![]() |
|
Bakıda mənzil bazarında bahalaşma olacaq.
Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Milli.az-a açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması mənzil bazarında qıtlığa səbəb olacaq:
"Mənzil bazarı 2023-cü ildən öz durğunluq dönəmini yaşayır. Son illərdə ölkədə mənzil satışlarının böyük bir hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Buna səbəb də mənzil bazarında olan qiymət artımıdır. Bahalaşma səbəbindən mənzil almaq istəyən əhali nağd şəkildə mənzil ala bilmədiyindən ipoteka krediti üçün müraciət edirdi.Buna görə də kredit üçün müraciət edən çox olurdu. Lakin limit olduğuna görə hər kəsə ipoteka krediti verilmirdi" .
Ekspert qeyd edib ki, limitin artırılması alıcıların da artmasına və mənzil bazarında ev qıtlığına səbəb olacaq:
"Limitin artırılması bunu deməyə əsas verir ki, alıcılar da artacaq.Təbii ki, hər ipoteka kreditləri veriləndə, bazara yüzlərlə müştəri müraciət edəcək. Və bu da ev qıtlığına və eyni zamanda qiymət artımına səbəb olacaq".
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb.
ABŞ Mərkəzi Bankı vaxtaşırı dollar əskinaslarının dizaynını dəyişir. Bu addım sizə valyutanı saxtakarlıqdan daha yaxşı qorumağa və ona inamı saxlamağa imkan verir.
2013-cü ildə yeni 100 dollar peyda olub - bəzi fərqləri olan "mavi" dollarlar. В The U.S. Currency Education Program əskinasların əsas yenilənməsini göstərib.
“Mavi” dollar nə deməkdir?
Yeni 100 dollarlıq əskinaslar adi gözlə görünən mavi rəngli kağız üzərində buraxıldığı üçün “mavi” əskinaslar adlanır.
Qeyd etmək lazımdır ki, mavi lent 2009-2017-ci illərdə dövriyyəyə buraxılmış dollarlarda mövcuddur, ona görə də bu illərin əskinaslarına “mavi” də deyilir.
Yeni dollarların bir sıra fərqləri var. Belə ki, yeni əskinaslarda Benjamin Franklinin portreti və vinyetkası bir qədər böyükdür və oval çərçivə yoxdur. Bundan əlavə, əskinaslar üçün kağız hazırlamaq üçün pambıq və kətandan istifadə olunur ki, bu da onlara məxmər hissi və bir qədər kobudluq verir.
Yeni 100 dolları necə yoxlamaq olar?
Təbii ki, əskinasda su nişanı olmalıdır. 100 dolların üzərində Benjamin Franklinin portreti var.
Yeni əskinaslardakı mürəkkəbə də diqqət yetirməyə dəyər - onlar rəngini dəyişir, xüsusən də bunu mürəkkəb qabındakı zəngdə görmək olar. Əskinasda mavi rəngli üçölçülü qoruyucu zolaq var.
Hər bir əskinasın üzərində onu verən Federal Ehtiyat Bankını müəyyən edən hərf və nömrə olmalıdır. Əskinaslarda həmçinin mikro çap elementləri var, yəni: “ABŞ”, kiçik çapda nominal, “Amerika Birləşmiş Ştatları” ifadəsi.(lent.az)
Dronların texniki xidməti və təmiri üzrə texnik ixtisası yaradılır.
Bu barədə "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda edilən dəyişiklikdə qeyd edilib.
Qeyd edilib ki, "Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı" ixtisas qrupuna "Aviasiya yanacaq-sürtkü materiallarının texnoloji avadanlıqları üzrə mexanik" ixtisasından sonra "Dronların texniki xidməti və təmiri üzrə texnik" ixtisası əlavə edilir.
Qanlı gölün ətrafında bulvar salınması işlərinə başlanılıb.
Bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq:
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub".
Son günlər dünyada və ölkəmizdə qızılın qiymətində kəskin bahalaşma nəzərə çarpır. Beləki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.
Ümumilikdə isə qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb. Əgər bir il əvvəl qızılın troya unsiyası (31,1 qram) 1840 dollara satılırdısa, hazırda bu qiymət 2665 dollardır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.
Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Beləcə qızılın bir qramı 100 dollar civarında satılacaq.
Təbii ki, qızılın qiymətinin bahalaşması işbazları hərəkətə gətirib.
Xüsusilə də, bazara aşağı keyfiyyətli qızıl məmulatlarının daxil olması ilə bağlı iddialar mövcuddur.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qiymətlərin bahalaşması fonunda belə halların baş verməsi gözləniləndir:
"Belə hallarla rastlaşan alıcı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Çünki bunda cinayət tərkibi var. Bu sırf dələduzluqdur.
Bildiyiniz kimi, hər məmulatın üzərində əyar var. Əgər alınan qızıl məmulatı həmin əyara cavab vermirsə, bu artıq fırıldaqçılıqdır. Qızılın keyfiyyətini yoxlamaq üçün bir sıra ünvanlarda, o cümlədən "Şərq bazarı"nda kifayət qədər imkanlar var. Burada yoxlanış zamanı müəyyən etmək olar ki, məmulat üzərində göstərilən əyara uyğundur, yoxsa aşağı keyfiyyətdədir.
Burada bir həssas məqam da var.
Ola bilsin ki, alıcı satıcı ilə razılığa gələrək, münasib qiymətə və daha aşağı əyara malik məmulat əldə edir. Belə hallar da ola bilər. Bu vəziyyətdə qiymət daha əlçatan olur. Amma keyfiyyət aşağı düşür. Bununla belə, yuxarı əyar adı ilə müştəriyə aşağı keyfiyyətli məmulat satılırsa, bu sırf cinayət tərkibli hadisədir. Aidiyyatı orqanlar buna reaksiya verir və zəruri tədbir görülür".
Aldınsa, heç cür geri qaytara bilməzsən...
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə qızıl bazarında xaosun yaşandığını bildirib:
"2019-cu ildə ölkəmizdə fəaliyyət göstərən Əyar Palatası ləğv edildi. Son 5 ildə qızıl bazarına heç bir dövlət qurumu nəzarət etmir. Ona görə də bu sahədə xaos hökm sürür. Keyfiyyətsiz məmulatlar asanlıqla bazara yol tapır. Aldanan istehlakçınınsa etiraz etmək hüququ yoxdur. Çünki qızıl məmulatları Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən geri qaytarılmayan mallar siyahısındadır.
Qızılı aldın, yarım saat sonra onu heç cür geri qaytara bilməzsən. Bu günlərdə bir alıcı bizə müraciət etmişdi ki, "20 min manata aldığım saat aşağı keyfiyyətli qızıldan hazırlandığı üçün geri qaytarmaq istəyirəm, amma satan tərəf məni eşitmir".
Təəssüf ki, biz də həmin istehlakçıya yardımçı ola bilmədik. Çünki indiki qaydalar qızıl satanların birbaşa marağına xidmət edir. Təsadüfi deyil ki, qızılın qiymətindəki son artım ən çox işbazların işinə yarayıb. Onlar asanlıqla aşağı keyfiyyəti qızılı istədikləri qiymətə realizə edə bilirlər".
Müsahibimiz təklif edir ki, Əyar Palatasının anoloqunun yaradılmasının zamanı gəlib:
"Yaxşı olardı ki, dövlət nəzarətində olan hansısa Agentlik yaradılsın. Yaxud da, qızıl bazarına nəzarət Daxili İşlər Nazirliyinə verilsə, məqsədəuyğun olar"
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.
Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında” Saziş imzalanıb.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.
Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, proqnonu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirlərini əsas götürərək hazırlayıb.