, tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.
Bəs satmaq öhdəliyi ilə kirayə mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, kirayə mənzillər yeni binalarda, təmirli və çıxarışlı olur.
"Lakin bu mənzillər əmlak bazarında bahalaşma yaratmır. Çünki belə mənzillər limitli sayda olur. Bu layihə əhalinin müəyyən şəxsləri üçü əlçatandır", - o qeyd edib.
Kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilən mənzillərin baha olması fikrinə münasibət bildirən ekspert bildirib ki, Fond mənzilləri alır, təmir etdirir və çıxarışla təmin olunur, ondan sonra bazara çıxarılır:
"Bu da kifayət qədər xərc deməkdir. Belə səbəblərdən dolayı qiymətlərin bu civarda olması normaldır".
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə vurğulayıb ki, Fondun təqdim etdiyi mənzillərlə MTK arasında qiymət fərqi var.
"MTK-larda da mənzillər daha bahadır və ilkin olaraq müəyyən qədər ödəniş etmək lazımdır.
Sözügedən mənzillərin mənzil bazarında qiymətlərə təsirinə gəldikdə, heç bir təsiri yoxdur. Belə mənzillər lokal ərazilərdə təqdim olunur. Eyni anda paytaxtın bir neçə ərazisində bu layihə həyata keçirilsəydi, onda təsiri az da olsa, mümkün idi. Ümumiyyətlə, belə layihələrin sayının artırılmasına ehtiyac var.
Paytaxtda mənzillərin qiymətinə toxunan ekspert qeyd edib ki, qiymətlər bahalaşan xətt üzrə davam edir. Ən çox tələbat 100-150 min manat aralığında olan mənzillərədir", - deyə o qeyd edib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksək keyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun "Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.
Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb.
Yol-xeber.az" xəbər verir ki, Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb.
İlk dəfə olaraq qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb.
Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır.
Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatır. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edən yeni FLIRT qatarı Bakıya 07:15-də çatır. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradır. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib.
Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.
Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.
Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılıb. Bununla əlaqədar olaraq Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində mövcud 1100 mm-lik platformanın bir hissəsi endirilərək 550 mm-lik ölçüyə salınıb. Xırdalan stansiyasında isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.
Stansiyalarda da bir sıra yeniliklər həyata keçirilib. Belə ki, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.
Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır. Bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.
Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.
ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.