Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Ardını oxu...

“Neftçi”nin futbolçusu Emin Mahmudov Topaz Premyer Liqanın 7-ci turunda “Sabah”a qalib gəldikləri (2:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan millimizin yarımmüdafəçisi əvvəlcə görüş haqda danışıb:

- Oyun çətin keçdi. Çünki “Sabah” heç də zəif komanda deyil. Azərbaycan çempionatında zəif komanda yoxdur. Meydana çıxıb rahat qələbə qazanacağın rəqib tapa bilməzsən. “Sabah” da onlardan biridir. Bu gün sona qədər “döyüşdük”. Çünki mübarizə aparmadan, “döyüşmədən” heç nə əldə edə bilməzsən.

- İlk dövrəni lider kimi başa vurdunuz. Komandanın potensialı bunu davam etdirməyə imkan verirmi?

- Biz yalnız qarşıdakı oyunu düşünürük. Növbəti rəqibimiz isə “Qəbələ”dir. Çempionat hələ mayda bilinəcək. Buna isə çox vaxt var. Bütün fikrimiz qaşıdakı görüşdə qələbə qazanmaqdır.

- “Qarabağ”ın eyni zamanda avrokuboklarda iştirak etməsini sizin üçün üstünlük saymaq olarmı?

- Mən belə düşünmürəm. Digər matçları unudub yalnız “Qarabağ” barədə düşünsək, bizdə heç nə alınmaz. Biz öz oyunlarımızı düşünməliyik, “Qarabağ”ı yox.

- Millinin Millətlər Liqasının qrup mərhələsində Farer adaları və Malta ilə oyunlarına dəvət gözləyirsizmi? Bu iki matçda 6 xal toplamaq mümkündürmü?

- Dəvətlə bağlı Qurban müəllimdən soruşmaq lazımdır. Dəvətin olub-olmayacağını bilmirəm. Əgər çağırılsam, bütün gücümlə çalışacam ki, milliyə kömək edim. Əlbəttə ki, çətin oyunlar olacaq. Heç bir rəqib zəif deyil. Hər şey mümkündür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə istəyimizə nail olarıq. Bilirik ki, onlar indi bizdən razı deyillər. Çünki istədikləri nəticələri əldə edə bilməmişik. Çalışacağıq ki, qələbələr qazanaq və onları razı salaq. Bu, bizim üçün çox vacibdir.

- Ramil Şeydayev sosial şəbəkə vasitəsilə “Qarabağ”ın oyunçusu Mahir Mədətova dəstək nümayiş etdirib. Mahirin “Arsenal”la dünənki görüşdə fitə basılmasına sizin münasibətiniz necədir?

- Ramil doğru addım atıb. Hər bir futbolçunun uğursuz dönəmi ola bilər. Görürəm ki, Mahir uğurlu çıxış üçün çox çalışır. Ola bilsin ki, istədiyi kimi alınmır. Digər tərəfdən Mədətovun pis oynadığını düşünmürəm.

“Arsenal”la matçdakı mübarizəsi xoşuma gəldi. Düzdür, qol vurmaq üçün şansları oldu. Hər bir futbolçu “qara zolağ”a düşə bilər. Ona dəstək olmaq lazımdır.

- Sizi və Ramil Şeydayevi Azərbaycan millisinə dəvət etmək mümkün oldu. Ancaq Ayaz Quliyevlə Azər Əliyevi hələ də razı sala bilmirlər. Onların yığmaya qatılması nə dərəcədə realdır və bu futbolçular milliyə kömək edə bilərlərmi?

- Seçim haqqı futbolçuların özlərindədir. Əgər Rusiya yığmasını seçsələr, deməli, klub karyeralarını düşünürlər. Çünki mən orda olarkən Azərbaycan millisini seçən kimi, əcnəbi statusu verdilər, limitə düşdüm. Rusiyada isə bu vəziyyətdə oynamaq çox çətindir. Çünki ora böyük pullarla əcnəbilər gətirirlər. Limitə düşən gənc oyunçu üçün heyətə düşmək çox çətin olar. Öz seçimləridir. Əsas odur ki, uğur qazansınlar. Ümid edirəm ki, bunu Azərbaycan millisində edərlər.

Özil Azərbaycana təşəkkür etdi

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil UEFA Avropa Liqasında “Qarabağ”la qarşılaşmadan sonra Azərbaycana təşəkkür edib.

 Almaniya doğumlu türk futbolçu oyundan sonra onunla foto çəkdirən iki azərbaycanlı azarkeşlə şəklini paylaşaraq, isti qarşılanmaya görə təşəkkürünü bildirib.

 

Millimiz qrupda mübarizəni məğlubiyyətlə bitirdi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib. “Qafqazinfo” xəbər verir ki, Faiq Qarayevin yetirmələri Kobe şəhərində C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3.

Hər iki komanda bunadək növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü pillədəki  mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla şərikli lider olan Rusiya və ABŞ arasında baş tutacaq

Dünya çempionatı

 

C qrupu

V tur

11:10. Tailand - Azərbaycan 3:1 (25:22, 15:25, 25:19, 25:27)

 

Şahmat millimizdən Olimpiadada növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz altıncı qələbəsini qazanıb.

 Millimiz turnirin VI turunda Çexiya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

 

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədovheç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz isə turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 7-ci turunda "Atletik"lə 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra fikirlərini bildirib.

Ardını oxu...

2018.09.29 - 21:12

Sentyabrın 29-da Azərbaycan Topaz Premyer Liqasının altıncı turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçında “Neftçi” klubu doğma meydanda “Səbail” komandasını qəbul edib. Oyunun favoriti sayılan “Neftçi” hesabı erkən qolla açıb. Müdafiəçilərin kobud səhvini “ağ-qara”lıların braziliyalı hücumçusu Dario bağışlamayıb - 1:0. Qoldan sonra yenidən fəal oyun nümayiş etdirən paytaxt təmsilçisi 25-ci dəqiqədə rəqibi ikinci dəfə məyus edib. Baqali Dabo adını tabloya yazdırıb - 2:0.

Matçın 42-ci dəqiqəsində Premyer Liqanın flaqmanı üçüncü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Belə ki, Dario iki müdafiəçini aldadıcı hərəkətlə keçərək qapıya dəqiq zərbə endirib və hesab arasındaki fərqi üç topa çatdırıb - 3:0.

“Neftçi” klubu fasiləyə böyük üstünlüklə yollanıb.

 

Fasilədən sonra “Səbail” klubu bir neçə əlverişli fürsətləri əldən verib. Oyunda son nöqtəni isə yenidən “Neftçi” klubu qoyub. Baqali Dabo özünün ikinci komandasının dördüncü qolunu vurub - 4:0.

“Neftçi”nin əzəli rəqibi Ağdamın “Qarabağ” klubu bu gün “Əlincə Arena” stadionunda çempionatın debütantı “Sabah” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

***

"Qarabağ" səfərdə Premyer Liqanın debütantı "Sabah"la üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.

“Sabah” – “Qarabağ” - 0:2

Qollar: Miçel, 82, İnnosent Emeqara, 89.

 

Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşdü

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb. 

46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. 

Bu rekord Topaz Premyer Liqasının I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında “Neftçi” və “Qarabağ”a rəhbərlik edən mütəxəssis məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.

 

V turun “Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.

“205”ə çatan Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun komandası “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.

Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu “Zirə”ylə matçda yubiley də qeyd edib. Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.


2024-cü ildə keçiriləcək Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.

Ardını oxu...

Əliyevlə Putin cüdo yarışlarını izlədi

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləməyə gəlib.

Hazırda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxırlar.

Elsevər Məmmədov

 

Fotolar: Pərvin Zeynal

 

 



Xəbər lenti