![]() |
|
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
"Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.
5 dəfə çərçivəni dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada ikinci sırada qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.
"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.
İlk sırada Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının II təsnifar mərhələsinin ilk oyununda Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
"Ölkə.Az" xəbər verir ki, əlavə vaxtda da tarazlıq pozulmadığından penaltilər seriyasında qalib müəyyənləşib. İtaliya millisi 3-2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
***
AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. Qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.
İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.
Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.
***
Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt
Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.
“Turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri ən uyğun olmayan məqamlardan birində yarışa ev sahibliyi etdi”.
"Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Assosiasiya rəsmisi AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsinə münasibət bildirib. Məmmədov bunun müsbət məqamlarından danışıb: “Stadion tutumu və koronavirusla bağlı səyahət məhdudiyyətlərinin Bakıdakı tamaşanı çətinləşdirdiyi həqiqət olsa da, yarışın müsbət tərəflərinə nikbinliklə baxmağa yerimiz var. 2019-cu ildəki Avropa Liqasının final matçından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan xalqı üzərində təsirini qeyd etməmək olmaz. Azərbaycanın da futbol masasında yerinin olduğunu göstərdik. Ümid edirik ki, bu, ölkəmizdəki gənc nəslə və idmançılara ilham verəcək”.
Vitse-prezident gələcəkdə ölkəmizin başqa turnirlərə də ev sahibliyi etmək istədiyini vurğulayıb: “UEFA tərəfindən ayrılmaz bir üzv kimi tanındığımız üçün qürur duyuruq. Ümidvarıq ki, yaxın gələcəkdə azarkeşləri Azərbaycana qaytarmaq üçün beynəlxalq idman qurumları ilə işbirliyimizi davam etdirəcəyik”.
Qurum nümayəndəsi AVRO-2020 matçları üçün Bakıya gələn komandalar və onların azarkeşləri üçün unudulmaz anlar yaşandığını düşünür: “AFFA ölkəmizdə Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uelsi qəbul etməkdən, müxtəlif ölkələrdən komandaları bir araya gətirən təşkilatçılıqdan məmnundur. Komandalarını dəstəkləmək üçün Bakı küçələrini gəzən beş ölkənin azarkeşləri üçün turnir boyu əla futbol festivalı oldu. Əsasən yüksək səviyyəli idman yarışlarını qəbul etmişik. Danimarkanın 1/4 finaldakı aqressiv hücum futbolu kimi böyük anlar buradakı azarkeşlərin yaddaşlarında uzun müddət qalacaq. Ölkəmizin futbol sevgisini canlandıran bu anlar futbol proyektimizin 2025-ci ilədək irəliləməsində əhəmiyyətli rol oynayacaq”.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2), İsveçrə - Türkiyə (3:1), eyni zamanda 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçı Bakı Olimpiya Stadionunda keçirilib.
Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək.
"Yol-xeber.az"ın məlumatına görə, bu barədə olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava açıqlama verib.
O bildirib ki, Oyunlar paytaxt ərazisində yerli azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. Tamaşaçıların digər prefekturalardakı yarışlara buraxılması isə hazırda təşkilatçılar və yerli hökumət nümayəndələri ilə razılaşdırılır.
Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilməlidir.
Avro-2020-də yarımfinal mərhələsinə start verilib.
İlk oyun günündə bir görüş baş tutub.
Londondakı “Uembli” stadionunda İtaliya və İspaniya yığmaları qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtlarında qalib müəyyənləşmədiyi üçün penaltilər seriası ilə finalçı müəyyən edilib.
İtaliya penaltilərdə 4:2 hesablı qalibiyyətlə finala adlayıb.
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
“Ilk oyun günündə 7 qarşılaşma baş tutacaq. Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayacaq. Estoniya "Flora"sı Malta "Hibernians"ını, Macarıstan "Ferentsvaroş"u Kosovo "Priştina"sını, Finlandiya HİK-i isə Monteneqro "Buduçnost"unu qəbul edəcək.
Digər oyunlarda Şimali İrlandiyanın "Linfild" klubu Litva "Jalgiris"inin, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniya ÇFR-inin qonağı olacaq.
Günün son görüşlərində isə "Fola Eş” (Lüksemburq) "Linkoln"la (Cəbəllütariq), "Şkendiya" (Şimali Makedoniya) isə "Mura" (Sloveniya) ilə qarşılaşacaq.
Çempionlar Liqası
2021/22 mövsümü
I təsnifat mərhələsi (İlk oyunlar)
6 iyul
20.00 Flora (Estoniya) - Hibernians (Malta)
20.00 Ferentsvaroş (Macarıstan) - Priştina (Kosovo)
20.00 HİK (Finlandiya) - Buduçnost (Monteneqro)
21.00 Jalgiris (Litva) - Linfild (Şimali İrlandiya)
21.00 ÇFR (Rumıniya) - Borats (Bosniya və Herseqovina)
21.30 Fola Eş (Lüksemburq) - Linkoln (Cəbəllütariq)
22.00 Şkendiya (Şimali Makedoniya) - Mura (Sloveniya)
Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13-14 iyulda olacaq.
Yol-xeber.az xəbər verir ki, tərəflər artıq müqavilə şərtlərində ortaq məxrəcə gəliblər.
Daha əvvəl 35 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə 2023-cü ilin yayınadək sözləşmə imzalayacağı bildirilib.
Qeyd edək ki, Sexio Ramos geridə qalan mövsümdə "kral klubu"nun heyətində 21 oyun keçirib və 4 qol vurub.
İtaliya təmsilçisi Filip Koutinyo ilə yaxından maraqlanır. "Milan" "İnter"ə yollanan Hakan Çalhanoğlunun yerini 29 yaşlı braziliyalı ilə doldurmağı düşünür.
A Seriyası klubunun bu yay Koutinyo üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə "katalanlar"la müqaviləsinin müddəti başa çatacaq Koutinyo 30 milyon avro satış dəyərinə malikdir.
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
"Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında olacaq. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Skandinaviya təmsilçisi 1/8 finalda Uelsi, çexlər isə Niderlandı mübarizədən kənarlaşıb.
Günün və mərhələsinin son qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı, Ukrayna isə İsveçi üstələyib.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
1/4 final
20:00. Çexiya - Danimarka
Baş hakim: Byorn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu
23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq. Daha əvvəl Bakı A qrupunun 3 oyunu da keçirilib.
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
"Yol-xeber.az"ın məlumatına görə, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri görüşüb.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda İsveç azlıqda qalıb və yalnız son artırma dəqiqələrə qədər qapısını qoruya bilib. Lakin 120+1-ci dəqiqədə Andrey Şevçenkonun yetirmələri oyunun taleyini həll edib.
Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
1/4 finala yüksələn komandanın rəqibi isə İngiltərə olacaq.