![]() |
|
Bu barədə Belçika millisinin hücumçusu Romelu Lukaku "Football Italia" nəşrinə açıqlamasında deyib.
O, bildirib ki, bu addım qrupun ilk turunun Finlandiya ilə matçında (0:1) huşunu itirərək yerə yıxılan Danimarka yığmasının 10 nömrəli futbolçusu Kristian Eriksenin şərəfinə atılacaq:
"Bu zaman azarkeşlər onu alqışlamaq üçün imkan əldə edəcəklər. Sabahkı oyundan sonra Kristiana mesaj göndərəcəyəm. İndi isə ona vaxt vermək lazımdır. Qoy, ailəsi ilə vaxt keçirsin".
Məlumata əsasən, iyunun 17-də “Real”ın prezidenti Florentino Peresin iştirakıyla mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, müdafiəçi 2005-ci ildən kral klubunun şərəfini qoruyur. 35 yaşlı Ramos karyerası ərzində 5 dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqası və dörd dəfə İspaniya Superkubokunun qalibi olub.
“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.
“UEFA sabahkı püşkatma ərəfəsində komandaları qruplara bölüb.
“Neftçi” - “Dinamo” (Tbilisi) cütü 2-ci qrupda səpələnməmişlər səbətində yer alıb. Təmsilçimiz Gürcüstan klubunu keçsə, 2-ci təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, sabah keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AÇ-2016-da isə bu məbləğ 304 milyon avro idi.
AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.
Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir.
AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.
" "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.
Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda - fizioterapevtlə birlikdə zalda məşq etməli olub.
"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
“Türkiyəli mütəxəssis 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Avropa çempionatının açılış matçında meydan sahiblərinə gücümüzü göstərmək, onlara çətinlik yaşatmaq istəyirdik. Rəqiblə bərabər səviyyədə oynamağı, gözəl futbol sərgiləməyi düşünürdük. Amma bunu bacarmadıq. Rəqib bizdən üstün idi. Texniki cəhətdən bizdən daha üstün olduqlarını göstərdilər. Xüsusilə ilk hissədə rəqibin təzyiqindən qurtula bilmədik. İtaliya yığması topu ələ keçirəndə onu rahatlıqla vermir. Əvəzində bizdən topu daha rahat ala bilirdilər. Birinci hissədə rəqibin təzyiqinə dözə bilsək də, ikinci hissədə xüsusilə qol buraxdıqdan sonra oyuna nəzarəti daha da itirdik. Qarşımızda daha üstün rəqib vardı. Bizdən daha yaxşı olan rəqibə məğlub olduq. Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük. Amma rəqib nə qədər güclü olsa da, biz də öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də ilk qolu buraxmasaydıq, daha da dirənə bilərdik. Bu oyunda qazanacağımız bir və ya üç xal bizə böyük fayda verərdi. Olmadı. Buna görə üzgünük. Qarşıda daha iki oyunumuz var. Hər ikisində qalib gəlməyə çalışacağıq. İlk oyun Uelsə qarşı olacaq. Ümid edirəm ki, həmin oyunda düşündüklərimizi meydanda göstərə və istədiyimiz nəticəni qazana biləcəyik”.
Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.
A qrupunda bir, B qrupunda isə iki matç olacaq.
A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.
Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.
İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.
B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.
Avropa çempionatı
A qrupu, I tur
17:00. Uels - İsveçrə
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)
Bakı. Bakı Olimpiya Stadionu
B qrupu
20:00. Danimarka - Finlandiya
23:00. Belçika - Rusiya
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
“İstəyimiz o idi ki, AÇ-2020 bölgəmizdə əsl bayram olsun. Amma pandemiya buna imkan vermədi”.
“Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AÇ-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən deyib.
Federasiya rəsmisi koronavirus pandemiyası ilə bağlı Azərbaycandakı son durumun digər ölkələr üçün də ümidverici olduğunu söyləyib: “İstəyirik ki, şəhərimizin canlı atmosferi qonşularımıza sirayət etsin, belə bir tədbirə ev sahibliyi etməkdən duyduğumuz qüruru bizimlə bölüşsünlər. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj normallaşmağımızdır. Bu, təkcə bizim yox, digər bütün ölkələr üçün böyük ümid verir. Bu fürsətdən istifadə etməliyik”.
Elxan Məmmədov bir müddət əvvəl qitənin nəhəng klubları tərəfindən yaradılan Avropa Superliqasının uğursuz layihə olduğunu bildirib. O, həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb: “Bu cür fikir dəyərlərimizi məhv edir. UEFA gənclərin və əlil futbolunun inkişafına, qadın oyununun böyüməsinə çox investisiya yatırır. Bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər. Bazar günü səhər oyanıb strategiyasız və yalnız 4 milyard dollara Superliqa yarada bilmərik”.
AFFA-nın vitse-prezidenti Azərbaycan futbolu barədə də düşüncələrini bölüşüb: “Düşünürəm ki, daha uzun müddətdə Avropa çempionatının seçmə yarışlarında rəqabət apara bilərik. Bizim 2014-cü ildən bəri hər il Avropa Liqasının qrup mərhələsində yer alan və uğurla çıxış edən “Qarabağ” kimi klubumuz var. Klubların ilk “11-liy”ində 6 yerli futbolçu var. Bütün klublarımızda daha çox oyunçu yetişdiririk”.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda ilk oyun bu gün Uelslə İsveçrə arasında (17:00) keçiriləcək.
İtaliya AVRO-2020-nin ilk matçında Türkiyə qarşısında 3 xalı 3 qolla qazanıb. Bu qələbə nəticəsində İtaliya millisi "A" qrupunda liderliyə yüksəlib.
***
Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Lorenzo İnsigne özünün ilk, komandasının isə 3-cü qolunu vuraraq Türkiyə qarşısında hesabı 3-0-a çatdırıb.
***
İtaliya millisi Türkiyə qarşısında hesab arasındakı fərqi 2 topa çatdırıb. Matçın 66-cı dəqiqəsində ev sahiblərinin hücumçusu Çiro İmmobile qapıçıdan qayıdan topu tora qovuşdurub: İtaliya 2-0 Türkiyə
***
"Ölkə.Az" xəbər verir ki, matçın 53-cü dəqiqəsində Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral topu öz qapısından keçirib: İtaliya 1-0 Türkiyə
***
Türkiyə və İtaliya yığmaları arasında futbol üzrə Avropa çempionatının açılış matçı start götürüb.
Romadakı "Olimpiko" stadionunda keçirilən görüşü Niderland Futbol İttifaqından Denni Makkeli idarə edir.
Qeyd edək ki, "ay-ulduzlular" A qrupundakı son iki matçını Bakıda keçirəcək. Bakı Olimpiya Stadionu İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
***
Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri açıqlanıb.
"Ölkə.Az"ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...
Türkiyə: 23Uğurcan Çakır (GK), 2Zeki Çelik, 3Merih Demiral, 4Çağlar Söyüncü, 5Okay Yokuşlu, 6Ozan Tufan, 9Kenan Karaman, 10Hakan Çalhanoğlu, 11Yusuf Yazıcı, 13Umut Meraş, 17Burak Yılmaz (C)
İtaliya: 21G. Donnarumma (GK), 3Chiellini (C), 4Spinazzola, 5Locatelli, 8Jorginho, 10Insigne, 11Berardi, 17Immobile, 18Barella, 19Bonucci, 24Florenzi
Qeyd edək ki, Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu gün futbol üzrə Avropa çempionatı start götürəcək.
"Yol-xeber.az"ın məlumatına görə, turnirin açılış oyunu Romadakı "Olimpika" stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq. Niderland Futbol İttifaqından Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Koronavirus pandemiyası səbəbindən təxirə salınan qitə çempionatına ilk dəfə ikidən çox ölkə ev sahibliyi edəcək. Oyunlar İtaliyanın Roma, İngiltərənin London, Niderlandın Amsterdam, Danimarkanın Kopenhagen, Rumıniyanın Buxarest, Macarıstanın Budapeşt, Rusiyanın Sankt-Peterburq, Almaniyanın Münhen, İspaniyanın Sevilya, Şotlandiyanın Qlazqo şəhərləri ilə yanaşı, Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
UEFA-nın 60 illiyi ilə bağlı Avropa çempionatının 12 şəhərdə təşkili nəzərdə tutulsa da, sonradan İrlandiyanın paytaxtı Dublin qitə futbol qurumuna azarkeşlərlə bağlı təminat verə bilmədiyindən say 11-ə endirilib. Bundan başqa, analoji problemlə üzləşən İspaniyanın Bilbao şəhərini Sevilya əvəzləyib.
Mövcud vəziyyətlə əlaqədar Budapeşt istisna olmaqla, digər şəhərlərdəki qarşılaşmalara məhdud sayda azarkeş buraxılacaq. A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunda hər görüş üçün arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar yer alacaq.
24 yığma hərəsində 4 komanda olmaqla, 6 qrupda mübarizə aparacaq. 31 gün davam edəcək turnirdə ümumilikdə 51 oyun baş tutacaq. Qruplarını ilk 2 sıradan tamamlayan yığmalar, həmçinin dörd ən yaxşı qrup 3-cüsü 1/8 finala vəsiqə qazanacaq. Yarımfinal və final matçları Londondakı "Uembli" stadionunda oynanılacaq.
AVRO-2020-dəki yeniliklərdən biri də komandaların iştirak ərizəsindəki futbolçu sayının artırılmasıdır. Bu dəfəki turnirdə hər kollektiv 26 oyunçu sifariş edib. Onların 3-ü qapıçıdır.
Avropa çempionatına ilk dəfə qadın hakim təyinat alıb. Açılış matçında 4-cü hakim funksiyasını yerinə yetirəcək fransalı FIFA referisi Stefani Frappar turnirin tarixinə düşəcək. Digər yenilik AVRO-2020-də VAR sisteminin tətbiqi ilə bağlıdır.
Birinci dəfə 1960-cı ildə Fransada Avropa Millətlər Kuboku adı altında keçirilmiş turnirin ilk qalibi SSRİ yığması olub. Avropa çempionatının ən uğurlu kollektivi isə Almaniya millisidir. Altı dəfə final oynayan Bundestim bunların 3-də (1972, 1980, 1996) qalib olub. Almanlarla yanaşı, İspaniya yığması da 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunu qazanıb. Pireneylilər bir dəfə isə (1984) finalda uduzublar. Almaniya və İspaniyanı 2 çempionluğu olan Fransa millisi izləyir. Turnirin son qalibi isə Portuqaliya seçməsidir.
Avropa çempionatı
A qrupu, I tur
23:00. İtaliya - Türkiyə
Hakimlər: Denni Makkeli, Hessel Stiqstra, Yan de Vris (Niderland)
Dördüncü hakim: Stefani Frappar (Fransa)
Roma, "Olimpiko" stadionu.
Qeyd edək ki, Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.