![]() |
|
Azərbaycanın regionlarında, o cümlədən Şahdağa sürət elektrik qatarlarının işləməsi turistlərin müxtəlif bölgələrə axınını gücləndirəcək və turizmin inkişafını sürətləndirəcək".
Bunu "Report”a açıqlamasında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Şahdağ Qış-Yay Turizm Kompleksinə qədər dəmir yolu xəttinin çəkilməsinə münasibət bildirərkən deyib.
"Məncə turizm sənayesi Ləki-Qəbələ və Bakı-Yalama-Şahdağ istiqamətlərində dəmir yolu xətlərinin çəkilməsini səbirsizliklə gözləyir. Həmin təyinat məntəqələrindəki turizm kompleksləri bu infrastrukturdan qazanacaq, çünki turistlərin sayı artacaq. Bundan başqa, yeni dəmir yolları xətləri müxtəlif istiqamətlərdə olan turizm destinasiyalarını yaxınlaşdıracaq, yol daha komfortlu və qısa olacaq", - o qeyd edib.
S.Dübəndi vurğulayıb ki, regionlara sürətli dəmir yollarının çəkilməsi həm daxili turizmi və eyni zamanda, Bakıya gələn turistlərin regionlara üz tutmasını artırar və ekoturizmın, milli parkların, aktiv, ekstrim və digər açıq hava turizm fəaliyyətlərinin inkişafına da müsbət təsir göstərər.
Xatırladaq ki, Bakı-Yalama dəmir yolu xəttinin yeniləşdirilməsi gündəmdədir və burada layihələndirmə işləri aparılır: Yolun əsaslı təmirinə bu il başlanması nəzərdə tutulur. Tikinti işlərinə başlandıqdan sonra prosesin təxminən iki il yarım müddətində davam etməsi planlaşdırılır. Biləcəri-Yalama-Biləcəri sahəsinin açılmış uzunluğu 382 kilometrdir. Yolun Biləcəridən Sumqayıta qədər olan 34 kilometri əsaslı təmir edilib, 336 kilometri isə bu layihə çərçivəsində əsaslı şəkildə yenidən qurulacaq. Hazırda bu xətdə elektrik, rabitə xətləri ilə bağlı işlər görülür, fiberoptik kabellər çəkilir. Eyni zamanda, 5 yeni yarımstansiya tikilib. Bakı-Yalama xəttinin yeniləşdirilməsi bu sahədə hərəkətin təhlükəsizliyinin təmin olunmasında, gələcəkdə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin genişləndirilməsində mühüm rol oynayacaq. Yalamadan Qusar rayonundakı "Şahdağ" dağ-xizək kurortuna da dəmir yolunun çəkiləcəyi bildirilir. Artıq Şahdağ istiqamətində yeni dəmir yolu xəttinin layihələndirilməsinə başlanılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək". Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan "Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub. (report)
"Yeni avtobuslarda sürücülərin iş rejiminin qanunvericiliyin tələblərinə uyğun olmasına nəzarət edirik".
Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, bu sözləri İctimai TV-də "Diqqət mərkəzi"verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.
G.Rzayeva qeyd edib ki, "Bakubus" yaranandan sürücülər 8 saatlıq iş rejimi ilə işləyir:
"Onlarla əmək müqavilələri bağlanır. "Bakubus"da bir nəqliyyat vasitəsi üçün 2,7 əmsalı ilə sürücü təyin olunur. Bu, o deməkdir ki, sürücülərin istirahəti də təmin olunur. 8 saatlıq iş rejimi avtobus sürücüsünü fiziki cəhətdən çox yormur. Əmək münasibətlərinin rəsmiləşdirilməsinə keçmək isə qeyri-formal məşğulluğun azaldılmasına gətirir, məşğulluğun artırılmasına səbəb olur. Yeni avtobuslar gətiriləndə onların saxlanılması və təmiri üçün müəyyən tələblər yaranacaq. Yeni avtobuslar yeni bacarıqlar gətirir ki, bu da əmək bazarının keyfiyyətini artırır. Bu, həm sürücülərin sosial-iqtisadi rifah halına xidmət edir, həm də BNA-nın qanunvericilik qarşısında vəzifələrinin icrasıdır".
Bir müddət əvvəl Şirvan şəhərinin girişində yolun nahamar olması nəticəsində baş verən qəzada 4 nəfər həyatını itirmişdi. Avtosfer.az-a müraciət edən vətəndaşlar bildirmişdilər ki, həmin ərazidə yolda olan çökəklik və nahamarlıq qəzaların əsas səbəbidir. Belə ki, əraziyə bələd olmayan sürücülərin əksəriyyəti burda qəza törədirdi. Onlarla insan həyatını itirmişdi.
Yol-xeber.az bu barədə material da hazırlamış. Saytımıza yenidən video göndərən vətəndaşlar bildiriblər ki, artıq ərazidə təmir işləri gedir və problem həllini tapmaqdadır. Sakinlər bundan sonra ərazidə insan həyatının itirilməsi ilə nəticələnən qəzaların olmayacağını ümid edir. Videonu təqdim edirik:
Bu ilin yanvarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 10,4 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur.
Yol-xeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ölkədə avtomobil nəqliyyatı ilə 128,4 mln. sərnişin daşınıb ki, bu da 1,5% artım deməkdir.
Məlumata əsasən, sərnişinlərin 96,4% avtobus, 3,6% isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,9%, sərnişin dövriyyəsi isə 1,5% artıb.
“Hazırda Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, “Papanin” adlanan ərazidə Bənövşəyi xəttin 3-cü stansiyasında eskalatorların quraşdırılması və mərmər-qranit örtüyünün vurulması işləri aparılır”.
Yol-xeber.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O deyib ki, tikinti ilə bağlı işlərin may-iyun aylarına qədər tam yekunlaşdırılması planlaşdırılır:
Hər hansı əlahiddə geoloji və texniki problem baş verməsə, plana əsasən stansiyanın 2020-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Bunlar əvvəlcədən zatən öyrənilmir. Hətta belə problem də gözlənilmir”.
B.Məmmədov qeyd edib ki, həmin stansiyanın özəlliklərindən biri budur ki, qatarın bir yoldan digərinə keçməsini təmin edən dönmə kamerasının olmasıdır. Bununla qatarların fasiləsiz hərəkəti təmin olunacaq.
“Bakı Metropoliteni” rəsmisi sözlərinə əlavə edib ki, Xocasən elektrik deposunda da işlər davam etdirilir və birinci mərhələsi də istifadəyə veriləcək. Yəni, qatarlara texniki baxış, xidmət, təmir və qulluq etmək mümkün olacaq:
“Hazırda tunellərdən birində yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin yaxın vaxtlarda tam başa çatdırılması planlaşdırılır”.
Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 mln manatlıq məhsul istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8% artıb.
Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin fevralın 1-nə ölkədə 134 ədəd hazır məhsul istehsalı yaranıb. Orta hesabla Azərbaycanda gündəlik olaraq 6,4 ədəd avtomobil istehsal edilir.
Yanvar ayında ölkədə traktor istehsalının rəqəmləri verilməyib. Amma bununla belə, fevral ayının 1-nə ölkədə 286 ədəd hazır məhsul istehsalı yaranıb.
Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 91,3%, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xəttinə fevralın 17-dən “Isuzu Novociti” markalı avtobuslar cəlb edilib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "Isuzu Novociti" markalı nəqliyyat vasitəsilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.
“Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır”. Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: “Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələr aparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna aiddir”.
A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: “İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmi tətbiq edilə bilər”.
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2017-ci ilin dekabrından etibarən Bakı şəhərinin küçə və prospektlərində fiziki imkanları məhdud olan şəxslərin, uşaq arabası ilə hərəkət edən piyadaların rahat hərəkət etməsi üçün səkilərdə pandusların quraşdırılmasına başlanılıb.
Yol-xeber.az -ın məlumatına görə Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a verdiyi açıqlamada bildirib ki, şəhərin mərkəzi hissəsində demək olar bütün səkilərdə pandusların quraşdırılması başa çatıb:
“Hazırda bu işlər mərkəzdən kənar hissələrdə davam etdirilir. Düşünürük ki, növbəti mərhələlərdə pandusların quraşdırılması fiziki imkanları məhdud şəxslərin daha çox üz tutduğu ünvanlarda, xüsusən də sosial reabilitasiya mərkəzlərinin, müalicə mərkəzlərinin ətrafındakı səkilərdə həyata keçirilsin. Eyni zamanda, yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə “ideal səki” layihəsi çərçivəsində də işlər görülür. “İdeal səki” layihəsinin bir çox müsbət cəhətləri var. Əsas müsbət cəhətlərindən biri odur ki, bu layihə çərçivəsində həm fiziki imkanları məhdud şəxslər, həm də digər piyadalar üçün uyğun hərəkət mühiti yaradılır".
M.Ağayev vurğulayıb ki, yararsız vəziyyətdə olan səkilərin asfalt örtüyü tamamilə yığışdırılır və xüsusi tamet plitələr qoyulur: "Bu zaman görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. “İdeal səki” layihəsində düzəldilən səkilərin digər bir üstün cəhəti odur ki, hər hansı bir kommunikasiya xəttinin dəyişdirilməsi zamanı söküntü-qazıntı işlərinin aparılmasına ehtiyac olmayacaq. Çünki bu səkilər hazırlanan zaman örtük vurulmamışdan əvvəl səkilərin altına xüsusi borular atılır".
Agentlik sözçüsü qeyd edib ki, hazırda bununla bağlı Səməd Vurğun küçəsi və Hənifə Ələsgərov küçəsində işlər davam etdirilir: "Nərimanov rayonu ərazisində bəzi küçələrdə bu işlər icra olunub. Qarşıdakı aylarda Nərimanov rayonu ərazisində Ağanemətulla küçəsi, Xoyski prospekti boyunca və Faiq Hüseynov küçəsi ətrafında daha geniş şəkildə icra olunacaq. Sadaladığım ünvanlar görmə imkanları məhdud olan şəxslərin daha sıx yaşadığı yerlərdir. Eyni zamanda, onlar üçün müəyyən edilmiş internat məktəbi, müalicə müəssisələri bu ərazilərdə yerləşir. Həmin ərazilərdə “ideal səki” layihəsi çərçivəsində bu cür taktil piltələrin düzülməsi təmin olunacaq. Həmçinin, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ətrafında bu cür taktil piltələrin düzülməsi təmin olunub və gələcəkdə də bu işlər davam etdiriləcək”.